Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2733/2023 06.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 4cü PŞ-nin polis sahə inspektoru, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Hacı Cavadov küçəsində yerləşən fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin polis sahə inspektoru, polis mayoru X6 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyat nişanı olmayan “BMW” markalı avtomobili idarə edərkən həmin avtomobil saxlanılmış və aidiyyəti üzrə təhvil verilmişdir. "xxxx" MMC-yə məxsus olan həmin avtomobili idarə etmiş Şəxs barəsində İXM-in 342.7-ci maddəsi ilə protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Şəxs “Mercedes” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı, təcili-tibbi yardım xüsusi təyinatlı avtomobillə Binəqədi RPİ-nin DYPŞ-nin inzibati binasının həyətinə gələrək səs-küy salmağa başlamış, yüksək səslə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Şəxs idarə etdiyi avtomobillə şöbənin həyətinə girişi bağlamış, şöbənin iş fəaliyyətini pozmuşdur. Şəxs idarə etdiyi avtomobillə şöbənin həyətindən getdikdən təxminən 2 saat sonra yenidən şöbənin həyətinə qayıtmış, səs-küy salaraq cərimənin polislər tərəfindən ödənilməli olduğunu bildirmişdir. Polis əməkdaşları Şəxs sakitləşməsini bildirsələr də o, əksinə tabesizlik göstərmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra şöbəyə post-patrul xidmətinin əməkdaşları çağırılmış, Şəxs 4-cü polis şöbəsinə gətirilmiş, izahatı alınaraq barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, Məlikov adına xəstəxanada X11 avtomobilinin sürücüsü işləyir. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-dən avtomobil icarəyə götürmüş, həmin avtomobili xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmış və barəsində İXM-in 342.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində o, sürücü kimi işlədiyi X11 avtomobili ilə Binəqədi RPİ-nin DYPŞ-nin həyətinə daxil olmuş, orada ona yazılan cərimə ilə bağlı narazılığını bildirimişdir. O, əsəbi halda ona yazılan cərimənin silinməsini tələb etmişdir. Polis əməkdaşları ona cəriməni ödəməli olduğunu dedikdə onlarla mübahisə etməyə başlamışdır. Lakin həmin vaxt heç bir polis əməkdaşını söyməmişdir. Bir qədər polis şöbəsinin həyətində durduqdan sonra oradan getmiş və təxminən 2 saat sonra yenidən geri qayıtmışdır. Həmin vaxt şöbənin həyətinə gəlmiş digər polis əməkdaşları onu 4-cü polis şöbəsinə aparmışlar. Polis şöbəsində izahatı alınmış, barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Göstərilənləri nəzərə alıb barəsində başlanılmış iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru X4 izahat verərək bildirmişdir ki, Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-dən icarəyə götürdüyü avtomobili dövlət qeydiyyat nişanları olmadan idarə etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmış və Binəqədi RPİ-nin 5-ci PB-yə təhvil verilmiş, barəsində İXM-in 342.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Şəxs X13 avtomobili ilə Binəqədi RPİ-nin DYPŞ-nin inzibati binasının həyətinə gələrək, yüksək səslə ona yazılan cəriməyə etirazını bildirərək polisin ünvanına qeyri-etik ifadələr işlətmişdir. Şəxs sakitləşməsini bildirsələr də əksinə öz hərəkətlərini davam etdirmiş, avtomobili ilə inzibati binanın həyətinə girişin qarşısını kəsmiş YPX əməkdaşlarının xidməti ərazilərə getməsinə mane olmuş, şöbənin iş rejimini pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs həmin vaxt onlara “cəriməni sizə ödətdirəcəyəm, başınıza oyun açacağam” demişdir. Şəxs təxminən 30-40 dəqiqə şöbənin həyətində durduqdan sonra oradan getmiş və 2 saat sonra yenidən geri qayıdaraq səs-küy salmağa başlamışdır. Bundan sonra polis şöbəsinə Binəqədi RPİ-nin PPXB-nin polis nəfərləri çağırılımış və Şəxs 4-cü polis şöbəsinə aparılmışdır. Məhkəmə iclasında şahid Binəqədi RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru X7 və Binəqədi RPİ-nin DYPŞ-nin operatoru X8 digər şahid X4 ilə eyni məzmunlu izahat verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid X1 izahat verərək bildirmişdir ki, o, Binəqədi RPİ-nin DYPŞ-nin nəzarətçi işləyir, şöbənin həyətinə girişdə dayanıb, şöbənin həyətinə gələn avtomobillərə nəzarət edir. xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin DYPŞ-nin inzibati binasının həyətində olarkən adını sonradan bildiyi Şəxs X13 avtomobili ilə Binəqədi RPİnin DYPŞ-nin inzibati binasının həyətinə gəlmişdir. O, həmin avtomobilin X11 üçün çağırıldığını düşünüb şlaqbaumu açmışdır. Şəxs avtomobillə şöbənin həyətinə daxil olub girişin qarşısında saxlamışdır. Şəxs avtomobildən enərək ona əsassız cərimə yazıldığını bildirib, səs-küy salmağa başlamışdır. Həmin vaxt Şəxs polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları Şəxs sakit olmasını, şöbənin iş fəaliyyətini pozmamasını desələr də, sonuncu öz hərəkətlərini davam etdirmişdir. Şəxs təxminən 30- 40 dəqiqə idarə etdiyi avtomobillər şöbənin həyətinə giriş-çıxışı məhdudlaşdırmış, şöbənin iş fəaliyyətini pozmuşdur. Bundan sonra o, şöbənin həyətindən getmiş və təxminən 2 saat sonra yenidən geri qayıtmışdır. Şəxs yenidən səs-küy salaraq cəriməsinin silinməsini tələb etmişdir. Bir qədər sonra şöbənin həyətinə digər polis əməkdaşları gəlib Şəxs polis şöbəsinə aparmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportlardan görünür ki, Şəxs 05 iyul 2023-cü il tarixdə saat 16 radələrində Binəqədi RPİ-nin DYPŞ-də polisin ünvanına qeyri-etik ifadələr işlətmiş, şöbənin normal iş fəaliyyətini pozmuş, ona sakitləşməsini bildirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və buna görə də, Binəqədi RPİ-nin 4-cü PŞ-yə gətirilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 iyul 2023-cü il tarixdə Binəqədi RPİ-nin DYPŞ-də polisin ünvanına nalayiq ifadələr işlədərək, ictimai asayişi və ictimai qaydanı pozduğu üçün barəsində İXMin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 iyul 2023-cü il tarixdə Binəqədi RPİ-nin DYPŞ-nin iş rejimini pozub, polis əməkdaşlarına tabesizlik göstərdiyi üçün barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, AZA 019181 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:30-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokollar əsaslıdır. Beləliklə, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi alınmış izahatlar və məhkəmə iclasında tətqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində icraat aparılan şəxsə inzibati tənbeh növünü tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eləcə də onun təqsirinin dərəcəsini nəzərə alır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə -fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, İXM-in 535.1-ci maddəsi həmin Məcəllənin 510-cu maddəsinə görə daha ciddi xəta hesab olunduğundan və Şəxs barəsində tərtib edilmiş protokollar əsaslı olduğundan, ona İXM-in 535.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində təyin edilmiş inzibati həbsin əvvəli 05 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-2733/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2733/2023
06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver