Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2734/2023 07.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya Yol patrul xidməti inspektoru, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Kirov qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.1 və 332.4-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbayca Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyü tərəfindən Şəxs barəsində İXM-in 327.1 və 332.4-cü maddələri ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya Yol patrul xidməti inspektoru, polis baş leytenantı X5 bildirmişdir ki, 14 may 2023-cü il tarixdə Xocasən Lökbatan yolunun Binəqədi rayonu razisindən keçən hissəsində Şəxs tanışı Sahil Nəbiyevə məxsus Kamaz markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə manevr etmə qaydalarını pozaraq Samir Nəsirovun idarə etdiyi Toyota Carolla markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. X3 markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil əzilmiş və həmin avtomobilin sürücüsü samir Nəsirov yüngül bədən xəsarəti almışdır. X4 markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil əzildiyi üçün sahibinə maddi ziyan dəymişdir. Bu səbəblə Şəxs barəsində 327.1 və 332.4-cü maddələri ilə tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətadan peşman olduğunu, hazırda vurulmuş ziyanı ödəmək imkanının olmadığını, hadisə zamanı ayıq vəziyyətdə olduğunu qeyd edib məhkəmədən ona yüngül tənbeh növünün verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli sxemdən görünür ki, Şəxs idarə etdiyi Kamaz markalı, **-NN- *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkətdə olan Toyota Carolla markalı **-HR- *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Nəticədə, Şəxs tərəfindən Toyota Carolla markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmuş və sahibi yüngül bədən xəsarəti almışdır. xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, X2 14 may 2023-cü il tarixdə baş vermiş avtomobil travması nəticəsində ona ümumilikdə sağlamlığın ısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurulmuşdur. xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və manevr qaydasını pozaraq idarə etdiyi Kamaz markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Toyota Carolla markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Nəticədə, Şəxs İXM-in 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol İXM-in 332.4-cü maddəsi ilə olan xəta hadisəsi üzrə əsaslıdır. Lakin Şəxs İXM-in 327.1-ci maddəsi ilə olan əməlinə münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə araşdırmanın aparılması Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyünə həvalə olunmalıdır. Belə ki, Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun həm məhkəmə iclasında verdiyi izahatı, həm də məhkəmədə toplanmış sübutlarla tam sübuta yetirilmişdir. Digər tərəfdən isə qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə şəxs tərəfindən İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi üzrə inzibati araşdırmanın aparılması və onun həmin maddə ilə təqsirli bilindiyi təqdirdə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həlli məhkəmənin səlahiyyətinə deyil, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından onun səlahiyyətli orqanları tərəfindən həyata keçirilir. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, İXM-in 327.1-ci maddəsi ilə olan xətaya isə münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə araşdırmanın aparılması Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyünə həvalə olunmalıdır Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. Şəxs dərhal məhkəmə iclas zalından inzibati qaydada həbs edilsin və həbsdə saxlama müddətinin əvvəli 07 iyul 2023-cü il tarixdən hesablansın. xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsinə və yekun qərarın qəbul edilməsinə dair hissəsi üzrə araşdırmanın aparılması Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyünə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-2734/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2734/2023
07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver