Məhkəmə qərarları › İş №3(001)-2745/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2745/2020

16.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2745/2020 16.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlu, X5 iclas katibliyi, Protokolu tərtib etmiş orqan Binəqədi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Asəm Əhmədovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, X1, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X8 oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Asəm Əhmədov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Binəqədi rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Binəqədi rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Asəm Əhmədov borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir.İnzibati xəta haqqında xx xxxxxxxx 2020-ci il tarixli, MN №0468524 saylı protokola əsasən məlum olur ki, Naxçıvan MR Şərur rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(110)- 39/2018 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 15 592 manat məbləğində pul tutularaq X2 xeyrinə ödənilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru Asəm Əhmədov bildirdi ki, Naxçıvan MR Şərur rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(110)- 39/2018 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 15 592 manat məbləğində pul tutularaq X2 xeyrinə ödənilməsi müəyyən edilmişdir.Buna görə də, protokolda göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Naxçıvan MR Şərur rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(110)-39/2018 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 15592 manat məbləğində pul tutularaq X2 xeyrinə ödənilməsi müəyyən edilmişdir.Məlumat üçün bildirir ki, borcun ödənilməsi ilə bağlı əvvəllər aralarında razılıq olmuşdur.Həmçinin, həmin məhkəmənin keçirilməsindən və qətnamənin çıxarılmasından gec xəbər tutmuşdur.Hal-hazırda, isə həmin qərardan şikayət vermək fikrindədir.O, həmin borcu ödəməkdən qərəzli olaraq yayınmamışdır.Sadəcə olaraq maddi imkanı həmin borcu bir dəfəyə ödəməyə imkan vermir.O, maddi imkanın olmamasını, təqsirini etiraf etməsini və gələcəkdə həmin qərarı hissə-hissə icra edəcəyini nəzərə alaraq məhkəmədən inzibati qaydada ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi hüquqlarını müdafiə etdiyi şəxsin maddi imkanın olmamasını, təqsirini etiraf etməsini və borclunun gələcəkdə həmin qərarı hissə-hissə icra edəcəyini nəzərə alaraq məhkəmədən inzibati qaydada borcluya yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən tələbkar X3 bildirdi ki, Naxçıvan MR Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(110)-39/2018 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 15592 manat məbləğində pul tutularaq X2 xeyrinə ödənilməsi müəyyən edilmişdir.Buna görə də, protokolda göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunması və cəzalandırılmasını barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, müdafiəçinin və tələbkarın çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs oğlunun İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, icra sənədi üzürsüz səbəbdən uzun müddət icra olunmadığından və icra sənədinin icra edilməməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri sübuta yetirildiyindən, o, inzibati qaydada cəzalandırılmalı, lakin Şəxs şəxsiyyəti, maddi vəziyyəti, təqsirini etiraf etməsini və gələcəkdə borcu hissə-hissə ödəməyə vəd verdiyini nəzərə alınaraq o, inzibati qaydada cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 500 (beş yüz ) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hakim:Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar