Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2754/2021 03.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızı, 18 saylı Bakı Peşə Litseyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən tərtib edilmiş 03.07.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına 18 saylı Bakı Peşə Litseyinin İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən tərtib edilmiş 03.07.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən 18 saylı Bakı Peşə Litseyi barəsində tərtib edilmiş 03.07.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol İXMin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, 18 saylı Bakı Peşə Litseyi barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən onun nümayəndəsinin iştirakı təmin edilməmiş və hüquqi şəxsin nümayəndəsinin izahatı alınmamışdır. Halbuki qanunvericilik inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlarının göstərilməsini imperativ norma kimi müəyyən etmişdir. İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını mütləq şərt kimi nəzərədə tutmuşdur. Digər tərəfdən, qanunvericiliyin tələblərinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Lakin nə iş materiallarında, nə də inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs 18 saylı Bakı Peşə Litseyinə inzibati xəta haqqında protokolun surətinin verilməsini təsdiq edən sübut aşkar edilməmişdir. İXM-in 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Bununla da, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunana inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, işin təsvir edilmiş hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, 18 saylı Bakı Peşə Litseyi barəsində İXM-in 347-ci maddəsi ilə tərtib edilmiş 03.07.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən iş materialları ilə birlikdə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 109.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldım: 18 saylı Bakı Peşə Litseyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş 03.07.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə geri qaytarılsın. Sədrlik edən: Mahirə Kərimova İş № 3(001)-2754/2021 Məhkəmə iclasından kənar ayrıca prosessual Hərəkətlər barədə protokol 03 avqust 2021-ci il Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, Hakim, 18 saylı Bakı Peşə Litseyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən tərtib edilmiş 03.07.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş iş materiallarına inzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Hakim, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən 18 saylı Bakı Peşə Litseyi barəsində tərtib edilmiş 03.07.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılması barədə qərardad qəbul etdi. Hakim: Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi AZ-1116 Bakı şəhəri, 7-ci mkr., Abay Kunanbayev küçəsi 4E, telefon (faks): ***-***-**-**, poçt ünvanı: mailto:contact@binagadicourt.gov.azElektron ünvan İş № 3(001)-2754/2021 03 avqust 2021ci il Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı cənab Vüsal Axundov Hörmətli Vüsal müəllim, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 3(001)- 2754/2021 nömrəli qərardadı məlumat üçün Sizə göndərilir. Qoşma: qərardadın surəti mətn üzrə, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər. hörmətlə, Hakim: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-2754/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2754/2021
03.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver