Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2755/2022 11.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Şəxs nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 499.1.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 499.1.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 0100-1823/22 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 0100- 1823/22 nömrəli inzibati xəta haqqında protokola əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC tərəfindən **********3455 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin müvəqqəti ixrac müddəti gömrük orqanına müraciətlər əsasında uzadılmış, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə mallara dair öhdəlik müddəti basa çatmış, lakin, qeyd olunan yüklər geriyə qaytarılmamış və digər gömrük prosedurunda rəsmiləşdirilməsi barədə gömrük orqanına heç bir müraciət daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 bildirmişdir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokoldan və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasından görünür ki, Şəxs MMC-nə məxsus nəqliyyat vasitələri ölkə ərazisindən xaricə, yəni Gürcüstan Respublikasına aparılmış lakin ölkə ərazisinə vaxtında gətirilməmişdir. Bu səbəbdən şirkətin əməlində inzibati xəta tərkibi yaranması əsası ilə inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Əvvəla qeyd edilməlidir ki, inzibati xətanın törədilmə səbəbi araşdırılarsa sözügedən xətanın Şəxs MMC-nin təqsiri olmadan baş verməsi məlum olacaqdır. Belə ki, Şəxs MMC-nə məxsus nəqliyyat vasitəsi həqiqətən ölkə ərazisindən kənara aparılmış bununla bağlı qanunvericiliyə uyğun olaraq gömrük bəyannaməsi təqdim edilmişdir. Qeyd edilən nəqliyyat vasitələrinin Gürcüstan Respublikası ərazisində təyinatı üzrə istifadə edilərək ölkə ərazisinə qaytarılması nəzərdə tutulmuş, lakin şirkətin Gürcüstan Respublikası ərazisində az miqdarda vergi borcu öhdəliyi yaramış və borc məsələsi öz hüquqi həllini tapana qədər həmin nəqliyyat vasitələri girov obyekti kimi saxlanılmışdır. Gürcüstan Respublikasının rəsmi qurumlarına nəqliyyat vasitələrinin Azərbaycan Respublikası ərazisinə qaytarılmasının qanunvericiliyin tələbi olması və bu halın aradan qaldırılmasının zəruriliyi ilə bağlı dəfələrlə müraciət edilsə də rəsmi qurumlar bunu vaxtında təmin etməmişlər. Məhz bu səbəbdən də nəqliyyat vasitələrinin Azərbaycan Respublikası ərazisinə vaxtında qaytarılması qeyri- mümkün olmuşdur. Odur ki, şirkətin təqsiri və xəbəri olmadan gözlənilmədən nəqliyyat vasitələrinin şirkətin vergi öhdəliyinin icrası təmin olunanadək Gürcüstan Respublikası ərazisində girov qismində saxlanılacağı məlum olmuşdur. İş materiallarında bu faktları və halı təsdiqləyən bütün sənədlər tərəfimizdən təqdim edilmişdir. Digər qeyd edilməli xüsusat isə bundan ibarətdir ki, inzibati xəta haqqında protokol yanlış məlumatlar əsasında tərtib edilmişdir. Belə ki, nəqliyyat vasitəsinin dəyəri inzibati xəta haqqında protokol tərtib olunan anadək olan faktiki qiymət üzrə hesablanmamışdır. Həmin nəqliyyat vasitəsinin dəyəri Azərbaycan Respublikası ərazisindən xaricə aparılarkən verilmiş gömrük bəyannaməsinin əsasında müəyyən edilmiş və qanunvericiliyin birbaşa tələbi olan amortizasiya ayırmaları nəzərə alınmamışdır. Qeyd etmək istəyirik ki, qanunvericilik, istismarı nəticəsində illik dəyər itirən növləri sadalanmış və amortizasiya ayırmalarının illik faiz dərəcəsini konkret olaraq göstərmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 114.4.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin illik amortizasiya ayırmaları 25% olaraq hesablanmalıdır. Belə olan halda hazırda icraatınızda olan inzibati xəta haqqında iş üzrə inzibati xətanın predmeti olan nəqliyyat vasitəsinin dəyəri yenidən hesablanmalı və amortizasiya ayırmaları mütləq qaydada nəzərə alınaraq həmin nəqliyyat vasitəsinin faktiki dəyəri müəyyən edilməlidir. Ona görə də, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli **********3455 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, gömrük dəyəri 58298,10 manat olan “Hyundai R170W-7/B” markalı təkərli ekskavator müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş, malların müvəqqəti idxal müddətinin son tarixinin xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şəxs tərəfindən müvəqqəti ixrac xüsusi gömrük proseduranda rəsmiləşdirilərək Gürcüstan Respublikasına göndərilmiş yüklərin müvəqqəti ixrac müddətinin başa çatdığı, lakin yüklərin Azərbaycan Respublikasına geriyə qaytarılmadığı, həmçinin, malların müvəqqəti ixrac müddətinin uzadılması və ya digər gömrük proseduranda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Gömrük Xidmətinin “VAİS” informasiya resursunun portal çıxarışından görünür ki, **********3455 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş yüklərin müvəqqəti idxal müddətinin son tarixinin xx.xx.2020-ci il tarixədək olması müəyyən edilmiş, xx.xx.2020-ci il tarixdə müddət xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdə xx.xx.2022-ci il tarixədək uzadılmışdır. xx.xx.2022-ci il tarixli xidməti məruzə məktubundan görünür ki, Gürcüstanın Gəlir Xidmətinin İdarəetmə Departamenti tərəfindən xx.xx.2022-ci il tarixində Şəxs MMC şirkətinə qarşı ***-**** saylı “Əmlakın üzərinə həbs qoyulması” haqqında əmr verilmişdir. Hazırki mərhələdə vergi ödəyicisinin əmlakı Gürcüstanın Vergi Xidməti Borcu İdarəetmə Departamenti tərəfindən həbsdə deyil. xx.xx.2022-ci il tarixli **********6279 sorğu nömrəli gömrük bəyənnaməsindən görünür ki, gömrük dəyəri 58298,10 manat olan “Hyundai R170W-7/B” markalı təkərli ekskavator xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına qaytarılmışdır xx.xx.2022-ci il tarixli 01100-823/22 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC tərəfindən **********3455 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin müvəqqəti ixrac müddəti gömrük orqanına müraciətlər əsasında uzadılmış, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə mallara dair öhdəlik müddəti basa çatmış, lakin, qeyd olunan yüklər geriyə qaytarılmamış və digər gömrük prosedurunda rəsmiləşdirilməsi barədə gömrük orqanına heç bir müraciət daxil olmamışdır. Araşdırma zamanı xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin etibarnamə ilə səlahiyyətli nümayəndəsi X3 izahatı alınmış, o, sözügedən malların "xxxx" MMC-nin Gürcüstan Filialına göndərildiyini, lakin, "xxxx" MMC-nin Gürcüstan Filialında vergi borcu yarandığına görə Gürcüstanın Borcu idarəetmə Departamenti tərəfindən Filialın mallarının üzərinə vergi-girovu ipotekası qaydasında həbs qoyulduğunu, bu səbəbdən **********3455 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin geriyə qaytarılmadığını bildirmiş, qeyd olunan məsələnin düzgünlüyünün müəyyən olunması məqsədilə Gürcüstana sorğu göndərilmiş, Gürcüstan Maliyyə Nazirliyi Gəlirlər Xidmətinin Gömrük Departamentindən xx.xx.2022-ci il tarixdə alınmış cavab məktubuna əsasən qeyd olunan malların üzərinə həbs qoyulmadığı müəyyən edilmişdir. Qeyd olunan məsələ ilə əlaqədar "xxxx" MMC-nin etibarnamə ilə səlahiyyətli nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X4 izahatı alınmış, o, nümayəndəsi olduğu "xxxx" MMC tərəfindən **********3455 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına geriyə qaytarıldığını və **********6279 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük rəsmiləsdirilməsinin basa çatdırıldığını, gömrük qaydalarının pozulduğunu bildiklərini. qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımağa hazır olduqlarını və gələcəkdə bir daha belə halın təkrarlanmamasına çalışacaqlarını bildirmişdir. Beləliklə, araşdırma zamanı “AS İNŞAAT-N" MMC tərəfindən **********3455 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi İlə müvəqqəti ixrac gömrük proseduranda rəsmiləşdirilmis yüklərin xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına geriyə qaytarıldığı və **********6279 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük rəsmiləşdirilməsinin başa çatdırıldığı, nəticədə "AS İNŞAAT-N” MMC tərəfindən müvəqqəti ixrac edilmiş mallar 3 aydan artıq müddətə qecikdirilməklə Azərbaycan Respublikasına qaytarıldığından MMC tərəfindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsinin tələblərinin pozulduğu, həmçinin, **********3455 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac edilmiş yüklərin dəyərinin gömrük bəyannaməsinə əsasən 58298,10 manat olduğu məlum olmuşdur. Şəxs MMC tərəfindən müvəqqəti ixrac edilmiş mallar 3 aydan artıq müddətə qecikdirilməklə Azərbaycan Respublikasına qaytarıldığından barəsində İXM-in 499.1.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Şəxs nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, xx-xx/2739 nömrəli məktubdan görünür ki, Gürcüstanın Gəlir Xidmətinin İdarəetmə Departamentinin vergilərin idarə etmə məlumat sistemində 14 yanvar 2022-ci il vəziyyəti ilə Şəxs Gürcüstan Respublikası filialının vergi borcu qeyd edilir. Vergi girovu/ipoteka hüququ Gürcüstan Vergi Məcəlləsinin 238-ci maddəsinin 6-cı hissəsinə əsasən vergi borcu ləğv edildikdən dərhal sonra və Gürcüstan qanunvericiliyi ilə nəzərdə tutulduğu halda ləğv edilir. Şəxs nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli əmlakın balans dəyəri barədə məlumatdan görünür ki, R170W-7/B Hyundai markalı təkərli ekskavatorun alınma tarixi xx.xx.2011-ci il, balans dəyəri 108645 manat olmaqla 2011-ci ildən 2022-ci ilin avqust ayına kimi olan müddətdə amortizasiya olunaraq qalıq dəyəri 3823,86 manat olmuşdur. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs İXM-in 499.1.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, yuxarıda sadalanan iş materiallarından müəyyən edilmişdir ki, AS İNŞAAT- N" MMC tərəfindən **********3455 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi İlə gömrük dəyəri 58298,10 manat olan “Hyundai R170W-7/B” markalı təkərli ekskavator müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş, yüklərin müvəqqəti idxal müddətinin son tarixi xx.xx.2020-ci il tarixədək müəyyən edilmiş, xx.xx.2020-ci il tarixdə müddət xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdə xx.xx.2022-ci il tarixədək uzadılmış, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə mallara dair öhdəlik müddəti basa çatmış, lakin, qeyd olunan yüklər geriyə qaytarılmamış və digər gömrük prosedurunda rəsmiləşdirilməsi barədə gömrük orqanına heç bir müraciət edilməmiş, "AS İNŞAAT-N” MMC tərəfindən müvəqqəti ixrac edilmiş mallar 3 aydan artıq müddətə qecikdirilməklə Azərbaycan Respublikasına qaytarılmışdır. Bununla da Şəxs tərəfindən İXM-in 499.1.4-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 40-cı maddəsinə əsasən gömrük Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük orqanlarını bu Məcəlləyə uyğun olaraq tələb olunan bütün sənəd və məlumatlarla müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti olduqda, onlara yardım göstərməlidirlər. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 148-ci maddəsinə əsasən gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək bəyannaməçinin vəzifəsidir. İXM-in 499.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir; Məhkəmə iclasında Şəxs nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1 Şəxs MMC-nin Gürcüstan Respublikası ərazisində az miqdarda vergi borcu öhdəliyi yaramış və borc məsələsi öz hüquqi həllini tapana qədər nəqliyyat vasitələri girov obyekti kimi saxlanılmasına və səlahiyyətli orqan tərəfindən amortizasiya xərclərinin nəzərə alınmaması barədə göstərdiklərinə münasibətdə məhkəmə qeyd edir ki, Gürcüstanın Gəlir Xidmətinin İdarəetmə Departamenti tərəfindən verilmiş məktubla Şəxs MMC-nin əmlakının Gürcüstanın Vergi Xidməti Borcu İdarəetmə Departamenti tərəfindən həbsdə olmaması, həbslə bağlı əmirinin xx.xx.2022-ci il tarixdə verilməsi müəyyən edilmişdir ki, Şəxs MMCnin əmlakın geri qaytarılması öhdəliyi xx.xx.2022-ci il tarixdə bitmişdir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs MMC tərəfindən xx.xx.2019-cu il tarixli **********3455 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilərək R170W-7/B Hyundai markalı təkərli ekskavatorun gömrük dəyəri 58298,10 manat göstərildiyi halda Şəxs nümayəndəsi tərəfindən təqdim edilmiş əmlakın balans dəyəri barədə məlumatda həmin ekskavatorun 2011-ci ildən 2022-ci ilin avqust ayına kimi olan müddətdə amortizasiya olunaraq qalıq dəyərinin 3823,86 manat olması real deyildir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Şəxs inzibati xəta haqqında iş üzrə təqsiri iş materialları ilə öz təsdiqini tapmış və Cəmiyyətin İXM-in 499.1.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə, Şəxs İXM-in 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 499.1.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xətanın bilavasitə obyekti olan nəqliyyat vasitəsinin dəyəri - 58298,10 manat məbləğin 40 (qırx) faizi miqdarında, yəni 23319,24 manat (iyirmi üç min üç yüz on doqquz manat iyirmi dörd qəpik) məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-2755/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2755/2022
11.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver