Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2755/2023 02.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhər Binəqədi rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X3, Şəxs iştirakları ilə, xx.xx.1955-ci il tarixdə Naxçıvan MR, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Binəqədi rayon Sukanal idarəsinin Su və Kanalizasiya şəbəkələrinin istismarı sahəsinin rəisi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri X6 tərəfindən Şəxs barəsində İXM-in 198.3-cü maddəsi ilə 07 iyul 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş qərar əsasında toplanmış material daxil olmuşdur. Həmin qərar əsasən, texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmuşdur. Məhkəmə iclasında Bakı şəhər Binəqədi rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X5 bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Binəqədi rayon Sukanal idarəsində çilingər işləyən X7 xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən Binəqədi rayon Sukanal idarəsində iş vaxtı sağ əlinin üstünə yer qazan traktorunun çalovunun düşməsi nəticəsində xəsarət almasına dair toplanmış material xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətindən rayon prokurorluğuna daxil olmuşdur. Həmin məlumat cinayət xarakterli olduğundan xx.xx.2023-cü il tarixdə Binəqədi rayon prokurorluğunda aparılan “Törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatların qeydiyyatı kitabı”-nda qeydiyyata alınaraq material üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən Binəqədi rayon Sukanal idarəsində 200 litr həcmli yanacaq çəninin yerdəyişməsinin həyata keçirilməsində qaldırıcı-nəqliyyat və kiçik mexanizasiya vasitələrinin istifadəsini təmin etmədiyinə görə, həmin işin görülməsinə göstəriş vermiş "xxxx" ASC-nin Binəqədi rayon Sukanal İdarəsinin Su və Kanalizasiya şəbəkələrinin istismarı sahəsinin rəisi vəzifəsində işləyən Şəxs tərəfindən vəzifə təlimatının 2.8 bəndinin və «Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST»-ün 1.3 bəndinin tələbləri pozulmuş və nəticədə X2 az ağır zərərvurmaya aid xəsarət almışdır. X1 xəsarət alması faktına dair toplanmış material üzrə cinayət işinin başlanması Şəxs əməlində cinayət tərkibinin olmaması əsası ilə rədd edilmişdir. Şəxs əməlində İXM-in 198.3-cü maddəsinin tərkib əlamətləri müəyyən edildiyindən barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə iclasında Şəxs hadisənin təsadüfən baş vermiş verdiyini, bəzən iş vaxtı belə qəzaların olduğunu, baş vermiş hadisədən peşman olduğunu, bir daha belə hallara yol verilməyəcəyini qeyd edib məhkəmədən barəsində yüngül inzibati tənbeh növnün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki Şəxs İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 198.3-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin qəza-bərpa işləri üzrə çilingər X9 vəzifə təlimatından görünür ki, su xəttlərinin qəza təmirinin aparılması, yaxud təzyiq altında kipkec kompensatorların doldurulması, plastmas boruların yapışdırılması və yığılması, bütün diametri oval, kanal, dairəsi formada olan, dərinliyi 12 m-dən artıq olan su xəttlərində baş vermiş tutulma hallarının və qəzaların aradan qaldırılması, torpaq qazıntı işlərinin görülməsi. Binəqədi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin sahə rəisi Şəxs vəzifə təlimatından görünür ki, istehsalın təşkilinin təkmilləşdirilməsi, onun texnologiyası, istehsal proseslərinin mexanikləşdirilməsı və avtomatlaşdırılması, su itkilərinin buraxılışının qarşısının alınması, bütün ehtiyatlardan qənaətlə istifadə olunması, yeni texnoloji proseslərin mənimsənilməsi, əmək məhsuldarlığının yüksəldilməsi, eləcə də səmərəli xidmətin artırılması, su və kanalizasiya şəbəkələrində qəzaların və əmək sərfinin aşağı salınması üzrə işlərin aparılmasından, xidməti ərazilərdə qəzalı hissələrin dəyişdirilməsi, kiçik həcmli tikinti işlərinin, həmçinin layihələndirilən kiçik həcmli şəbəkələrin çəkilməsi üzrə işlərin icrasına nəzarəti təmin etməkdən, sahənin istehsalat-təsərrüfat işinə rəhbərliyi həyata keçirməkdən, təmir-tikinti qrupunun işinə nəzarət etməkdən, qrupun işinin düzgün planlaşdırılmasına. səmərəli fəaliyyət göstərməsinə, verilən tapşırıqların vaxtında və operativ icrasına nəzarət etməkdən, avadanlığın və başqa əsas vasitələrin vaxtında tənzimlənməsini və texniki cəhətdən düzgün istismarını, onların qrafik üzrə təmirini, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasını, eləcə də əmək şəraitindən asılı olaraq işçilərə güzəştlərin verilməsini təmin etməkdən, sahədə texniki inkişafın və müasir avadanlıqların planlaşdırılması işində, avadanlığın çox tez sıradan çıxması, qəzaya uğraması və istehsalat zədələnmələrinin tədqiqində iştirak edir, onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanmasını təmin etməkdən, ustaların və fəhlələrin işini əlaqələndirmək, fəhlə və qulluqçu kadrların seçilməsi, yerləşdirilməsi və məqsədəuyğun istifadə edilməsini təmin etmək. Məhkəmə tibbi ekspertizası xx.xx.2023-cü il tarixli 1054 saylı rəyindən görünür ki, vət. X7 bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ əlin İİ barmağının əsas-orta falanqalarıarası oynağının kotrakturası ilə müşayiət olunan İİ barmağın əzilmiş-didilmiş yarası, orta falanqanın oynaqdaxili çoxqəlpəli sınığı bərk küt əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 03 mart 2023-cü il tarixdə iş yerində traktorun dəmir çalovunun barmaqlığının sağ əlin İİ barmağı üzərinə düşməsi nəticəsində əmələ gələ bilərdilər və bu, ümumi əmək qabiliyyətinin üçdə-bir hissəsindən az (10%) olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsi ilə nəticələnmiş və bu əlamətə görə sağlamlığa Az AĞİR zərərvurmaya aiddir. Əmək Təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2023-cü il tarixli 10/4659 saylı rəyindən görünür ki, ünvan 6 ünvanında yerləşən "xxxx" ASC-nin Binəqədi rayon Sukanal idarəsinin anbarında 200 litr həcmli yanacaq çəninin yerdəyişməsinin həyata keçirilməsi qaldırıcı-nəqliyyat və kiçik mexanizasiya vasitələri ilə deyil, həmin işlərin görülməsi üçün nəzərdə tutulmamış çalovlu ekskavator vasitəsilə həyata keçirilməsi hadisənin baş verməsinə gətirib çıxarmışdır. Baş vermiş hadisə ilə əlaqədar «Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri 12.3.009- 76 DÜST»-ün 1.3 bəndinin və “Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin sahə rəisi”nin vəzifə təlimatının 2.8 bəndinin tələbləri pozulmuşdur ki, bu da baş vermiş hadisənin texniki səbəbi olmuşdur. ünvan 6 ünvanında yerləşən "xxxx" ASC-nin Binəqədi rayon Sukanal idarəsinin anbarında 200 litr həcmli yanacaq çəninin yerdəyişməsinin həyata keçirilməsində qaldırıcı-nəqliyyat və kiçik mexanizasiya vasitələrinin istifadəsini təmin etmədiyinə görə, həmin işin görülməsinə göstəriş vermiş "xxxx" ASC-nin Binəqədi rayon Sukanal İdarəsinin Su və Kanalizasiya şəbəkələrinin istismarı sahəsinin rəisi vəzifəsində işləyən Şəxs tərəfindən vəzifə təlimatının 2.8 bəndinin və «Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST»-ün 1.3 bəndinin tələbləri pozulmuşdur. X4 ilə bağlı xx.xx.2014-cü il tarixli Əmək Müqaviləsi bildirişindən görünür ki, X13 "xxxx" ASC-yə qəza bərpa işləri üzrə çilingər vəzifəsində işə götürülmüşdür. X4 ilə bağlı xx.xx.2014-cü il tarixli Əmək Müqaviləsi bildirişindən görünür ki, Şəxs ‘AZƏRSU” ASC-yə sahə rəisi vəzifəsində işə götürülmüşdür. Qeydiyyat jurnallarından görünür ki, X11 əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair təlimat keçirilmişdir. xx.xx.2023-cü il tarixli Nəqliyyat vasitəsinə texniki baxış aktından görünür ki, Terex 820 markalı 10-m-572 dövlət qeydiyyat nişanlı ekskavator yükləyici istismara yararlıdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X9 xəsarət alması faktına dair toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, yəni əməldə cinayət tərkibi olmaması əsası ilə rədd edilmişdir. Təsvir olunanlardan göründüyü kimi, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən Binəqədi rayon Sukanal idarəsində 200 litr həcmli yanacaq çəninin yerdəyişməsinin həyata keçirilməsində qaldırıcı-nəqliyyat və kiçik mexanizasiya vasitələrinin istifadəsini təmin etmədiyinə görə, həmin işin görülməsinə göstəriş vermiş "xxxx" ASC-nin Binəqədi rayon Sukanal İdarəsinin Su və Kanalizasiya şəbəkələrinin istismarı sahəsinin rəisi vəzifəsində işləyən Şəxs tərəfindən vəzifə təlimatının 2.8 bəndinin və «Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST»-ün 1.3 bəndinin tələbləri pozulmuş və nəticədə X2 AZ AĞİR zərərvurmaya aid xəsarət almışdır. Məhkəmə, Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin məhkəmədə, Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 17, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-2755/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2755/2023
02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver