Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2756/2022 11.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi (Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili) X2 iştirakı ilə, Şəxs MMC, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə ŞTQ, Binəqədi şossesi, ev 195C, VÖEN **********, Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 499.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-in İXM-nin 499.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair EP ******* saylı, xx.xx.2022ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC tərəfindən **********2484 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilərək Gürcüstana göndərilmiş gömrük dəyəri 57460,00 manat olan malların müvəqqəti ixrac müddətinin xx.xx.2022-ci il tarixdə basa çatmış, lakin, müvəqqəti ixrac müddətinin bitməsinə baxmayaraq sözügedən mallar geriyə qaytarılmamış və digər gömrük prosedurunda rəsmiləşdirilməsi barədə gömrük orqanına heç bir müraciət daxil olmamış, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, "xxxx" MMC tərəfindən **********2484 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin müvəqqəti ixrac müddəti gömrük orqanına müraciətlər əsasında uzadılmış, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə mallara dair öhdəlik müddəti basa çatmış, lakin, qeyd olunan yüklər geriyə qaytarılmamış və digər gömrük prosedurunda rəsmiləşdirilməsi barədə gömrük orqanına heç bir müraciət daxil olmamışdır. Araşdırma zamanı qeyd olunan məsələ ilə əlaqədar xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin etibarnamə ilə səlahiyyətli nümayəndəsi X6 izahatı alınmış, o, sözügedən malların "xxxx" MMC-nin Gürcüstan Filialına göndərildiyini, lakin, "xxxx" MMC-nin Gürcüstan Filialında vergi borcu yarandığına görə Gürcüstanın Borcu idarəetmə Departamenti tərəfindən Filialın mallarının üzərinə vergi-girovu ipotekası qaydasında həbs qoyulduğunu, bu səbəbdən **********2484 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin geriyə qaytarılmadığını bildirmiş, qeyd olunan məsələnin düzgünlüyünün müəyyən olunması məqsədilə Gürcüstan Reüspublikasına sorğu göndərilmiş, Gürcüstan Maliyyə Nazirliyi Gəlirlər Xidmətinin Gömrük Departamentindən xx.xx.2022-ci il tarixdə alınmış cavab məktubuna əsasən qeyd olunan malların üzərinə həbs qoyulmadığı müəyyən edilmişdir. Ona görə də, xx.xx.2022-ci il tarixdə Şəxs MMC-nin barəsində EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunduqdan sonra nəqliyyat vasitələri Azərbaycan Respublikasına gətirilmişdir. Odur ki, "xxxx" MMC-nin əməlinin İXM-in 499.2-ci maddəsindən həmin Məcəllənin 499.1.4-cü maddəsinə tövsif edilməsinə və həmin maddədə nəzərdə tutulmuş həddə cəmiyyət barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X4 bildirmişdir ki, inzibati xəta haqqında protokoldan və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin dizpozisiyasından görünür ki, “AS İNŞAAT-N MMC”-yə məxsus nəqliyyat vasitələri ölkə ərazisindən xaricə, yəni Gürcüstan Respublikasına aparılmış lakin ölkə ərazisinə ümumiyyətlə qaytarılmamışdır. Bu səbəbdən şirkətin əməlində inzibati xəta tərktibi yaranması əsası ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edilməlidir ki, inzibati xətanın törədilmə səbəbi araşdırılarsa sözügedən xətanın “AS İNŞAAT-N MMC”-nin təqsiri olmadan baş verməsi məlum olacaqdır. Belə ki, “AS İNŞAAT-N MMC”-ə məxsus nəqliyyat vasitəsi həqiqətən ölkə ərazisindən kənara aparılmış bununla bağlı qanunvericiliyə uyğun olaraq gömrük bəyannaməsi təqdim edilmiş və nəqliyyat vasitələrinin Gürcüstan Respublikası ərazisində təyinatı üzrə istifadə edilərək ölkə ərazisinə qaytarılması nəzərdə tutulmuşdur. Lakin, şirkətin Gürcüstan Respublikası ərazisində az miqdarda vergi borcu öhdəliyi yaranmış və borc məsələsi öz hüquqi həllini tapana qədər həmin nəqliyyat vasitələri hamısı girov obyekti kimi saxlanılmışdır. Gürcüstan Respublikasının rəsmi qurumlarına nəqliyyat vasitələrinin Azərbaycan Respbulikası ərazisinə qaytarılmasının qanunvericliyin tələbi olması və bu halın aradan qaldırılmasının zəruriliyi ilə bağlı dəfələrlə müraciət ediləsə də rəsmi qurumlar lazımı vaxtında bunu təmin etməmişdilər. Məhz bu səbəbdən də nəqliyyat vasitələrinin Azərbaycan Respublikası ərazisinə vaxtında qaytarılması qeyrimümkün olmuşdur. Odur ki, şirkətin təqsiri və xəbəri olmadan gözlənilmədən nəqliyyat vasitələrinin şirkətin vergi öhdəliyinin icrası təmin olunanadək Gürcüstan Respublikası ərazisində girov qismində saxlanılacağı məlum olmuşdur. Digər qeyd edilməli xüsusat isə bundan ibarətdir ki, inzibati xəta haqqında protokol yanlış məlumatlar əsasında tərtib edilmişdir. Belə ki, nəqliyyat vasitəsinin dəyəri inzibati xəta haqqında protokol tərtib olunan anadək olan faktiki qiymət üzrə hesablanmamışdır. Həmin nəqliyyat vasitəsinin dəyəri Azərbaycan Respublikası ərazisindən xaricə aparılarkən verilmiş gömrük bəyannaməsinin əsasında müəyyən edilmiş və qanunvericiliyin birbaşa tələbi olan amortizasiya ayırmaları nəzərə alınmamışdır. Qanunvericilik istismar nəticəsində illik dəyərini itirən növləri sadalmış və amortizasiya ayırmalarının illik faiz dərəcəsini konkret olaraq göstərmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 114.4.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin illik amortizasiya ayırmaları 25% olaraq hesablanmalıdır. Belə olan halda hazırda inzibati xəta haqqında iş üzrə inzibati xətanın predmeti olan nəqliyyat vasitəsinin dəyəri yenidən hesablanmalı və amortizasiya ayırmaları mütləq qaydada nəzərə alınaraq həmin nəqliyyat vasitəsinin faktiki dəyəri müəyyən edilməlidir. Həmçinin hal-hazırda sözügedən nəqliyyat vasitəsi Azərbaycan Respublikası ərazisinə qaytarılmış və bununla bağlı qanunvericiliyin tələblərinə əsasən gömrük bəyannaməsi tərtib edilmişdir. Həmin gömrük bəyannaməsi iş materiallarında mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsinin mahiyyəti “Aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə” təqsiri nəzərdə tutur. Belə olan halda isə nəqliyyat vasitəsinin ölkə ərazisinə qaytarılması halı mövcud olduğu üçün birmənalı qaydada “AS İNŞAAT-N MMC”nin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsindən 499.1.4-cü maddəsinə tövsif edilməlidir. Deyilənləri nəzərə alaraq, hüquqi şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-ci maddəsinin tərkib əlamətləri olduğundan həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şəxs MMC tərəfindən EP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, **********2484 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilərək Gürcüstana göndərilmiş gömrük dəyəri 57460,00 manat olan malların müvəqqəti ixrac müddətinin xx.xx.2022-ci il tarixdə basa çatmış, lakin, müvəqqəti ixrac müddətinin bitməsinə baxmayaraq sözügedən mallar geriyə qaytarılmamış və digər gömrük prosedurunda rəsmiləşdirilməsi barədə gömrük orqanına heç bir müraciət daxil olmamışdır. xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şəxs MMC tərəfindən **********2484 saylı GB ilə müvəqqəti ixrac xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin MMC tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. xx.xx.2021-ci il tarixli, **********2484 saylı gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən ümumi gömrük dəyəri 57460.00 manat olan “DAF XF 105 markalı yəhərli dartıcı, rəngi –ağ, ili-2009, müh. həcmi-12902 sm3, qət etdiyi məsafə -0 km, şassi/ban no- XLRTE47MSOF834591, mühərrik № M89184” və “STP PY35 markalı yarım yedək, bortlu, rəngi-ağ, istismar olunmuş, ili-2015, müh. həcmi-0sm3, şassi/ban no- 000009” malları müvəqqəti ixrac xüsusi gömrük prosedurunda rəsmiləşdirilmişdir. Gömrük Xidmətinin Vahid X1 çıxarışdan görünür ki, yüklərin müvəqqəti ixrac müddətinin son tarixi xx.xx.2022-ci ildir. Gürcüstan Maliyyə Nazirliyi Gəlirlər Xidmətinin Gömrük Departamentindən xx.xx.2022-ci il tarixdə alınmış cavab məktubuna əsasən hazırkı mərhələdə vergi ödəyicisinin əmlakı Gürcüstan Vergi Xidməti Borcu İdarəetmə Departamenti tərəfindən həbs olunmamışdır. İş materiallarına əlavə olunmuş gömrük bəyannaməsindən və digər sənədlərdən görünür ki, nəqliyyat vasitəsi Azərbaycan Respublikası ərazisinə xx.xx.2022-ci il tarixdə qaytarılmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli, **********2484 saylı gömrük bəyannaməsində qeyd edilən malların müvəqqəti ixrac müddəti xx.xx.2022-ci il tarixdə bitmiş, lakin həmin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmamış və ya malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət olunmamışdır. Lakin nəqliyyat vasitələri xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına gətirildiyi üçün “AS İNŞAAT-N" MMC tərəfindən İXM-in 499.1.4-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 130-cu maddəsinə əsasən təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar müvəqqəti ixrac proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilməklə, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisindən kənarda istifadə olunur. Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi şərtləri, onların bu prosedur altında qalma müddəti müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli, 244 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3-cü bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti ixrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir. Həmin müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. İXM-in 499.1.4-cu maddəsinə əsasən üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, “AS İNŞAAT-N" MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında “AS İNŞAAT-N" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “AS İNŞAAT-N" MMC-nin 499.1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizi məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: “AS İNŞAAT-N" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş nəqliyyat vasitələrinin dəyərinin, yəni 57460,00 manatın 20% həcmində - 11492 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-2756/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2756/2022
11.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver