Məhkəmə qərarları › İş №3(001)-2757/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2757/2020

16.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2757/2020 16.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, Şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X4 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X4 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti daxil olmuşdur. İnzibati xəta haqqında materialın baxılmağa hazırlanması zamanı iş materialını nəzərdən keçirərək hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, toplanmış materialdan X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X4 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar iş materiallarına əlavə olunmamışdır. Qeyd edilməlidir ki, mübahisələndirilən məsələ ilə bağlı ilk növbədə qərarın şikayətə əlavə olunması zəruridir, çünki məhkəmədə baxılan işin predmeti məhz mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərardır. Belə ki, qanunvericilik tərəfindən inzibati xəta haqqında iş üzrə yalnız inzibati tənbeh vermə haqqında qərarlardan şikayətin verilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan əsaslara görə X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X4 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128 və 129-cu maddələrini rəhbər tutaraq, qərara aldım: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X4 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar