Məhkəmə qərarları › İş №3(001)-2761/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2761/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2761/2024 30.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, X1 Bakı şəhəri X6 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X3 şikayətlə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri X6 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, 2024-cü ilin fevral ayının 18-də idarə etdiyi “Toyota Prado” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nəsimi rayonu Mir Cəlal küçəsi ilə Asif Məhərrəmov küçələrinin kəsişməsində sola dönərək hərəkətini davam etdirmişdir. Həmin kəsişmədə hərəkəti nizamlayan svetofor vardır. O, svetoforun yaşıl işığında yolayrıcına daxil olduğu üçün sonradan digər istiqamətdə hərəkət edən avtomobillərə və piyadalara mane olmamaq məqsədi ilə hərəkətini davam etdirərək Asif Məhərrəmov küçəsinə dönmüşdür. Bu zaman arxadan sayrışan işıqlarını qoşmuş yol patrul xidməti avtomobilindən səs ucaldıcı vasitəsilə ona dayanmaq işarəsi verilmiş, buna görə idarə etdiyi “Toyota Prado” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili dayandırmışdır. Yol patrul xidməti əməkdaşı ona svetoforun qırmızı işığında hərəkət etdiyini və buna dair video görüntülərin olduğunu bildirmişdir. O, qırmızı işıqda deyil, уaşıl işıqda hərəkət halında уolayrıcına daxil olduğunu və sonradan digər istiqamətdə hərəkət edən avtomobillərə və piyadalara mane olmamaq məqsədi ilə hərəkətini davam etdirdiyini bildirmişdir. Nəticədə inspektor ona protokol tərtib edəcəyini, ancaq sistemə qərarsız yerləşdirəcəyini demiş, o da, razılaşmışdır ki, sonradan görüntülərə baxa bilsin. Lakin günlər keçməsinə baxmayaraq foto və video görüntülər elektron kabinetə yerləşdirilməmişdir. xx.xx.2024-cü il tarixdə isə AR İXM-in 327.2-ci maddəsi ilə 80 manat cərimə və 3 cərimə balı ilə tənbeh edilməsinə dair qərar qəbul edilmişdir. Həmin qərardan məhkəməyə şikayət vermiş, məhkəmənin 28 mart 2024-cü il tarixli qərarına əsasən qərar ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı şəhəri X6 İdarəsinə göndərilmişdir. Bu dəfə də Bakı şəhəri X6 İdarəsindən işə baxılmasının vaxtı və yeri ona bildirilməmiş, işə onun iştirakı olmadan baxılaraq xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən o, 80 manat və 3 cərimə balı növündə tənbeh edilmişdir. Hesab edir ki, barəsində çıxarılmış qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir. Göründüyü kimi уuxarıda qeyd olunan qanunun göstərilən müddəaları iddia olunan hərəkətlərdə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətləri mövcud deyildir. O, hər hansı yol hərəkəti qaydasını pozmamış, eləcə də heç bir inzibati xəta törətməmişdir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada təkrarən məlumatlandırılmış Bakı şəhəri X6 İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, şikayət verən X3 isə məhkəməyə gəlməmişdir. Məhkəmə işə Bakı şəhəri X6 İdarəsinin nümayəndəsinin və şikayət verən X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: TP ******* nömrəli xx.xx.2024-cü il tarixli İnzibati Tənbeh vermə haqqında Qərardan görünür ki, “Toyota Prado” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bililib 80 (səksən) manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü ildə Bakı 20 Yanvar 2a ünvanda “Toyota Prado” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli 3(001)- 1990/2024 nömrəli qərarından görünür ki, Bakı şəhəri X6 İdarəsinin inzibati tənbeh vermə haqqında TP ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Bakı şəhəri X6 İdarəsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli sorğusundan görünür ki, Bakı şəhəri X6 İdarəsinə rəsmi qaydada müraciət olunaraq TP ******* nömrəli 27 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş materialların, habelə xx.xx.2024-cü il tarixdə Bakı 20 Yanvar 2a ünvanda vətəndaş X1 idarə etdiyi “Toyota Prado” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomaşını dayandıran patrul avtomobilində quraşdırılmış videokameranın qeydə aldığı görüntülərin, həmçinin YPX inspektoru X2 üzərində olan mikrofonun qeydə aldığı səs yazısının məhkəməyə təqdim edilməsini, habelə protokolu tərtib etmiş YPX inspektoru X2 məhkəmə iclasında iştirakının təmin edilməsi istənilmişdir. Sorğuya cavab verilməmiş, protokolu tərtib etmiş inspektorun məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə görə inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin təsvir edilmiş hallarından görünür ki, şikayət verən Əli Dadaşov xx.xx.2024-cü ildə yol hərəkəti qaydasını pozmadığını, eləcə də heç bir inzibati xəta törətmədiyini bildirərək, ona istinad olunan inzibati xətanı qəbul etmir. Qanuna əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə də borclu deyildir. Başqa sözlə, mübahisələndirilən TP ******* nömrəli 27 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın əsaslılığını və qanuniliyini sübut etmək yükü həmin qərarı qəbul etmiş orqanın üzərinə düşür. Səlahiyyətli orqan isə həmin işə təkrarən baxarkən X1 iştirakını təmin etməmiş, qayda pozuntusunu təsdiq edən sübutları ona nümayiş etdirməmiş, təkrarən sorğu verilməsinə baxmayaraq sözügedən qərarın qəbul edilməsi üçün əsas olmuş sübutları məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda isə X1 xx.xx.2024-cü ildə Bakı 20 Yanvar 2a ünvanda “Toyota Prado” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən svetoforun qadağanedici işarəsi verilən zaman hərəkətini davam etdirməsini sübut etmək mümkün deyil. Xüsusilə nəzərə alınmalıdır ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X1 Bakı şəhəri X6 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri X6 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar