Məhkəmə qərarları › İş №3(001)-2764/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2764/2022

13.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2764/2022 13.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru Bəxtiyar İsmayılovun, Zərərçəkmiş şəxs (tələbkar) X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs (borclu) Şəxs iştirakları ilə , xx.xx.1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, xxxxxxx FİN-ə malik olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-136/2018 saylı, 14 dekabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən, borclu Şəxs 2530 manat məbləğində pul tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 13 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon icra Şöbəsinin böyük icra məmuru Bəxtiyar İsmayılov protokolu müdafiə edərək bildirdi ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-136/2018 saylı, 14 dekabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 2530 manat məbləğində pul tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada verilmişdir. İcra sənədi üzrə borclunun 2530 manat borcu yaranmışdır. Buna görə borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-136/2018 saylı, 14 dekabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən ondan 2530 manat məbləğində pul tutularaq tələbkar X1 xeyrinə ödənilməsi qət olunmuşdur. O, hazırda heç bir yerdə işləmir, aylıq gəliri yoxdur. Onun səhhətində də problemlər olduğu üçün işləyə bilməmişdir. Həmin borcdan yalnız 100 manat ödəyə bilmişdir. Lakin, o borcunu inkar etmir, ilin sonunadək həmin məbləği tələbkara ödəyəcəkdir. Belə ki, o, yaşadığı evi satışa çıxarmış, həmin ev satılan kimi borcunu X2 tam ödəyəcəkdir. Bununla bağlı tələbkarla razılıq əldə etmişdir. Odur ki, deyilənlərin nəzərə alınaraq barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X3 bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-136/2018 saylı, 14 dekabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 2530 manat məbləğində pul tutularaq onun xeyrinə ödənilməsi qeyd olunmuşdur. Şəxs borcun 2022-ci ilin dekabr ayının 25-dək növbəti dəfə möhlət istəmisini nəzərə alaraq vicdanlı tərəf kimi humanistlik göstərərək onun xahişini nəzərə alır. Odur ki, Şəxs barəsində olan iş üzrə inzibati protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, Binəqədi rayon İcra Şöbəsinin icra məmurunun, barəsində inzibati icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq olunmuş: Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-136/2018 saylı, 14 dekabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən, borclu Şəxs 2530 manat məbləğində pul tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, borclu Şəxs barəsində iş üzrə icraata başlanmışdır. xx.xx.2018-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu dərhal könüllü ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(001)-604/2022 saylı qərardadına əsasən, Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-136/2018 saylı, 14 dekabr 2018-ci il tarixli icra sənədində göstərilən tələbin təmin edilməsi məqsədi ilə borclu Şəxs ölkədən getmək hüququ icra sənədi üzrə borc tam icra olunanadək müvvəqəti məhdudlaşdırılmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. 13 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs borcunu tələbkar X2 ödəməmişdir. İşdə olan tələbkar X3 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, sonuncu Şəxs barəsində olan iş üzrə inzibati protokola xitam verilməsini xahiş etmişdir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırkı işdə isə sadalanan hallar yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi... Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)- 136/2018 saylı, 14 dekabr 2018-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 13 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar