Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2765/2021 15.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş inzibati orqan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 578.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiallara Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Məhkəmənin icraatına Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Şəxs MMC barəsində İXM-nin 578.2-ci maddəsi ilə tərtib edilmiş 27.07.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokol tərtib etmiş inzibati orqan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2 bildirmişdir ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müəyyən edilmiş yer üzrə qeydiyyat qaydalarına riayət etmələri üzərində nəzarətin həyata keçirilməsi məqsədilə 26.07.2021-ci il tarixdə Miqrasiya nəzarəti baş idarəsinin əməkdaşları tərəfindən Türkiyə Respublikasının vətəndaşları Orhan Gözegir, Nihat Gözegir və Koksal Dalcı barəsində araşdırma aparılmışdır.Araşdırma nəticəsində qeyd olunan əcnəbilərin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində olduğu yer üzrə qeydiyyata alındıqları və Şəxs MMC-də usta işlədikləri məlum olmuşdur.Bununla bağlı əcnəbilərin izahatı alınan zaman Şəxs MMC tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması halları aşkar olunmuş və bu barədə 27.07.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur.Həmin protokolda qeyd olunan əcnəbilərə iş icazəsi alınmadan Şəxs MMC-də işlədikləri qeyd olunmuş və MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsinə gəlinmişdir.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə-vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.Həmin Məcəllənin 578.2-ci maddəsinə əsasən eyni xəta üç və ya daha çox əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində törədildikdə - vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər otuz min manatdan otuz beş min manatadək məbləğdə cərimə edilir. Qeyd olunanları nəzərə alaraq, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.2-ci maddəsinə uyğun olaraq, hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 məhkəyə yazılı etiraz təqdim etmiş və əlavə olaraq göstərmişdir ki, Dövlət Miqrasiya Xidməti tərəfindən Şəxs MMC barəsində AR İXM-nin 578.2-ci maddəsinə əsasən MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək MMC əsassız olaraq 35 000 manat məbləğində inzibati cərimə edilmişdir ondan ötrü ki, cəmiyyət işəgötürən kimi Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan 3 nəfər türk vətəndaşını işə cəlb etmişdir. Həmin protokol maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edilmişdir və həmin protokol üzrə Binəqədi Rayon Məhkəməsinin icraatında olan inzibati işə xitam verilməli və həmin protokol üzrə inzibati məsuliyyətə cəlb edilmə üzrə heç bir qanuni əsas yoxdur.Belə ki, ilk növbədə, Şəxs MMC-nin Türkiyədə vergi ödəyici kimi qeydiyyatda olan və türk şirkəti olan “Cabini Filtre Sanayi ve Tic LTD ŞTİ” ilə bağladığı 27.01.2021-ci il tarixli 1 saylı müqavilə şərtlərinə uyğun olaraq həmin cəmiyyət Şəxs MMC-yə aid olan fabrikdə istehsal və emal üçün boyaq maddələrinin və toztutucu sistemlərini Azərbaycana ixrac edərək, həmin sistemlərin yığılması üçün əmək müqaviləsi ilə həmin türk şirkətində çalışan 5 nəfər işçisini müqavilə şərtlərinə uyğun olaraq 30 gün müddətinə Azərbaycana ezam etməli və həmin işçilər avadanlıqların qurulması, istifadə təlimlərini keçməli və emal üzrə sınaq işlərini şirkət əməkdaşlarına nümayiş etdirməli idi və bu belə də olmuşdir.Həmin işçilərdən 5-indən 2-si öz ixtisasına aid olan müvafiq işləri türk şirkəti ilə bağlanmış 27.01.2021-ci il tarixli müqavilə şərtləri üzrə icra edərək ölkəni özləri 20 gün sonra tərk etmiş və miqrasiya orqanları onlara nə ölkədə olduqları, nə ölkəni tərk etdikləri zaman irad və ya bildiriş verməmiş, qanun pozuntusu aşkar etməmişlər.Baxmayaraq ki, 5 nəfər həmin işçi ölkəyə gəlməzdən əvvəl AR NK-nin Operativ Qərargahı və Miqrasiya Nazirliyinə rəsmi qaydada məlumat verilmişdir.Həmin işçilərin işəgötürəni “Cabine Filtre Sanayi ve Tic LTD ŞTİ” olmuş və bu barədə zəruri bütün maliyyə, kadr, ezam sənədləri məhkəməyə təqdim edilmişdir. O səbəbdən də Şəxs MMC-nin Azərbaycana ezam edilmiş işəgötürəni olan 5 türk vətəndaşından 3-ünün işəgötürəni ola bilməz, həmin işçilərin maliyyə təminatının türk şirkəti tərəfindən edilməsinə dair təkzibedilməz sənədləri türk şirkəti 13.08.2021-ci il tarixli Binəqədi Rayon Məhkəməsinə etdiyi müraciətində də qeyd etmiş və sübut olaraq təqdim etmişdir.Bununla da sübut olunur ki, “Qardaşlar Mebel-3 MMC” işəgötürən olmadığı və Miqrasiya Məcəlləsinin tələblərini pozmamışdır.Belə ki, AR İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan. inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və byektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu nzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.Bundan başqa, izahatları alınmış Orxan Gözəgir, Nihat Gözəgir, Dalçı Koksal türk vətəndaşı olsalar da türk dilində onlara diqtə edilmiş qaydada izahatlar yazdırılmış, izahatlarda montaj işləri ilə məşğul olmalarını, yemək, qalma haqqının Şəxs MMC tərəfindən qarşılanması qeyd edilmişdir, işləmə icazələrinin olmamasıni bildirmişlər.Lakin Azərbaycan qanunverciliyini və azərbaycan dilini bilməyən türk vətəndaşları AR İXM-nin 530cu maddəsi ilə hüquq və vəzifələri tərcüməçi olmadan izah və xəbərdarlıq edilmişdir ki, bu da AR İXM-nin tələblərinə zidddir. 27.11.2021-ci il tarixə həftə əvvəldən alınmış təyyarə biletləri olan 3 nəfər türk vətəndaşı miqrasiya orqanı tərəfindən elə həmin biletlər üzrə deportasiya olunma barədə qərarla ölkəmizdən Türkiyə Respublikasına yola salınmışdır. Bundan başqa, Şəxs MMC-nin rəhbəri ölkə hüdudları xaricində olmasına və nümayəndələrimiz vasitəsilə təmsil olunma barədə araşdırma gedişində dəfələrlə elektron qaydada müraciətlərimizə baxmayaraq protokolda guya nümayəndələri iş materiallarında 26.07.2021-ci il tarixdən etibarnaməsi olan X4 miqrasiya orqanının inzibati binasında olmasına zəruri sənədləri araşdırmaya təqdim etməsinə, 26.07.2021-ci il tarixdən 27 iyul 2021-ci il tarix, yəni protokolun tərtib edildiyi gün də daxil olmaqla elektron və əlbəəl qaydada sənədlər miqrasiya orqanına təqdim edilməsinə baxmayaraq nə türk şirkəti ilə müqavilə, nə ezam sənədləri, nə əmək müqavilələri miqrasiya orqanı tərəfindən qərəzli qaydada işə əlavə edilməmiş və protokolda guya Taleh Məmmədovun guya izahat verməkdə imtina etməsi barədə qeyd olmuşdur.Halbuki, həmin gün o inzibati binaya, araşdırma üçün izahat verilməyə buraxılmamış, dəfələrlə miqrasiya əməkdaşı olan Namiq İbrahimov tərəfindən telefon danışıqları olmuşdur. Nəhayət “İl ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin alınması tələb olunmayan fəaliyyət sahələrinin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 04 dekabr 2014-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: “İl ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin alınması tələb olunmayan fəaliyyət sahələrinin Siyahısı” təsdiq edilmiş və il ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin alınması tələb olunmayan fəaliyyət sahələrinin S İ Y A H İ S İ bu olmuşdur. 1. Mədənçıxarma sənayesi 2. Emal sənayesi 3. Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat 4. İnformasiya və rabitə 5. Maliyyə və sığorta 6. Təhsil 7. Nəqliyyat 8. Su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi. İzahatları qanunsuz və prosessual normaların tələbləri pozulmaqla alınmış həmin 3 türk vətəndaşı ARNK-nin D/0 18245 nömrəli 04.06.2021-ci il tarixli qərarı ilə ölkəyə daxil olmuşdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq, hazırki inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati iş üzrə tərəflərin nümayəndələrinin çıxışlarını dinləyib və iş materiallarını aşardıraraq hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol düzgün tərtib olunmamış və natamam olmuşdur və həmin natamamlıqların məhkəmə baxışı zamanı aradan qaldırılması mümkün deyildir.Ona görə də, həmin protokol və ona əlavə edilmiş iş materialları geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 27.07.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, Orxan Gözegir və Nihat Gözegir tərəfindən ünvanlanan ərizələrdən görünür ki, inzibati xəta haqqında protokol tərtib olunduğu zaman həmin şəxslərdən ifadə tərcüməçisiz alınmış, onlar deport olunduqdan sonra onların adından yazılan və onlara sonradan oxunan ifadələrdə onların Şəxs MMC-nin işçisi kimi işlədikləri və əmək haqlarını qeyd edilən MMC-dən aldıqları öz əksini tapmışdır. Lakin onlar MMC-nin işçiləri deyil, oraya ezam olunmuş və maaşlarını Türkiyədə alırlar. Beləliklə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Şəxs MMC barəsində İXM-nin 578.2-ci maddələri ilə tərtib edilmiş 27.07.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edildiyi zaman Türkiyə Respublikasının vətəndaşları Orhan Gözegir, Nihat Gözegir və Koksal Dalcıya tərcüməçi dəvət olunmamışdır.Bu isə qanunvericiliyin tələblərinə ziddir. Belə olduğu təqdirdə şəxs tərcüməçi ilə təmin edilməlidirsə, onun inzibati icraat aparıldığı vaxtdan bu hüququ təmin edilməlidir.Protokol onun bildiyi dildə tərtib edilməli və bir sürətinin də həmin şəxsə verilməsi hüququ təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 49.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraat Azərbaycan dilində, yaxud müəyyən ərazidəki əhalinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. Azərbaycan Respublikası İXM-nin 49.2-ci maddəsinə əsasən işdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunurlar. Azərbaycan Respublikası İXM-nin 61.1.7-ci maddəsinə əsasən ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüququ təmin edilməlidir. Həmçinin Şəxs MMC-nin Azərbaycan Respublikası Nazirlər Kabinetinə ünvanladığı məktubun surətindən bəlli olur ki, Şəxs MMC (VÖEN:**********) müxtəlif növ mebellərin iştehsalı və satışı ilə məşğul olur.Bundan başqa, Şəxs MMC ilə “Cabini Filtre Sanayi ve Tic LTD ŞTİ” arasında 27.01.2021-ci il tarixdə bağlanmış müqavilədən də görünür ki, sözləşmənin mövzusu Azərbaycanda, Bakıda alıcıya aid olan zavodunda istehsal üçün boyaq maddələrinin və toztutucu sistemlərin emalı və yığılmasıdır. “İl ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin alınması tələb olunmayan fəaliyyət sahələrinin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 04 dekabr 2014-cü il tarixli qərarında İl ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin alınması tələb olunmayan fəaliyyət sahələrinin Siyahısına emal sənayesi də daxildir. Buradan da belə nəticəyə gəlmək olur ki, inzibati xəta haqqında protokol tərtib olunarkən ən azından “emal” və “istehsal” terminlərini səhv anlamamaq üçün inzibati xəta haqqında protokol tərtib olunan şəxslərə tərcüməçi təqdim olunmalı idi. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir.İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər;inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmçinin, İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. İcra haqqında qanun tələblərinə görə birinci növbədə börcluya icra sənədinin könüllü ödəməsi barədə bildiriş göndərməli, borclunu icra şöbəsinə dəvət edərək icra olunmalı olan icra sənədinin məzmunu və icra olunmasının hüquqi nəticələrini ona izah etməli, bu barədə ondan izahat almalı, yalnız görülən tədbirlər nəticə vermədikdə məcburi icra tədbirlərini tətbiq etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Belə olan halda müəyyən olunur ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunana inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmamış və iş üzrə zəruri araşdırmanın aparılmamışdır ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. İnzibati xəta haqqında material ikin olaraq məhkəməyə göndərildiyi zaman yuxarıda sadalanan qüsurlar aradan qaldırılması üçün aidiyyəti üzrə geri qaytarılmış və təkrarən məhkəməyə ünvanlanmasına baxmayaraq, mövcud qüsurlar araradn qaldırılmamışdır. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs MMC barəsində İXM-in 578.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə hesab edirəm ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.2-ci maddəsi ilə tərtib edilmiş 27.07.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.2-ci maddəsi ilə tərtib edilmiş 27.07.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2765/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2765/2021
15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver