Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2765/2024 10.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Şəxs nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 452.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X7” X15 tərəfindən Şəxs barəsində İXM-nin 452.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. X7 tərəfindən Şəxs barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən ünvan 1 ünvanında Şəxsnə məxsus aptek təşkilatında xx.xx.2024-cü il, saat 16:35- tarixində aptek təşkilatlarına dair tələblərin pozulması faktı aşkar edilmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X3 izahatında bildirmişdir ki, nümayəndəsi olduğu cəmiyyətə məxsus ünvan 1 ünvanında yerləşən aptekdə dərman vasitələri ilə yanaşı dərman vasitəsi olmayan qida əlavələrinin, gigyenik vasitələrin (diş fırçası, şampun, krem), saqqız, su və sair malların da satışı həyata keçirilir. Dərman vasitələrinin satışı əczaçı X6, qeyri dərman vasitələrinin satışı isə satıcı X5 həvalə edilmişdir. Aptekin əczaçısı X9 nahar fasiləsinə çıxıdığından həmin aptekdə qeyri dərman vasitələrinin satışını həyata keçirən satıcı X8 aptekə müştəri kimi daxil olmuş şəxsə spazmalgon, valokardin və sitramon adlı dərman vasitələrinin satışını həyata həyata keçirmişdir. X4 dərman vasitələrinin satışını həyata keçirməyə hüququ yoxdur. X2 nahara çıxdığı üçün sonuncunun əvəzinə dərman vasitələrinin satşışını həyata keçirmişdir. Qeyd edilənlərlə bağlı həmin əməkdaşların izahatı alınaraq belə hallara bir daha yol verməmələri barədə onlara ciddi xəbərdarlıq edilmişdir. Göstərilənlərin nəzərə alınmaqla nümayəndəsi olduğu cəmiyyət barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş tənbehin aşağı həddə tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada protokolu tərtib etmiş orqana verilməsinə baxmayaraq, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəməyə işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X7nin müfəttişi X11 tərəfindən tərtib olunmuş 24 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən aptekdə plan üzrə (növbəti) yoxlama aparılarkən xx.xx.2024-cü il, saat 16:35-də aptek təşkilatlarına dair tələblərin pozulması və əczaçı olmayan şəxs tərəfindən dərman vasitələrinin satışının həyata keçirilməsi faktı aşkar edilmiş, nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X7 tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında qərardan görünür ki, Dokta” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 1 ünvanında yerləşən əczaçılıq təşkilatının fəaliyyətinin yoxlanılması barədə qərar qəbul edilmiş və qərarın surəti X5 təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli, Fiscal İD 91xBKNPBkjtx olan, 52750 nömrəli satış çekindən görünür ki, həmin tarixdə saat 16:26:49-da Şəxsnə məxsus ünvan 1 ünvanında yerləşən **********-10050 kodlu obyektdə “Spazmalgon 500 MG”, “Valokordin 20 ML”, “Sitramon Borimed” dərmanları satılmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024-cü il tarixli KY242093568 seriyalı çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəxs MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən aptekdə aparılacaq yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X7” X17 tərəfindən plan üzrə (növbəti) yoxlamanın keçirilməsi haqqında 08 aprel 2024-cü il tarixli 3-28-1/3-2-399/2024 saylı Qərarı əsasında Şəxs MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən aptekdə növbəti yoxlama aparılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, 262 nömrəli pərakəndə satış əczaçılıq müəssisələrinin plan üzrə yoxlama aktından görünür ki, ünvan 1 ünvanında Şəxsnə məxsus aptekə baxış keçirildiyi zaman əczaçılıq ixtisasına malik olmayan şəxs X8 tərəfindən dərman vasitələrinin satışının həyata keçirildiyi müəyyən edilmişdir. Fakt üzrə İXM-nin 452.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Aptekdə sertifikasiyadan keçmiş əczaçının olmasına baxmayaraq dərman vasitələrinin satışında qeyri ixtisasa malik şəxs iştirak etmişdir. X8 aptekin əczaçısı nahara çıxdığı üçün saat 16:26-da tərəfindən dərman vasitələrinin satışını həyata keçirdiyini bildirmiş və imzası ilə aktın doğruluğunu təsdiq etmişdir. xx.xx.2024-cü il tarixdə çap edilmiş, xx.xx.2023-cü il tarixdə imzalanmış əmək müqaviləsi bildirişindən görünür ki, X9 Şəxs MMC-də əczaçı vəzifəsində işləyir. AA seriyalı, 039442 nömrəli orta ixstisas təhsili haqqında diplomdan görünür ki, X6 əczaçı ixtisası üzrə subbakalavr dərəcəsi verilmişdir. AF/T 000465 nömrəli praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdin edən sertifikasiya şəhadətnaməsindən görünür ki, X6 əczaçı ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. xx.xx.2024-cü il tarixli, 185/25 Ü nömrəli Şəxs MMC üzrə İşçinin vəzifə öhdəliklərinin genişləndirilməsi barədə” əmrdən görünür ki, X9 Şəxsnə məxsus ünvan 1 ünvanında yerləşən 1094 nömrəli aptekə təhkim edilmişdir. xx.xx.2024-cü il tarixdə çap edilmiş, xx.xx.2023-cü il tarixdə imzalanmış əmək müqaviləsi bildirişindən görünür ki, X8 Şəxs MMC-də satıcı vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, X9 həmin tarixdə saat 16:10-da nahara çıxdığına görə aptekdə olmadığı bildirmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxsnə məxsus ünvan 1 ünvanında yerləşən aptekdə İXM-in 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə - vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları” barədə 3 nömrəli Əlavənin 1.2.2-ci maddəsinə əsasən aptekdə çalışan mütəxəssislər əczaçılıq fəaliyyəti üzrə mövcud tələbləri bilməli, eyni zamanda fəaliyyətlərini əhaliyə xidmətin göstərilməsi keyfiyyətinin yüksəldilməsinə və bununla da əhali arasında əczaçılıq peşəsinin nüfuzunun daim yüksəldilməsinə yönəltməlidirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları” barədə 3 nömrəli Əlavənin 5.2-ci maddəsinə əsasən aptekdə işləyən əczaçılar “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikasiyadan keçməli və ixtisasartırma və kadrların hazırlığı müəssisələrində müəyyən proqram üzrə təhsil almalıdırlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları” barədə 3 nömrəli Əlavənin 12.3-cü maddəsinə əsasən aptekdən həkim resepti ilə buraхılan dərman vasitələrinin satışı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunununa uyğun olaraq sertifikasiyadan keçmiş əczaçılıq təhsilinə malik mütəxəssis tərəfindən, reseptsiz buraxılan dərman vasitələrinin və digər tibb təyinatlı malların satışı ali və ya orta əczaçılıq təhsilinə malik mütəхəssislər tərəfindən həyata keçirilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxsnə məxsus ünvan 1 ünvanında yerləşən aptekdə əczaçı olaraq çalışan və Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikasiyadan keçmiş X9 nahar etmək üçün aptekdən çıxdığından həmin aptekdə satıcı vəzifəsində çalışan X8 reseptsiz buraxılan dərman vasitələrinin satışını həyata keçirmişdir. Məhkəmə qeyd edir ki, reseptsiz buraxılan dərman vasitələrinin və digər tibb təyinatlı malların satışı ali və ya orta əczaçılıq təhsilinə malik mütəхəssislər tərəfindən həyata keçirilir. Belə olan halda Şəxs MMC-də satıcı vəzifəsində çalışan və əczaçılıq təhsilinə malik olmayan X8 tərəfindən reseptsiz buraxılan, yəni “Spazmalgon 500 MG”, “Valokordin 20 ML”, “Sitramon Borimed” adlı dərman vasitələrinin satışı həyata keçirilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları” barədə 3 nömrəli Əlavənin tələbləri pozulmuş, bununla da İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati Xətalar Məcəlləsinin 18-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə də cəlb edilir. Hazırki iş üzrə də Şəxs MMC-ni təmsil etmək səlahiyyətinə malik olan, adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan və ya fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Şəxs MMC-nin işçisi, yəni X8 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin inzibati xəta X8 tərəfindən hüquqi şəxsin xeyri üçün törədildiyindən Şəxs MMC həmin maddə ilə təqsirli bilinməli və hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməldir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Şəxs tərəfindən Şəxs tərəfindən aptek təşkilatlarına dair tələblərin pozulması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmış və Cəmiyyətin İXM-in 452.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə, Şəxs İXM-in 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. Məhkəmə Şəxsnə məxsus ünvan 1 ünvanında yerləşən aptekdə əczaçılıq təhsilinə malik və Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikasiyadan keçmiş əczaçının olmasını nəzərə alaraq hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin saksiyasında nəzərdə tutulmuş tənbeh tədbirinin aşağı həddinin tətbiq edilməsi ilə inzibati tənbehin məqsədlərinə nail olunmasını mümkün hesab edir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngüləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-nin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində 1000 (bir min) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 128-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (bir min) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-2765/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2765/2024
10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver