Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2766/2024 29.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X7, Şəxs etibarnamə üzrə nümayəndəsi X9 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat əsasında material daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərara əsasən Şəxs əmək müqaviləsi hüquqi qüvvəyə minmədən həkimlər – X5 və X2 2024-cü ilin yanvar ayı ərzində X4 “abdominolplastika, qarı nahiyəsinin liposaksiyası” cərrahiyyə əməliyyatının icra edilməsinə cəlb edərək İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş Bakı şəhəri Binəqədi rayon prokurorluğuna məlumat verilməsinə baxmayaraq, prokurorun nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, prokurorun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X11 bildirmişdir ki, X4 “VİMAY” tibb mərkəzində uğursuz əməliyyat edilməsi ilə bağlı müraciəti əsasında Bakı şəhəri Binəqədi rayon prokurorluğuna araşdırma aparılmış və xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. X8 rayon prokurorluğunda izahat verərkən “VİMAY” tibb mərkəzində həmin tibb mərkəzinin həkimləri olmayan X5 və X6 tərəfindən əməliyyat olunduğunu bildirdiyi üçün rayon prokurorluğu tərəfindən Şəxs barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. X5 və X6 “VİMAY” tibb mərkəzində işləmirlər, həmin tibb mərkəzində xx.xx.2024-cü il tarixdə X4 əməliyyatında həkim konsultant kimi iştirak etmişlər. Günay Mehdiyevanın üzərində keçirilmiş əməliyyat “VİMAY” tibb mərkəzinin həkimi Seymur Məmmədov tərəfindən icra edilmiş, Samirə Əkpərbəyova və X23 isə əməliyyata həkim konsultant kimi dəvət edilmişlər. Günay Mehdiya əməliyyatdan sonra əməliyyatın nəticəsindən narazı qaldığına görə əməliyyatı icra etmiş və əməliyyatda həkim konsultant kimi iştirak etmiş həkimlərdən şikayət etmişdir. Odur ki, qeyd edilənlərə nəzərə alaraq məhkəmədən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X3 Firuddun Tofiq oğlu ilə eyni məzmunlu izahat verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmiş və Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X13 bildirmişdir ki, o, “VİMAY” tibb mərkəzində plastik cərrahiyyə şöbəsində cərrah işləyir. xx.xx.2024-cü il tarixdə “VİMAY” tibb mərkəzində X4 üzərində “abdominolplastika, qarı nahiyəsinin liposaksiyası” cərrahiyyə əməliyyatı onun tərəfindən icra edilmişdir. Həmin əməliyyatın icra edilməsində iştirak etmiş X5 və X6 onun dəvəti ilə həkim konsultant kimi əməliyyata gəlmiş, lakin əməliyyatın həyata keçirilməsində iştirak etməmişlər. Samirə Əkpərbəyova və X23 “VİMAY” tibb mərkəzində həkim kimi işləmirlər. “VİMAY” tibb mərkəzində onun tərəfindən əməliyyat edilmiş X8 əməliyyatın nəticəsindən narazı qaldığına görə şikayət edərkən əməliyyatda Samirə Əkpərbəyova və X19 da iştirak etdikləri bildirdiyi üçün sonuncuların həmin tibb mərkəzində əmək müqaviləsi olmadan işləmələri ilə bağlı rayon prokurorluğu tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. X17 və X23 “VİMAY” tibb mərkəzində işləməmiş, əməliyyatda həkim konsultant kimi iştirak etmişlər. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X5 bildirmişdir ki, o, X1 həkim mama-ginekoloq vəzifəsində işləyir. O, uzun müddətdir ki, həkimlik fəaliyyəti ilə məşğul olduğundan dəvət edildikdə digər xəstəxanalara həkim konsultant olaraq getmişdir. xx.xx.2024-cü il tarixdə “VİMAY” tibb mərkəzində X4 üzərində keçirilmiş əməliyyatda da o, həkim konsultant kimi iştirak etmişdir. Həmin əməliyyata o, cərrah Seymur Məmmədovun dəvəti ilə getmişdir. Günay Mehdiyevanın üzərində aparılmış əməliyyat Seymur Məmmədov tərəfindən icra edilmişdir. Ondan başqa əməliyyatda X6 da həkim konsultant kimi iştirak etmişdir. O, heç vaxt “VİMAY” tibb mərkəzində işləməmiş və əməliyyat icra etməmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış şahid Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında həkim mama-ginekoloq vəzifəsində işləyən X6 digər şahid X5 ilə eyni məzmunlu izahat verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə təqsirliliyi sübuta yetirilmədiyindən başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X1 həkim mama-ginekoloq vəzifəsində işləyən X5 və Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında həkim mama-ginekoloq vəzifəsində işləyən X6 xx.xx.2024-cü il tarixdə “VİMAY” tibb mərkəzində X4 üzərində keçirilmiş “abdominolplastika, qarı nahiyəsinin liposaksiyası” cərrahiyyə əməliyyatında həkim-konsultant kimi iştirak etmiş, X5 və X6 həmin tibb mərkəzində işləməmiş, sonuncularla Şəxs arasında işçi işəgötürən münasibətləri olmamışdır. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırki iş üzrə Şəxs təqsiri müəyyən olunmur. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, Şəxs İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə Şəxs İXM-in 192.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə Şəxs İXM-in 192.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-2766/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2766/2024
29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver