Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-278/2022 19.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227 və 535.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs barəsində İXM-in 227 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB tərəfindən tərtib olunmuş 19 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis kapitanı X5 izahat verərək bildirmişdir ki, 19.01.2022-ci il tarixdə 6-cı PB-nin əməliyyat müvəkkili, polis leytenantı Möhlət Abbaslı ilə birlikdə xidmətdə olan zaman Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində KİA markalı, **-BV-*** dövlət nömrə nişanlı avtomaşını görüb həmin avtomaşının sürücüsünə yaxınlaşıb özlərini təqdim etdikdən sonra sonuncuya Biləcəri qəsəbəsində baş vermiş oğurluqla bağlı suallar vermişlər. Sonuncu onların suallarına gec və yayındırıcı cavab verdiyi üçün araşdırılma aparılması üçün Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət edilmişdir. Lakin adını sonradan bildiyi Şəxs onların qanuni tələblərinə tabe olmayaraq mübahisə etməyə başlamış və səs küy salaraq ətrafına kənar şəxsləri toplamağa başlamışdır ki, onlar sonuncu barəsində qanuni tədbir görməsinlər. Onlar Şəxs dəfələrlə nizam intizamlı olmağa dəvət etsələr də sonuncu qanuni tələblərə tabe olmamış və bölməyə getməkdən imtina etmişdir. Bundan sonra onlar sonuncuya qarşı güc tətbiq edərək Binəqədi RPİ-nin 6-cı PB-nə gətirmişlər. Bölmədə sonuncunun Şəxs olduğu müəyyən edilərək izahatı alınmış və izahatı alınan zaman 2021-ci ilin dekabr ayının sonlarında oğurluq etdiyini etiraf etmişdir. Buna görə də, Şəxs barəsində onun tərəfindən İXM-in 227 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 19.01.2022-ci il tarixdə Binəqədi rayonu, Bicləri qəsəbəsi, Asəf Zeynallı küçəsində olan zaman ara məhlələrdən birində polis əməkdaşlarını görüb avtomaşının saxlamış və onlardan yayınmaq üçün telefonla oynamağa başlamışdır. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra ona baş vermiş oğurluqlarla bağlı suallar verməyə başladıqda, o, polis əməkdaşlarının suallarına yalan cavab verərək yayınmaq istəmişdir. Bundan sonra polis əməkdaşları onu Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etdikdə o, polis əməkdaşları ilə mübahisə etməyə başlamışdır. Polis əməkdaşları onu dəfələrlə nizam intizamlı olmağa dəvət etsələr də o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və bölməyə getməkdən imtina etmişdir. Bundan sonra polis əməkdaşları ona fiziki güc tətbiq edərək bölməyə gətirmişlər. Bölmədə izahat verərkən 2021-ci ilin dekabr ayının sonlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsi, "xxxx" MTK-da yerləşən mənzillərdən birindən “Uforever” markalı velosiped oğurladığını etiraf etmişdir. Həmin velosipedi oğurladıqdan 3- 4 gün sonra 3-cü mikrorayon dairəsi adlanan yerdə tanımadığı şəxsə 50 manata sataraq əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, maddi imkanı pis olduğu üçün zərərçəkmiş şəxsə dəymiş ziyan onun tərəfindən ödənilməmiş və zərərçəkmiş şəxslə barışıq əldə etməmiş, eləcə də hazırda da heç bir məbləğdə pul ödəmək imkanı yoxdur. Məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı X4 izahatında bildirmişdir ki, 19.01.2022-ci il tarixdə 6-cı PB-nin sahə inspektoru, polis kapitanı Nicat Orucov ilə birlikdə xidmətdə olan zaman Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində KİA markalı, **-BV-*** dövlət nömrə nişanlı avtomaşını görüb həmin avtomaşının sürücüsünə yaxınlaşıb özlərini təqdim etdikdən sonra sonuncuya Biləcəri qəsəbəsində baş vermiş oğurluqla bağlı suallar vermişlər. Sonuncu onların suallarına gec və yayındırıcı cavab verdiyi üçün həmin şəxsi araşdırılma aparılması üçün Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət edilmişdir. Lakin adını sonradan bildiyi Şəxs onların qanuni tələblərinə tabe olmayaraq mübahisə etməyə və başlamış və onlar Şəxs dəfələrlə nizam intizamlı olmağa dəvət etsələrdə sonuncu qanuni tələblərə tabe olmamış və bölməyə getməkdən imtina etmişdir. Bundan sonra onlar sonuncuya qarşı güc tətbiq edərək Binəqədi RPİ-nin 6-cı PB-nə gətirmişlər. Bölmədə sonuncunun Şəxs olduğu müəyyən edilərək izahatı alınmış və izahatı alınan zaman 2021ci ilin dekabr ayının sonlarında oğurluq etdiyini etiraf etmişdir. Buna görə də, Şəxs barəsində İXM-in 227 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 12.01.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Binəqədi RPİ-nin 6-cı PB-nə göndərilmişdir. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Kristal ünvan 3 ünvanının qarşısından X1 oğluna məxsus “Uforever” markalı velosipedinin oğurlanması nəticəsində sonuncuya 430 manat məbləğində maddi ziyan dəymişdir. 19.01.2022-ci il tarixli raportdan görünür ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün barəsində raport tərtib olunmuşdur. 19.01.2022-ci il tarixli, AZA 009541 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 19.01.2022-ci il tarixdə, saat 15:00-da inzibati qaydada tutulmuşdur. 19.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 227 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 227 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Beləliklə, Şəxs oğlunun İXM-in 227 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etiraf edici izahatı və iş materialları ilə tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngüləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs İXM-in 227 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 2 (iki) ay müddətinə inzibati qaydada həbs edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 2 (iki) ay müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 19 yanvar 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-278/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-278/2022
19.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver