Məhkəmə qərarları › İş №3(001)-2789/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2789/2020

01.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2789/2020 01.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi X2 iclas katibliyi, Barəsində inzibati işüzrə icraat aparılan şəxs Şəxs etibarnaməüzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakışəhər Səbail RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən Şəxs MMC barəsindəİXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati işüzrə icraat aparılan şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 məhkəməyə yazılı etiraz və müvafiq sənədlər təqdim edərək izahatında göstərdi ki, təmsil etdiyi MMC- tərəfindən Bakışəhəri Səbail Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsindən “Ford Cargo 3232S Bitum Daşıy” markalı, **- JO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törədildiyindən həmin şəxs barəsində məlumat verilməsinə dair sorğuya vaxtında cavab verilmişdir. Belə olan halda təmsil etdiyi Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi əmələ gəlmir. Bunundan başqa, hal-hazırda həmin nəqliyyat vasitəsinin cərimələri də tam ödənilmişdir. İnzibati Protokol tərtib etmiş orqana inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, İnzibati Protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işəİnzibati Protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan hüquqi şəxsin etibarnaməüzrə nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, işüzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxs MMC-yə nəqliyyat vasitəsini (mülkiyyətində və ya istifadəsində olan) inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görəvəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşşəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmişşəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, işüzrə icraata xitam verilməlidir.Belə ki, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, Şəxs MMC-yə xx.xx.2020-ci il tarixdə poçt vasitəsi ilə Bakışəhəri Səbail rayon Dövlət Yol Polisi Şöbəsindən daxil olmuş sorğuya xx.xx.2020-ci il tarixdə rəsmi cavab verilmişdir və buna görə də, hazırkı məqamda Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olması qənaətinə gəlmək mümkün deyildir ki, belə olan halda işüzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 53, 109, 110, 114-117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməkdə təqsirsiz hesab edilməklə inzibati xəta haqqında işüzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardadı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət vəya protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar