Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-279/2021 17.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 və X16 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərarından «xxxx» ASC-nin idarə heyətinin sədri vəzifəsini icra edən X19 tərəfindən verilmiş şikayətə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN E T D İ M: X2 Rayon Məhkəməsinə şikayət ilə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin Bakı şəhər İdarəsinin MN seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X19 şikayətində göstərmişdir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X1 Mail Əkbər oğlunun şikayətini, (şikayət “xxxx” ASC-yə göndərilməmişdir) əsas götürərək xx xxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli Qərar ilə “xxxx” ASC-nin İdarə heyətinin sədri vəzifəsini icra edən X13 inzibati məsuliyyətə cəlb edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 1000 (min) manat məbləğində cərimə olunmasını qərara almışdır. Qərar “xxxx” ASC-yə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Hesab edirlər ki, qərar qanunsuzdur və bu səbəbdən də ləğv olunmalıdır. Belə ki, M.Ə.Əsgərovla “xxxx” ASC arasında bağlanmış xx.xx.2006-cı il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) işəgötürənin X4 xx.xx.2019-ci il tarixli, 07/20 irş nömrəli əmri ilə xitam verilmişdir. Dövlət Əmək Müfəttişliyi Xidməti “xxxx”ASC-yə xx xxxxxxx 2020-ci il tarixli **********1 nömrəli məktubla müraciət edərək İnzibati xəta haqqında icraatı rədd edən halların olmamasını, tərəflərindən inzibati xətanın əlamətlərinin olmasını bildirərək xx xxxxxxx 2020-ci il tarixdə, saat 10:00-da (“xxxx” ASC-yə daxil olma tarixi xx xxxxxxx 2020-ci il) Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə dəvət etmişdirlər. Dövlət Əmək Müfəttişliyi Xidməti xx xxxxxxx 2020ci il tarixli **********4 nömrəli məktubla “xxxx” ASC-yə müraciət edərək xx xxxxxxx 2020-ci il tarixdə, saat 11:00-da yenidən Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə dəvət etsələr də, bildiriş məktubu Cəmiyyətə xx xxxxxxx 2020-ci il tarixdə, saat 12:50-də daxil olmuşdur. İnzibati xətanın mövcudluğunu sübut edən halların olmasını təsdiq edən sənədlər və DƏMX-də bildirişin çatdırılmasını belə təsdiq edən sənədlər olmadan barələrində MN ******* nömrəli Qərar qəbul etmişdir. Bundan əlavə, Dövlət Əmək Müfəttişliyi Xidməti Azərbaycan Respublikası nzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti ilə bağlı tələbləri də pozmuşdur. Dövlət Əmək Müfəttişliyi Xidməti hazırki fakta münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddətini ötürmüş və qanunvericiliyin tələblərinə zidd olaraq “xxxx” ASC-nin İdarə heyətinin sədri v.i.e. X13 inzibati məsuliyyətə cəlb olunmasına dair xx xxxxxxx 2020-ci tarixli, MN ******* nömrəli Qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsiə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, tərəflərindən inzibati xəta törədildiyi təqdirdə, inzibati tənbeh inzibati xətanın törədilməsindən və ya davam edən inzibati xətanın aşkara çıxdığı gündən ən geci 3 ay keçənədək verilə bilərdi. X7 “xxxx”ASC arasında olan əmək müqaviləsinə əsasən son haqq-hesab hesablanmış və M.Ə.Ələkbərovun “xxxx” ASC-də olan bank hesabına (**********AZN107711) köçürülmüşdür. X8 1 iş gününə görə 23 manat əsas əmək haqqı, 27 manat əlavə əmək haqqı və xx.xx.2019-ci il tarixli, 07/20 irş nömrəli əmrə əsasən r.ifadə olunmamış məzuniyyət dövrü 161 günə görə 1545 manat 60 qəpik, cəmi 1595 manat, 60 qəpik son haqq-hesab hesablanmış və qeyd olunan məbləğdən tutulmalar (1,00 manat həmkarlar ittifaqına üzvlük haqqı; 48 manat, 65 qəpik təqaüd fonduna; 7 manat, 98 qəpik işsizlikdən sığorta fonduna ayırmalar) tutulduqdan sonra Ə.M.Ələsgərovun «xxxx» ASC-də olan **********AZN107711 bank hesabına 1490 (bir min dörd yüz doxsan) manat, 72 qəpik xx xxxxx 2019-cu il tarixdə və 47 (qırx yeddi) manat, 25 qəpik xx xxxxx 2019-cu il tarixdə son haqq-hesab köçürülmüşdür. Belə ki, xx xxxxx 2019-cu il tarixinədək Cəmiyyət tərəfindən 1537 (min beş yüz otuz yeddi) manat, 97 qəpik məbləğində son-haqq hesab tam olaraq Ə.M.Ələsgərova ödənilmişdir. Dövlət Əmək Müfəttişliyi Xidməti “xxxx” ASC tərəfindən X10 xx xxxxx 2019-cu il tarixinədək son-haqq hesab tam olaraq ödənilməsindən 19 aya yaxın müddət keçdikdən sonra tərtib olunmuşdur ki, bununla da əmək müfəttişliyi inzibati xətalar haqqında qanunvericiliklə müəyyən olunmuş müddəti pozmaqla inzibati tənbeh haqqında qərar qəbul etmişdir. Beləliklə, işin həm faktiki, həm də hüquqi aspektləri onu göstərir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti qanunvericiliyin tələblərini pozmaqla “xxxx” ASC-nin İdarə heyətinin sədri v.i.e. X15 inzibati məsuliyyətə cəlb olunması ilə bağlı qərar qəbul etmişdir. Göstərilənlərə əsasən Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən inzibati tənbeh tətbiq vermə haqqında qəbul edilmiş MN seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin baş məsləhətçi-baş əmək müfəttişi X11 izahatında göstərmişdir ki, yoxlama zamanı «xxxx» ASC tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu, X6 əmək müqaviləsinə xitam verilərkən əmək haqqı və son haqq-hesabı qanuna müvafiq qaydada işəgötürən tərəfindən ödənmədiyi müəyyən edilmiş, X3 tərəfindən Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin böyük məsləhətçisi X21 R.R.Əlibəyli ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə hesab edir ki, şikayət təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərarı ləğv edilməlidir. İş materiallarında olan MN seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, «xxxx» ASC-də X6 əmək müqaviləsinə xitam verilərkən əmək haqqısı və son haqq-hesabın işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilməməsi müəyyən edilmişdir. X3 tərəfindən Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin MN №0646481 saylı xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, X19 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat miqdarında inzibati cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 07/20-irş saylı əmrdən çıxarışdan görünür ki, X6 əmək müqaviləsinə xx.xx.2019-cu il tarixindən Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilmişdir. Məzuniyyətinin istifadə olunmamış dövrü 161 təqvim günü hesablanmışdır. İş materiallarında olan X14 tərəfindən yazılmış ərizədən görünür ki, o, öz xahişi ilə xx.xx.2019-cu il tarixindən işdən azad olunmasını xahiş etmişdir. İş materiallarında ola «xxxx» ASC-nin 04.2019-cu il tarixli son haqq-hesab ödəniş cədvəlindən görünür ki, X8 1490,72 manat hesablanaraq ödənilməsinə göstəriş verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, «xxxx» ASC əmək haqqı üzrə hesablaşmalar üzrə “xxxx” ASC-yə 8891,64 manat ödəmişdir. Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, şikayətə baxılarkən müəyyən edilmişdir ki, X19 tərəfindən Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat işə baxılarkən müəyyən edilmiş hallar göstərilir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəllləsinin 115.5-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərar onu qəbul etmiş hakim, kollegial orqanın iclasına sədrlik edən şəxs, habelə vəzifəli şəxs tərəfindən imzalanır. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələblərinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd olunur ki, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Qəbul edilmiş qərarların qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməsi haqqında qərar qəbul edilməlidir. Məhkəmə araşdırması vaxtı müəyyən edilmişdir ki, X19 barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli protokol işin faktiki hallarına uyğun deyil, belə ki, protokolda adı qeyd olunmuş X6 əmək haqqının hesablanmasında və ödənilməsində «xxxx» ASC tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda həmin Məcəllənin 135.1.1-ci və 135.1.6ci maddələrində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iş materiallarını araşdırıb proses iştirakçılarını dinləyib belə qənaətə gəlir ki, X18 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı işin bütün faktiki halları araşdırılmadan qəbul edildiyi, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyndən və maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübut edilmədiyi üçün ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA A L D İ M: Şikayət təmin edilsin. X19 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-279/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-279/2021
17.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver