Məhkəmə qərarları › İş №3(001)-2790/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2790/2022

15.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2790/2022 15.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X8, Zərər çəkmiş şəxs (tələbkar) Əliyeva (Qasımova) Nigar Salman qızının, Müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Naxçıvan MR, Ordubad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan, xxxxxxx FİN-ə malik olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X11 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X11 məhkəmə prosesində verdiyi izahatında bildirmişdir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-2740/2004 saylı, xx.xx.2004-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2004-cü ildən başlayaraq xx.xx.2003-cü il tarixdə X1 üçün hər ay 100.000 manat X3 xeyrinə aliment tutulması qət edilmişdir. Borclu Şəxs çoxsaylı ödəniş qəbzləri təqdim etsə də, bəzilərinin oxunması qeyri-mümkün olmuş, oxuna bilən qəbzlərin nəticəsi olaraq aliment borcu hesablanmışdır. Borclu Şəxs yaranmış qalıq 2056 manat aliment borcunu tələbkar Əliyeva (Qasımova) Nigar Salman qızına ödəməmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-2740/2004 saylı, xx.xx.2004-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2004-cü ildən başlayaraq xx.xx.2003-cü il tarixdə X1 üçün hər ay 100.000 manat X3 xeyrinə aliment tutulması qət edilmişdir. Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2-2740/2004 saylı, xx.xx.2004-cü il tarixli icra sənədində qeyd olunan borc məbləği onun tərəfindən artıqlaması ilə ödənilmişdir. Lakin, Bakı şəhəri, Binəqədi rayon İcra Şöbəsi ona 21 mart 2022-ci il tarixdə xəbərdarlıq məktubu ilə müraciət edərək 3900 manat pulun, tələbkar X6 borclu və ödəməli olduğunu bildirmişdir və hal-hazırda məhkəməyə təqdimat ilə müraciət edərək, qərəzli olaraq borcu ödəməkdən boyun qaçırdığını göstərmişdir. Qeyd olunan məsələ ilə əlaqədar o, icra şöbəsinə etirazını bildirmiş və əldə olan sübutları icra şöbəsinə təqdim etmişdir. Təqdim olunan sübutlar arasında, həm Nigar Əliyevaya göndərilən pul köçürmələrinə dair qəbzlər, həm qızı X7 daşınmaz əmlakın bağışlaması müqaviləsi, həmdə qızının təhsil haqqınında ödənilməsinə dair qəbzlər, maliyyə arayışı təqdim olunmuşdur. Rusiyada olan zaman, Nigar Əliyevaya göndərilən pul köçürmələrinə dair qəbzlərin bir qismi oxunduğundan, 2000 manat pulun onun tərəfindən ödənilməsinə dair sübut əldə olunmuş, digər qəbzlər pis oxunduğundan icra şöbəsi borcu əhatə edən, ödənilən məbləği müəyyən edə bilməmişdir və bu istiqamətdə heç bir iş görməmişdir. Bundan başqa 2004-cü ildə, alimentə dair qətnamə çıxdıqdan sonra o, Nigar Əliyeva ilə yenidən rəsmi nikaha daxil olmuşlar və bir evdə 16 il birgə yaşamışdılar. Birgə yaşadıqları dövrdə, iddiaçı ailəsini maddi cəhətdən təmin etmiş, yeqanə qızının xərclərini ödəmiş, onun təhsili haqqı olan 5296 AZN belə öz üzərinə götürmüşdür. Onun verdiyi təhsil nəticəsində qızı hal-hazırda Bakı Dövlət Universitetinin hüquq fakültəsinin 3-cü kurs tələbəsidir. Bundan başqa o, qızı Alsu Qasımovaya 15 sentyabr 2021-ci il tarixdə, ünvan 1 ünvanlı 264.2 kv, mənzilini notariat orqanında rəsmi olaraq bağışlamışdır və şərti olaraq, əvəzində ona qarşı hər hansı tələblər irəli sürülməyəcəyini cavabdeh ilə razılaşdırmışdır. O, nikah dövründə olarkən tələbkar Nigar Əliyevanın adına avtomobil də almış və tələbkar həmən avtomobili onun icazəsi olmadan satmış və ona düşən pulu da mənimsəmişdir. 2004-cü il tarixdə nikaha daxil olduqdan sonra, Nigar Əliyevə aliment tələbi ilə bir dəfə də olsun müraciət etməmiş və buna səbəb onunla ailə olaraq, birgə yaşaması və ailənin xərclərini ödəməsi olmuşdur. X15 arasında olan nikah 15 fevral 2019-cu il tarixdə rəsmi pozulmuş və bundan sonra cavabdeh haqsız olaraq ondan pul tələb etməyə başlamışdır. Bundan başqa mövcud borcun ödənilmiş hesab olunmasına dair Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Deyilənlərin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Əliyeva (Qasımova) Nigar Salman qızı izahat verərək bildirmişdir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-2740/2004 saylı, xx.xx.2004-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2004-cü ildən başlayaraq xx.xx.2003-cü il tarixdə X1 üçün hər ay 100.000 manat X3 xeyrinə aliment tutulması qət edilmişdir. Borclu Şəxs müəyyən ödənişlər həyata keçirsə də, 2056 manat məbləğində aliment borcunu sonuncu ödəməmişdir. 2004-cü il tarixdə Şəxs ilə boşansa da sonradan yenidən nikaha daxil olaraq 2019-cu il tarixdə rəsmi boşanmışlar. Bir yerdə qaldığı dövrdə evin tələbatlarının ödənilməsində onun da payı olmuşdur. Ona görə də deyilənlərin nəzərə alınaraq Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu Şəxs vəkili X5 məhkəməyə təqdim etdiyi yazılı etirazında qeyd etdiyi halları təkrarlayaraq əlavə olaraq qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə mövcud borcun ödənilmiş hesab olunmasına dair iddia ərizəsi ilə müraciət olunmuşdur. Odur ki deyilənlərin nəzərə alınaraq Şəxs barəsində olan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək bu qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə əsas yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-2740/2004 saylı, xx.xx.2004-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2004-cü ildən başlayaraq xx.xx.2003-cü ill tarixdə X1 üçün hər ay 100.000 manat X3 xeyrinə aliment tutulması qət edilmişdir. xx.xx.2005-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Şəxs barəsində iş üzrə icraat başlanmışdır. xx.xx.2005-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu 5 (beş) gün müddətində könüllü ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2019-cu il tarixli, AZ-İ seriyalı, 315750 saylı nikahın pozulması haqqında şəhadətnamə görünür ki, Şəxs ilə Əliyeva (Qasımova) Nigar Salman qızı ilə olan nikah ləğv edilmişdir. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, Şəxs daçınmaz əmlakı 1 saylı Bakı “ASAN xidmət” mərkəzində rəsmi olaraq qızı X7 hədiyyə vermişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X9 həqiqətən də 2017-ci ilin may ayına qədər "xxxx" MMC-də tədris almışdır. Onun bu illər ərzində kurs tədrisinə ödədiyi ümumi məbləğ 5296 manat təşkil edir. xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs yaranmış qalıq 2056 manat aliment borcunu tələbkar Əliyeva (Qasımova) Nigar Salman qızına ödəməmişdir. Müxtəlif vaxtlarda verilmiş ödəniş qəbzlərindən görünür ki, Şəxs müvafiq ödənişlər həyata keçirmişdir. Elektron sistemdən çıxarışdan və iddia ərizəsindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə mövcud borcun ödənilmiş hesab olunmasına dair iddia ərizəsi ilə müraciət olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 04 sentyabr 2018-ci il tarixli Qərarından görünür ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır.” Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi bildirmişdir ki, mövcud borcun ödənilmiş hesab olunmasına dair Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. İş materiallarından görünür ki, həmin iddia ərizəsi ilə bağlı Bakı şəhəri Binəqədi rayon Məhkəməsində qərar qəbul olunmamış, iş icraatdadır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırkı məqamda Şəxs əməli icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməl olduğunu xüsusilə qeyd edərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (borclu) Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta tərkibi olmadığı üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar