Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2799/2022 28.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X10 katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı tərəfindən qəbul edilmiş 13 sentyabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı tərəfindən qəbul edilmiş 13 sentyabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X5 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 12:21 radələrində etibarnamə ilə idarə etdiyi “Daewoo BS 090” avtobus markalı, ** VX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Binəqədi yolu 59 istiqamətində hərəkət edərkən nəqliyyat vasitəsinin əyləc sistemində texniki nasazlıq baş vermişdir. Nəticədə o, idarə etməni itirərək yolun sol istiqamətində olan zavodun həyətinə maşınla daxil olaraq, çox çətinlikə də olsa nəqliyyat vasitəsini saxlaya bilmişdir. Onun törətdiyi inzibati xəta idarə etdiyi nəqliyyat vasitəsinin əyləc sisteminin pozulması nəticəsində baş vermişdir. Əks halda o, qarşıdakı maşına və ya piyadalara zərər vura bilərdi. Bundan sonra o, qarşıdan gələn ** YP *** dövlət qeydiyyat nişanlı xidməti avtomobili idarə edən Binəqədi rayon DYPŞ Yol Patrul Xidməti inspektoru, polis serjantı X4 tərəfindən saxlanılmışdır. O, yol patrul xidməti əməkdaşına nəqliyyat vasitəsinin əyləc sistemində texniki nasazlıq olduğunu bildirməyinə baxmayaraq, həmin şəxs nəqliyyat vasitəsinə baxış keçirmədən inzibati tənbeh vermə haqqında qərar qəbul etməyəcəyini bildirmiş və sürücülük vəsiqəsini təqdim edərək gedə biləcəyini demişdir. Təxminən 15 dəqiqə sonra isə “sms radar” mobil tətbiqi vasitəsilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, cərimə yazıldığından məlumatı olmuşdur. Bu səbəbdən, Binəqədi YPX inspektoru, polis serjantı X4 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun izahat vermiş və TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərarı çıxarmış Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət X11 məhkəmə iclasının yeri və vaxtı barədə poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Həmçinin, “AZEMİS” elektron informasiya sistemi vasitəsi ilə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsinin əlaqə nömrələrinə “sms” bildiriş göndərilmiş və həmin “sms” bildiriş ona çatdırılmışdır. Buna baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən, məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X5 tərəfindən verilmiş şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inizbati təbeh vermə haqqında qərardan görünür ki, X5 “Daewoo BS 090” avtobus markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-in 327.2-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı tərəfindən qəbul edilmiş 13 sentyabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilsə də, onun məlumatı olmadan barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, X5 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmır. Belə olduğu təqdirdə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməli və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə bu barədə məlumat verilməli, inzibati xəta haqqında protokolun surəti ona təqdim edilməli idi. Lakin qərar qəbul etmiş şəxs Binəqədi rayon DYPŞ Yol Patrul Xidməti inspektoru, polis serjantı X4 tərəfindən İXM-in 124-cü maddəsinin tələbləri pozulmuş, X5 barəsində birbaşa inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Göründüyü kimi, hazırki iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs tərəfindən İXM-in 100 və 124-cü maddələrinin tələbləri pozulmuşdur ki, bu isə öz növbəsində işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törətmişdir. İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qəbul edilən qərarlardan biri də bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir; İXM-nin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, İXM-lə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı tərəfindən qəbul edilmiş 13 sentyabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Binəqədi Rayon Polis İdarəsinin Dövlət X11 göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı tərəfindən qəbul edilmiş 13 sentyabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Binəqədi rayon Polis İdarəsinin Dövlət X11 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-2799/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2799/2022
28.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver