Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-280/2025 21.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi ilə, X2 iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ 24523181 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 ərizə ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ 24523181 nömrəli inzibati tənbeh vermə haqqında qərarı üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, elektron kabinetini yoxlayan zaman barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.3-cü maddəsi ilə elektron inzibati xəta haqqında protokol tərtib edildiyini və inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edildiyini görmüşdür. Qərara əsasən o, xx.xx.2024-cü il tarixdə saat 15:09 radələrində Bakı şəhəri, Binəqədi rayonu, QİS8-Azadlıq prospekti 183, 115 saylı məktəbin yanında Mərkəzi ist. adlanan ərazidə HYUNDAİ SANTAFE MİNİK markalı, **-XL-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini yol nişanlarının tələblərinə əməl edilməməsinə görə və nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən idarə etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməklə barəsində 400 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Hesab edir ki, bu qərar qanunsuz, əsassızdır və ləğv edilməlidir. Belə ki, Culfa Rayon Məhkəməsinin 3(089)-44/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə onun Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinməyi və nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması qərara alınmışdır. Qərarın qəbul edilməsinə əsas onun YPX tərəfindən Azərbaycan Respublikası İXMnin müvafiq maddəsilə İXP ******* nömrəli protokolla 40 manat məbləğində cərimə olunmağı və 3 aydan artıq müddətdə həmin cəriməni ödəməməyi olmuşdur. "**********4" nömrəli, xx.xx.2024-cu il tarixli birbank ödəniş qəbzi ilə o həmin cəriməni hesablanmış dəbbə pulu ilə birgə tam ödəmişdir. Buna baxmayaraq nəqliyyat vasitəsini idarə etmə hüququmun məhdudlaşdırılması onu çətin vəziyyətə saldığından, avtomobil idarə edə bilmədiyindən cərimənin ödənilməsini təsdiq edən qəbzlə birgə vəsatətlə Culfa Rayon Məhkəməsinə müraciət edərək Culfa Rayon Məhkəməsinin "3(089)-44/2024" saylı, xx.xx.2024-cü il tarixli "inzibati xəta haqqında" qərarına xitam verməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərarı ilə vəsatəti təmin edilmiş və qərara xitam verilmişdir. O hüququ məhdudlaşdırıldığından nəqliyyat vasitəsini idarə etməmişdir. Nəqliyyat vasitəsini o yanında ola-ola X4 idarə etmişdir ki, həmin şəxsin də sürücülük vəsiqəsi vardır və idarə etmək hüqununda heç bir məhdudiyyət olmamışdır. Protokolun tərtib edilməsinə əsas onun avtomobili idarə etməyidirsə, DYPİ nəqliyyat vasitəsini idarə edən şəxsin o olduğunu sübut etməlidir. Tərtib edilmiş protokoldan görünür ki, hadisə xüsusi texniki vasitələrin kamera vasitəsi ilə qeydə alınmışdır. Deməli, həmin texniki vasitənin vasitəsi ilə BDYPİ hadisənin videogörüntüsünü - nəqliyyat vasitəsinin saxlanılması və onu idarə edən şəxsim zahiri görünüşünü qeydə almışdır. Həmin görüntülər BDYPİ tərəfindən məhkəməyə təqdim edilməlidir. Çünki, protokolun tərtib edilməsinə əsas olan halın mövcudluğunu sübut etmək vəzifəsi BDYPİ-nin üzərinə düşür. Göstərilənlərə əsasən məhkəmədən xx.xx.2024-cü il tarixli “inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şikayət vermiş şəxs X5 bildirmişdir ki, Culfa Rayon Məhkəməsinin 3(089)-44/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinmiş, nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması qərara alınmışdır. Daha sonra ona yazılmış cəriməni ödədiyi üçün ərizə ilə Culfa Rayon Məhkəkəsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə 3(089)-44/2024 saylı xx.xx.2024-cü il tarixli qərar ləğv edilmişdir. Sürücülük huquq məhdudlaşdırıldığı dövrdə o nəqliyyat vasitəsini idarə etməmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixdə ona məxsus HYUNDAİ SANTAFE MİNİK markalı, **-XL-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini iş yoldaşı Şahid idarə etmiş, özü isə həmin vaxt avtomobildə olmuşdur. X5 21 fevral 2025-ci il tarixli məhkəmə iclasında bildirmişdir ki, 04 noyabr 2024-cü il tarixdə avtomobili Şahid idarə etmişdir. Eyni zamanda qardaşı və başqa iş yoldaşı da onun avtomobilini idarə etmişlər. Həmin günü yəni xx.xx.2024-cü il tarixdə isə sadəcə iş yoldaşı Şahid idarə etmiş, həmin vaxtı özü də avtomobildə olmuşdur. xx.xx.2024-cü il tarixdə o ümumiyyətlə nəqliyyat vasitəsini idarə etməmişdir. Baş X10 İdarəsi tərəfindən məhkəməyə göndərilmiş CD-diskdəki foto-görüntüdə olan “HYUNDAİ SANTAFE MİNİK markalı, **-XL- *** dövlət qeydiyyat nömrəli avtomobil ona məxsusdur, lakin həmin fotoda nəqliyyat vasitəsini idarə edən şəxs özü deyildir, kim olduğunu da bilmir. Məhkəmə iclasında Şahid bildirmişdir ki, onlar Natiqlə birlikdə işləyirlər. Natiqin sürücülük vəsiqəsi məhdudlaşdırıldıqdan sonra Natiq ondan avtomobilini idarə etməyi xahiş etmiş etdiyindən bir neçə dəfə X2 avtomobilini idarə edərək müxtəlif yerlərə birlikdə getmişlər. Lakin konkret olaraq 04 noyabr 2024-cü il tarixdə, yəni hazırki inzibati xəta törədilən zaman avtomobili idarə edib-etməməyini dəqiq xatırlamır. Ona təqdim edilən fotoşəkildəki şəxs isə o deyil, dosdu Natiq Vəlixanlıdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, EQ/ 24523181 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbəh tədbiri tətbiq edilmişdir. Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixli, 44-7/2-5907 nömrəli məktubla təqdim edilmiş diskdə olan foto-görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17:08-də **-XL-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Santafe” minik markalı nəqliyyat vasitəsini X5 idarə etmişdir. Naxçıvan MR Culfa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(089)-44/2024 saylı qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsili bilinərək onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətə məhdudlaşdırılmışdır. Naxçıvan MR Culfa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə X2 vəsatəti təmin edilərək Culfa Rayon Məhkəməsinin 3(089)-44/2024 nömrəli 18 sentyabr 2024-ci il tarixli qərarına xitam verilmişdir. Məhkəmə iş materiallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və şahidin izahatını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, X2 Baş Dövlət Yol Polis İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ 24523181 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair verdiyi şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 nəqliyyat vasitəsini idarə etmək hüququ Culfa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(089)- 44/2024 saylı qərarı ilə 6 ay müddətə məhdudlaşdırılmış, həmin məhkəmənin qeyd edilən qərarına xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. X1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Buna baxmayaraq o, **-XL-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Santafe” minik markalı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixində, saat 15:09-da “QİS8-Azadlıq prospekti 183, 115 saylı məktəbin yanında Mərkəzi ist.” ünvanında İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi aşkar edildiyindən səlahiyyətli orqan tərəfindən X5 nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə İXM-nin 332.3-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində inzibat tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin, şikayət vermiş şəxs həmin zaman avtomobilinin onun tərəfindən idarə edilmədiyini bildirməklə inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Göründüyü kimi, şikayət vermiş şəxs tərəfindən xx.xx.2024-cü il tarixində, saat 15:09-da “QİS8-Azadlıq prospekti 183, 115 saylı məktəbin yanında Mərkəzi ist.” ünvanında İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi mübahisələndirilməmiş, sadəcə həmin zaman avtomobilin Şahid adlı şəxs tərəfindən idarə olunduğu bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında X3 məxsus nəqliyyat vasitəsini bir neçə dəfə idarə etdiyini, lakin konkret olaraq xx.xx.2024-cü il tarixdə Natiq Vəlixanlıya məxsus nəqliyyat vasitəsini idarə edib etmədiyini dəqiq xatırlamadığını, təqdim edilmiş fotoşəkildəki şəxsin özü olmadığını, həmin fotoşəkildəki şəxsin dosdu Vəlixanlı Natiq olduğunu bildirmişdir. Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş CDdiskdəki fotoşəkilə baxış zamanı da müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 17:08-də “**-XL-***” dövlət qeydiyyat nişanlı, “Hyundai Santafe” minik markalı nəqliyyat vasitəsini X5 idarə etmişdir. X8 həmin fotodakı şəxsin özü olmadığını, həmin şəxsi tanımadığını bildirsə də, həmin fotoşəkildən nəqliyyat vasitəsini idarə edən şəxsin X5 olması açıq aydın müəyyən edilir. Natiq Vəlixanlı sürücülük hüququ məhdudlaşdırıldığı müddət ərzində nəqliyyat vasitsəisini idarə etmədiyini, xx.xx.2024-cü il tarixdə isə nəqliyyat vasitəsini özü avtomobildə olduğu üçün dosdu Şahid tərəfindən idarə edildiyini bildirsə də, həm Natiq Məmmədlinin izahatı, həm də məhkəməyə təqdim edilmiş fotogörüntüyə əsasən xx.xx.2024-cü il tarixdə **-XL-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Santafe” minik markalı nəqliyyat vasitəsini X2 idarə etməsi öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Natiq Vəlixanlı qeyd edilən məzmunda izahat verməklə İXM-nin 332.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində tərtib edilmiş yüksək məbləğdə olan inzibati cərimənin ləğv edilməsinə nail olmağa çalışır. Lakin məhkəmə iclasında xx.xx.2024-cü il tarixdə sürücülük hüuquq məhdudlaşdırıldığı halda **-XL-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Santafe” minik markalı nəqliyyat vasitəsini X2 idarə etməsi müəyyən edildiyindən onun verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ 24523181 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X2 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ 24523181 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ 24523181 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-280/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-280/2025
21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver