Məhkəmə qərarları › İş №3(001)-2801/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2801/2022

15.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2801/2022 15.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızı, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar üzrə toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən müəyyən etdim: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli və xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında toplanmış material daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, işə mahiyyəti üzrə baxılması üçün işdə olan sənədlərin tarixləri arasında uyğunsuzluq mövcuddur. Belə ki, Şəxs barəsində DİN-in 102 xidmətinə vətəndaş müraciətləri daxil olmuş və həmin müraciətlər əsasında Binəqədi RPİ-nin 4-cü Polis şöbəsində araşdırma aparılmışdr. Aparılan araşdırmanın nəticəsi olaraq zərərçəkmiş şəxslərə vurulmuş ziyan az əhəmiyyətli olduğundan CM-in 178.1-ci maddəsinin tərkib əlamətləri yaranmamış və xx.xx.2022-ci il tarixli qərar ilə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda həmin qərarla əməli törətmiş Şəxs barəsində İXM-in 227-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surəti Binəqədi RPİ-nin 4-cü PŞ-nin aidiyyəti əməkdaşına göndərilmişdir. Yalnız bu qərarın, yəni cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edilməsindən sonra şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilə bilərdi. Lakin, iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirərəkən aydın olmuşdur ki, şəxs barəsində tərtib edilmiş MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan bir gün öncə yəni, 14 sentyabr 2022-ci il tarixdə tərtib edilmişdir. Belə olan halda, şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolların tərtib edilməsi əsasının nə olduğunu müəyyən etmək mümkün olmur. İXM-in 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. İXM-in 109.1.7-ci maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, hesab edirəm ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli və xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli və xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar