Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2804/2020 14.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X3 iclas katibliyi, X7 Saleh oğlunun iştirakı ilə, X1 Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin xx xxxxx 2020ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin xx xxxxx 2020ci il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx xxxxx 2020-ci il tarixdə mühafizəçi vəzifəsində çalışdığı Bakı Ağ Şəhər ofis binasından çıxıb evə gedərkən Koroğlu metrosunun çıxışında polis əməkdaşı ona yaxınlaşaraq karantin rejimi vaxtı işləmək icazəsinin olub-olmadığına dair sənəd tələb etmişdir.O, şirkətin elektron formada portalda onu qeydiyyatdan keçirdiyini bildirmiş və şəxsiyyət vəsiqəsini təqdim etmişdir.Lakin polis əməkdaşı onun icazə sistemində adı olmadığını iddia edərək ona bildirmişdir ki, birinci dəfə olduğu üçün ona cərimə deyil, xəbərdarlıq olunacaqdır.İcazə sistemində adının olduğunu təkidlə polis əməkdaşına bildirsə də, polis əməkdaşı ona protokol yazmalı olduğu bildirmişdir.Tərtib edilən protokolun bir nüsxəsini istəsə də, polis əməkdaşı həmin nüsxənin onun yaşadığı ünvana göndəriləcəyini bildirərək protokolun bir nüsxəsini ona təqdim etməmişdir.Şikayətçi bildirmişdir ki, xəbərdarlıqla bağlı indiyə qədər ona hər hansı bir bildiriş onun ünvanına gəlməmişdir.Belə ki, polis əməkdaşı ona xəbərdarlıq yazılacağını bildirərək məlumat vermədən onun haqqında protokol tərtib etmişdir.Həmin protokol da onun ünvanına göndərilməmişdir.O, haqqında protokol tərtib edildiyini my.gov.az saytında şəxsi kabinetinə nəzər salarkən öyrənmişdir.Şikayətçi göstərmişdir ki, həmin protokolun surəti rəsmi qaydada ona verilmədiyindən, surəti onda yoxdur.Protokolun surəti onda olmadığı üçün my.gov.az saytından protokol barədə məlumatın nüsxəsini şikayətə əlavə etmişdir.Bu haqda 102 qaynar xətti ilə əlaqə saxlayaraq ora məlumat vermişdir.102 xidmətindən onu 23-cü Polis Bölməsinə yönləndirmişdirlər.Onların tələbi ilə 23-cü Polis Bölməsinə icazə sənədini göndərməsinə baxmayaraq haqqındakı protokolu ləğv etməmiş və yaşadığı ünvana yazılı şəkildə cavab göndərərək inzibati cərimənin ödənilməsini təmin etməyərək müxtəlif bəhanələr gətirərək cəriməni ödəməkdən yayındığını iddia etmişdirlər.O,yuxarıda göstərilənlərə əsasən qərarı qanunsuz və əsassız hesab edir.Buna görə də, məhkəmədən şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən X2 şikayətdə göstərilənləri nəzərə alaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin xx xxxxx 2020-ci il tarixli, MN ******* saylı qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir.Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin xx xxxxx 2020-ci il tarixli, MN ******* saylı qərarına əsasən məlum olur ki, xx xxxxx 2020ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə karantin rejimlərinin pozulması ilə bağlı ona inzibati tənbeh tədbiri kimi cərimə tətbiq edilmişdir. İş materiallarında olan Elektron Hökumətin İnkişafı Mərkəzinin my.gov.az saytında olan Bakı Ağ Şəhər ofis binası MMC-nin mühafizəçisi X9 oğlu barəsində məlumatdan görünür ki, AZE 16447510 seriya və nömrəli şəxsiyyət vəsiqəsi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı şəhərində və Abşeron rayonunda xidməti icazəsi olmuşdur. İş materiallarında olan X9 oğluna məxsus Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətinə əsasən məlum olur ki, onun yeni şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA0637088-dir. Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən,Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət təmin olunmalıdır.Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X4 əməlində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinin tərkibi olmamışdır.Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı Böyük sistem inzibatçısı işləyən X9 oğlunun adına verilmiş icazə vərəqəsindən göründüyü kimi, icazə vərəqəsi X9 oğlunun adına Bakı şəhəri və Abşeron rayonu ərazisində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək AZE 16447510 seriya və nömrəli şəxsiyyət vəsiqəsi ilə rəsmiləşdirilmişdir.İcazə rəsmiləşdirildikdən sonra X6 şəxsiyyət vəsiqəsini dəyişdirmiş və həmin şəxsiyyət vəsiqəsinin yeni seriya və nömrəsi olmuşdur.Sadəcə olaraq, icazə barədə portala X4 əvvəlki şəxsiyət vəsiqəsinin seriya və nömrəsi daxil edildiyindən, polis əməkdaşları tərəfindən onun barəsində icazə sənədinin olması portalda aşkar olunmamışdır.Halbuki, Pandemiya ilə əlaqədar Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara görə, şəxsiyət vəsiqəsinin istifadə müddəti pandemiya müddəti ərzində bitdikdə həmin vəsiqələr etibarlı sayılırdı.Belə olan halda, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X9 oğlunun Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə cərimələnməsi barədə Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş MN ******* saylı, xx xxxxx 2020-ci il tarixli qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi tərəfindən X9 oğlu barəsində qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli MN ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apallyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim:Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2804/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2804/2020
14.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver