Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2807/2022 19.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X5, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi “KERMUR” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, MTE və PA X13 şəxsin Qaradağ rayon şöbəsinin rəisi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra Şöbəsinin icra məmuru, X8 bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-16(001)-2/2022 nömrəli qərardadına əsasən xx.xx.2022-ci il tarixədək ərizəçi X1 hər həftə cümə axşamı, cümə və şənbə günləri saat 11:00-dan saat 20:00-dək uşaqları xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü Şəxs ilə tərəfindən maneənin yaradılmasının qadağa edilməsi, Könül Ojaqovanın uşaqları ilə Şəxs iştirakı olmadan görüşməsi qərara alınmışdır. Həmin qərardad əsasında tərtib edilmiş icra vərəqəsi Binəqədi rayon İcra şöbəsinin icraatına daxil olmuş və xx.xx.2022-ci il tarixdə icra məmuru Faiq Əkbərov tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. X4 xx.xx.2022-ci il tarixdə Binəqədi rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək Şəxs tərəfindən məhkəmə qərardadının icra olunmadığını, sonuncunun inzibati qaydada həbs olunmasını xahiş etmişdir. Şəxs tərəfindən məhkəmə qərardadının üzrsüz səbəbdən icra olunmamasına görə barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərardadına əsasən X4 ilə birgə nikahlarından doğulmuş uşaqları Ayana Ocaqovanın və X14 Ojaqova ilə hər həftənin cümə axşamı, cümə və şənbə günləri saat 11:00-dan saat 20:00-dək uşaqları görüşmələri qərara alınmışdır. X17 həftənin qeyd edilən günlərində uşaqlarla görüşmək istəyərkən uşaqlar xəstə olduqları üçün görüşmələri mümkün olmamışdır. O, icra məmuruna uşaqların anaları ilə həftənin başqa günü görüşmələrini təklif etdikdə icra məmuru razılaşmamış, uşaqların qərardadda qeyd edilən günlərdə Könül Ojaqova ilə görüşməli olduğunu demişdir. Bundan sonra icra məmuru tərəfindən heç bir əsas olmadan barəsində İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. O, hazırda da uşaqların görüşməsinə heç bir etiraz etmir və heç bir mane törətmir. Ona görə də, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, Şəxs ilə münasibətləri pozulduqdan sonra sonuncu onu yaşadıqları evdən qovmuş, birgə nikahdan doğulan uşaqları ilə görüşməyinə mane olmuşdur. O, uşaqları xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 həftənin 6 günü onunla, həftənin bazar günü Şəxs yanında qalması ilə bağlı ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-16(001)- 2/2022 nömrəli qərardadına əsasən ərizəsi qismən təmin edilmiş, hər həftənin cümə axşamı, cümə və şənbə günləri saat 11:00-dan saat 20:00-dək uşaqları, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X11 ilə ünsiyyətdə olmasına Şəxs tərəfindən maneənin yaradılması qadağa edilmişdir. Qeyd edilən qərardad icra edilməsi üçün Binəqədi rayon İcra şöbəsinə göndərilmiş, icra məmuru Faiq Əkbərovun icraatına verilmişdir. Məhkəmə qərardadının icrası ilə bağlı xx.xx.2022-ci il tarixdə icra məmuru ilə birlikdə borclunun yaşadığı evə getsələr də borclu Şəxs icra sənədini icra etməmiş, guya uşaqların xəstə olmasını bildirmişdir. Şəxs tərəfindən məhkəmə qərardadı icra olunmadığına görə o, ərizə ilə Binəqədi rayon İcra şöbəsinə müraciət etmiş və borclu Şəxs inzibati qaydada həbs olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi “KERMUR” Vəkil Bürosunun vəkili X3 bildirmişdir ki, Şəxs görüşə maneə yaratması barədə iş materiallarında hər hansı bir sübut yoxdur. Şəxs məhkəmə qərardadının icrasından boyun qaçırmamışdır. X6 və X7 X4 ilə görüşməmələrinin səbəbi onların xəstə olmaları olmuşdur. Bununla bağlı tibbi arayışlar da alınmışdır. Hazırda tərtib edilmiş protokol üzrə müdafiəçisi olduğu şəxsin heç bir təqsiri yoxdur. Buna görə də, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-16(001)-2/2022 nömrəli qərardadı üzrə xx.xx.2022-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən X1 hər həftənin cümə axşamı, cümə və şənbə günləri saat 11:00-dan saat 20:00-dək uşaqları, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X11 ilə ünsiyyətdə olmasına Şəxs tərəfindən maneənin yaradılması qadağa edilməsi qərar alınmışdır. xx.xx.2022-cu il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X12 tərəfindən Şəxs barəsində icra sənədi üzrə icraata başlanmışdır. xx.xx.2022-cu il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-16(001)-2/2022 nömrəli icra sənədində göstərilən tələbin 10 (on) gün müddətində könüllü icra etməsi barədə rəsmi bildiriş göndərilmişdir; xx.xx.2022-ci il tarixli Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Faiq Əkbərov tərəfindən tərtib edilmiş aktdan görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixdə X4 ilə ünvan 1 ünvanında yaşayan borclu Şəxs yaşadığı ünvana getmişlər. Həmin vaxt qapını açan olmadığı üçün icra məmuru Şəxsla telefon əlaqəsi saxlayıb, məhkəmə qərardadına əsasən uşaqların anası ilə görüşməli olduğu demiş, Şəxs isə uşaqların xəstə olduqlarını və bağ evində qaldıqlarını bildirmişdir. xx.xx.2022-ci il tarixli Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Faiq Əkbərov tərəfindən tərtib edilmiş aktdan görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixdə X4 ilə Binəqədi rayonu 30 nömrəli məktəbə getmişlər, məktəbin direktoru uşaqların xəstə olduqları üçün məktəbə gəlmədiklərini bildirmişdir. xx.xx.2022-ci il tarixli Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Faiq Əkbərov tərəfindən tərtib edilmiş aktdan görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanına getmişlər, həmin evdə uşaqlarla söhbət zamanı avqust ayından bağ evində qaldıqlarını, xəstə olduqları üçün məktəbə getmədiklərini bildirmişlər. Daha sonra uşaqlar anaları ilə görüşməkdən imtina edərək sonuncunun onları tərk edərək getdiyini bildirmişlər. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs icra sənədini icra etmədiyi üçün İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2022-ci il tarixli Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyev tərəfindən tərtib edilmiş aktdan görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə X4 17 sentyabr 2022-ci il tarixə təyin olunmuş vaxtda görüş yerinə gəlmiş, lakin Şəxs İlyas oğlu tərəfindən X6 və X7 görüş yerinə gətirilməsi təmin edilməmişdir. Şəxs İlyas oğlu ilə telefon əlaqəsi saxlandıqda sonuncu uşaqların xəstə olduqları üçün görüş yerinə gətirə bilmədiyini demişdir. Həkim pediatr K.Tahirova tərəfindən verilmiş tibbi arayışlardan görünür ki, xx.xx.2011-ci il tarixli X9 və xx.xx.2014-cü il təvəllüdlü X11 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə kəskin bronxit, nazofaringit xəstəliyinə yoluxmuşlar. Məhkəmə, icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını və müdafiəçilərin çıxışlarını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 528.1-ci maddəsinin dispozisiyasında məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-16(001)-2/2022 nömrəli qərardadı üzrə xx.xx.2022ci il tarixdə verilmiş icra vərəqəsi üzrə Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Şəxs istər məhkəmə iclasında, istərsə də Binəqədi rayon İcra Şöbəsində vermiş olduğu izahatında icra sənədi üzrə olan öhdəliyindən boyun qaçırmadığını, uşaqların xəstə olduqları üçün .X10 görüşə bilmədiklərini göstərmişdir. Bundan başqa, məhkəmə iş materiallarına əlavə edilmiş tibbi arayışlardan da görünür ki, xx.xx.2011-ci il tarixli X9 və xx.xx.2014-cü il təvəllüdlü X11 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə kəskin bronxit, nozofaringit xəstəliyindən əziyyət çəkmişlər. Digər tərəfdən qeyd olunmalıdır ki, icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X9 və X11 anaları X10 ilə görüşməkdən imtina etmişlər. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Göründüyü kimi, nə iş materiallarında, nə də məhkəmə iclasında Şəxs zərərçəkmiş şəxslə ünsiyyət qurmamaları barədə uşaqlara təsir göstərərək verilmiş icra sənədi üzrə müəyyən edilmiş öhdəliyi icra etməməsi halı müəyyən edilməmişdir. Əksinə isə icra məmuru tərəfindən Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair toplanmış sübutlar onun sözügedən inzibati xəta üzrə təqsirinin olmamasını göstərir. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Habelə, İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə Şəxs təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan bütün hallar Şəxs təqsirsiz olmasına dəlalət edir. Ona görə də, məhkəmə Şəxs sözügedən inzibati xəta hadisəsi ilə əlaqədar əməlində təqsirin olmaması səbəbi ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-2807/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2807/2022
19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver