Məhkəmə qərarları › İş №3(001)-281/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-281/2021

04.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-281/2021 04.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Binəqədi rayon prokurorluğunun nümayəndəsi X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə inspektoru X2, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 “B” ünvanında kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala, Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində xx.xx.2021-ci il tarixində saat 18:30 radələrində Binəqədi RPİ-nin DYP-nin əməkdaşına postdan keçərkən yoxlanış zamanı sənədlərini təqdim etmədiyinə və polisin qanuni tələbinə tabe olmamasına görə Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə inspektoru X4 tərəfindən xx.xx.2021-ci il tarixdə, MN №0912380 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə inspektoru X4 məhkəmə prosesində izahat verərkən bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə postda xidmət aparılarkən “Mercedes” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünə sənədlərini təqdim etməsi bildirilmiş, o isə gülərək sənədlərini təqdim etməyəcəyini bildirərək, polisin qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. PPXB-nin əməkdaşlarını köməyə çağırmışlar. Onu PŞ-nə aparmışlar. PŞ-də müəyyən olunmuşdur ki, polisin qanuni tələbinə tabesizlik göstərən şəxs Şəxsdur. Göstərilənlərə əsasən sürücü Şəxs inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə prosesində verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2021-ci tarixdə saat 18:30 radələrində Binəqədi şossesində yerləşən postdan keçərkən YPX-nin əməkdaşları tərəfindən yoxlama zamanı aralarında anlaşılmazlıq yaranmışdır, o, polisin qanuni tələblərinə tabe olmayaraq sənədləri təqdim etməkdən imina etmişdir. Onu PŞ-nə dəvət etmişlər. Polis şöbəsində onun şəxsiyyəti müəyyən olunmuşdur. O, əməlindən peşmandır, göstərilənlərə əsasən barəsində həbslə əlaqədar olmayan qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Binəqədi rayon prokurorluğunun nümayəndəsi X3 barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs barəsində inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN №0912380 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixində Binəqədi RPİ-nin DYP-nin əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla barəsində inzibati haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2021-ci il tarixdə polisin qanuni tələblərinə tabe olmaması, bununla da İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Hesab edirəm ki, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, eləcə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə Şəxs tənbehin, inzibati cərimə növündə təyin edilməsi inzibati tənbehin məqsədlərinə uyğundur. Odur ki, Şəxs inzibati cərimə təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar