Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2810/2025 30.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X2, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis idarəsi X7 idarəsinin nümayəndəsi X1 iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X4 tərəfindən verilmiş şikayət onunla əsalandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə **- YN-*** dövlət qeydiyyat nişanlı avtomobili “Azadlıq prospekti” metrostansiyası yaxınlığında **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobildə xidmət aparan, 1390 qeydiyyat nömrəli döş nişanı olan YPX inspektoru onu saxlayıb, özünü təqdim etmədən, heç bir sübut təqdim etmədən, təzyiq göstərərək Tbilisi prospektində yerləşən duracağa aparmışdır. O, bununla bağlı şikayət etmiş və xx.xx.2025-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsində olmuşdur. Həmin idarədə inzibati xətalar üzrə icraat şöbəsinin inspektoru, polis mayoru Emin Süleymanovun qəbulunda olmuşdur. O, avtomobilini duracaqdan çıxardıqdan sonra xx.xx.2025-ci il tarixdə sürücülük vəsiqəsinə məhdudiyyət qoyulması ilə bağlı telefonuna mesaj gəlmişdir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edib, bildirmişdir ki, o, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə “Azadlıq prospekti” metrostasiyasının yaxınlığında **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkətdə olarkən **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobildə xidmət aparan YPX inspektoru ona saxlayaraq özünü təqdim etmədən yol-ayrıcını düzgün keçmədiyini bildirmişdir. O, inspektordan qayda pozuntusunun görüntüsünü istəmiş, sonuncu ona heç bir görüntü təqdim etmədən avtomobilin duracağa aparılmalı olduğunu bildirmişdir. O, razı olmasa da YPX inspektoru onun avtomobilini Tbilisi prospektində yerləşən duracağa aparıb, yerləşdirmişdir. Həmin YPX inspektorunun döş nişanının nömrəsi 1390 olmuşdur. Ona avtomobilin duracağa yerləşdirilməsi ilə bağlı heç bir akt vermədən YPX inspektoru xidməti avtomobilinə əyləşib, oradan uzaqlaşmışdır. O, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinə şikayət ərizəsi yazmışdır. xx.xx.2025-ci il tarixdə saat 13:24-də ona gizli nömrədən zəng gəlmiş, zəng edən şəxs Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsindən zəng etdiyini demişdir. Onu həmin idarəyə dəvət etdikdə o, rəsmi çağırış vərəqəsi göndərilməsini xahiş etmiş, bundan sonra ona cərimə yazılacağını bildirmişlər. O, isə avtomobilinin xx.xx.2025-ci il tarixdə duracağa aparıldığını, 5-gün sonra protokol tərtib edilməsinin qanunsuz olduğunu demişdir. O, xx.xx.2025-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin inzibati xətalar üzrə icraat şöbəsinin inspektoru, polis mayoru Emin Süleymanovun qəbulunda olmuşdur. O, YPX inspektorunun qanunsuz hərəkətləri barədə Emin Süleymanova məlumat vermişdir. Emin Süleymanov avtomobilini duracaqdan çıxarması üçün bir nəfərdən 10 manat pul alıb, ona vermişdir. O, da duracağa gedib pulu Həsən Əliyev adlı şəxsə vermiş və avtomobili duracaqdan çıxarmışdır. xx.xx.2025-ci il tarixdə onun mobil telefonuna Emin Süleymanov tərəfindən sürücülük vəsiqəsinə məhdudiyyət qoyulması barədə mesaj gəlmişdir. Odur ki, Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, YPX inspektorunun qanunsuz hərəkətlərindən, qanunsuz protokol yazılmasından və qərar qəbul edilməsindən şikayət vermişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis idarəsi X7 idarəsinin nümayəndəsi X3 bildirmişdir ki, X4 tərəfindən verilmiş şikayət əsassızdır. Ramiz Hüseynov izahatında yol-hərəkəti qaydasını pozmaması barədə heç bir fikir bildirməmişdir. Ramiz Hüseynov barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli protokolla razı olmadığına görə həmin vaxt inzibati tənbeh vermə haqqında qərar qəbul edilməmişdir. Bu səbəbdən Ramiz Hüseynov tərəfindən törədilmiş inzibati xəta ilə bağlı tərtib edilmiş protokol yuxarı vəzifəli şəxsə təqdim edilmiş, yuxarı vəzifəli şəxs tərəfindən həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı prosessual pozuntuya yol verilməmişdir. Ramiz Hüseynov xx.xx.2025-ci il tarixdə saat 16:55-də idarə etdiyi avtomobillə Bakı şəhəri, Cəfər Xəndan küçəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” qanunun 76-cı maddəsinin 1-ci bəndinin tələblərini pozmuş, yolayrıcını keçmə qaydalarına riayət etməyərək İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəməyə təqdim edilmiş videogörüntüdə qeyd edilənlər öz təsdiqini tapmışdır. Ramiz Hüseynovun sürücülük hüququ bir cərimə əsasında məhdudlaşmamış, əvvəllər törətdiyi inzibati xətalara görə yazılmış ballara əsasən bir il ərzində 20 və ya daha çox bal toplandığına görə İXM-in 327.7-ci maddəsinə əsəsən sürücülük hüququ məhdudlaşdırılmışdır. Odur ki, sürücü X4 barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərar tam qanuni və əsaslı olduğundan şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 16:55-də Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi ilə Azadlıq prospektinin kəsişməsində “X8 Minik” markalı **-YN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə bir il ərzində 20 və daha çox bal toplanmasına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələri qərar qəbul edilmişdir. Materiala əlavə edilmiş diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, X4 Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi ilə Azadlıq prospektinin kəsişməsində idarə etdiyi avtomobilə sola doğru manevr etməklə düzünü hərəkət edən nəqliyyat vasitələrinin hərəkətinə mane olmuş, bununla da yolayrıcını keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, Məhkəmə, iş materiallarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, X2 Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333- 1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, X4 xx.xx.2025-ci il tarixdə saat 16:55-də Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi ilə Azadlıq prospektinin kəsişməsində “X8 Minik” markalı **-YN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, qeyd edilən qayda pozuntusu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Təhlükəsiz Şəhər” kameraları vasitəsilə qeydə alınmış görüntülər əsasında öz təsdiqini tapmışdır. X4 barəsində Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərar əsaslı olduğundan və qayda pozuntusu videogörüntü ilə təsdiqini tapdığına görə məhkəmə hazırda baxılan iş üzrə X4 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X2 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-2810/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2810/2025
30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver