Məhkəmə qərarları › İş №3(001)-2825/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2825/2022

19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2825/2022 19.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin X4 Şöbəsi Şəxs barəsində İXM-in 347-ci maddəsi ilə AP seriyalı ******* nömrəli, 16 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat təqdim edilməmişdir. Məhkəmənin 12 oktyabr 2022-ci il tarixli iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qanuni təmsilçisi X1 çıxış edərək bildirmişdir ki, qanuni təmsilçisi olduğu Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqında protokolla razı deyildir. Belə ki, hazırda və inzibati xəta törədilən zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır. Bu səbəbdən, hazırda fəaliyyət göstərməyən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi mümkünsüzdür. Şəxs MMC-nin fəaliyyətini dayandırmasına dair Bakı şəhər X2 üzrə Baş İdarəsinin sorğuya cavab məktubunu da məhkəməyə təqdim edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Binəqədi Rayon Polis İdarəsi X4 Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə, həmçinin, “Azemis” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli nümayəndəsinin istifadəsində olan mobil nömrəyə “sms bildiriş” göndərilməsinə, həmin “sms bildiriş”in ona çatdırılmasına baxmayaraq, Binəqədi Rayon Polis İdarəsi X4 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatətlə müraciət etməmişdir. Məhkəmə iclasının inzibati xəta haqqında protokolu tərtib etmiş Binəqədi Rayon Polis İdarəsi X4 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi DYPŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən mülkiyyətində olan nəqliyyat vasitəsinin yol hərəkəti qaydalarını pozması ilə əlaqədar tərtib edilmiş inzibati xəta protokol barədə məlumatı qəbul etdikləri gündən 5 gün müddətində həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməmişdir. Buna görə də hüquqi şəxs barəsində İXM-in 347-ci maddəsi ilə protokol tərtib edilmişdir. DİN-in DYP Web Portalından çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə Şəxs mülkiyyətində olan “FLAT ALBEA SOLE” minik markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin X4 Şöbəsindən Şəxsnə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, məktub Şəxs ünvanına göndərilmiş və xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən verilmiş 21 oktyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, uçot baza məlumatlarına əsasən Şəxs fəaliyyətinin xx.xx.2016-ci il tarixdən xx.xx.2016-ci il tarixədək dayandırılması, xx.xx.2016-cı il tarixdə vaxtı çatdığı üçün bərpa olunması, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dayandırılması. xx.xx.2022-ci il tarixdə vaxtı çatdığı üçün bərpa olunması və xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək dayandırılması barədə məlumat mövcuddur. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Şəxs mülkiyyətində olan “FLAT ALBEA SOLE” minik markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2021-ci il tarixdə İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Binəqədi Rayon Polis İdarəsi X4 Şöbəsi tərəfindən Şəxsnə sorğu göndərilmiş, inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barəsində məlumatın verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs qanuni təmsilçisi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən verilmiş cavab məktubundan görünür ki, uçot baza məlumatlarına əsasən Şəxs fəaliyyətinin xx.xx.2016-cı il tarixdən xx.xx.2016-ci il tarixədək dayandırılması, xx.xx.2016-cı il tarixdə vaxtı çatdığı üçün bərpa olunması, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dayandırılması. xx.xx.2022-ci il tarixdə vaxtı çatdığı üçün bərpa olunması və xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək dayandırılması barədə məlumat mövcuddur. Hüquqi şəxsin fəaliyyəti hazırda da dayandırılmış vəziyyətdədir. Göründüyü kimi hüquqi şəxs inzibati xəta törədilən zaman və barəsində inzibati xəta haqqında protokol tərtib edilən zaman fəaliyyəti dayandırılmış vəziyyətdə olmuşdur. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 75.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri sübut edilməlidir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; İXM-nin 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 347-ci maddəsinin dispozisiyasına əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığı üçün Şəxs inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-in 8, 25, 40.0.1, 43, 48-51, 53, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əməlində inzibati xəta tərkibi olmadığından AP seriyalı ******* nömrəli, 16 iyul 2022-ci il tarixli inzibati xəta haqında protokol üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar