Məhkəmə qərarları › İş №3(001)-2832/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2832/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2832/2024 29.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin böyük məsləhətçisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X3 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində tərtib edilmiş 26 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasında toplanmış material baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs tərəfindən Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş işğaldan azad edilmiş ərazilərə icazəsi olmadan X1, X11, X7, X8, X4 və X12 Nazirliyin “ƏMAS”-da qüvvəyə minmədən müəyyən etdilmiş işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin böyük məsləhətçisi X9 şikayətin dəlillərinə münasibət bildirərək bildirmişdir ki, Şəxs MMC Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş işğaldan azad edilmiş ərazilərə işçi göndərilməsi məqsədilə əmək müqaviləsi bildirişi təqdim etmiş və həmin işçilərin müvafiq ərazilərdə işə cəlb edilmələrini xahiş etmişdir. Lakin bildiriş Nazirlik tərəfindən imzalanmamış, bu səbəbdən də hüquqi şəxs tərəfindən qeyd olunan inzibati xəta törədilmişdir. Bu səbəbdən məhkəmədən hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmənin 15 may 2024-cü il tarixli iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin böyük məsləhətçisi X9 məhkəmə tərəfindən ona verilmiş suallara cava olaraq bildirmişdir ki, nümayəndəsi olduğu orqan tərəfindən Şəxs MMC bqarəsində inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas AR DİN tərəfindən onlara göndərilmiş məktub olmuşdur. İnzibati xəta haqqında protokolda adları qeyd edilən şəxslər X1, X11, X7, X8, X4 və X5 işğaldan azad edilmiş ərazilərə nə vaxt daxil olması, nə vaxt çıxması, hansı əmək fəaliyyəti ilə məşğul olmaları barədə araşdırma aparılmamışdır. Məhkəmənin 15 may 2024-cü il tarixli iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X13 izahat verərək bildirmişdir ki, barələrində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Belə ki, sözügedən işçilər çox qısa müddət ərzində həmin əraziyə getmiş və hava şəraiti ilə əlaqədar olaraq müqavilədə göstərilən vəzifələri icra etmədən geri qayıtmışlar. Həmin şəxslərin adlarının portaldan çıxarılması barədə o müraciə etmişdir. Bu səbəbdən, barələrində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmə iclası 29 may 2024-cü il tarixə təxirə salınmışdır. Məhkəmənin 29 may 2024-cü il tarixli iclasında Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X13məhkəmə 20 may 2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi” haqqında MN №0208365 qəraı təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsində vəzifəli şəxs kimi həm nun, həm də direktoru olduğu Şəxs MM-nin barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibatixəta haqqında iş üzrə icraat başlanılmışdır. Vəzifəli şəxs kimi onun barəsində İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata 29 may 2024-cü il tarixli qərarla İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Bu isə direktoru olduğu Şəxs MMC barəsində də İXM-nin 192.1-ci maddəsi ilə inzibati xətanın törədilməsini istisna etdiyindən Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 29 may 2024-cü il tarixli iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin böyük məsləhətçisi X9 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMC-nin İXM-nin 192.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri qarşılıqlı şəkildə tədqiq edərək hesab edir ki, Şəxs MMCnin barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 26 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi aşkar olunduğundan həmin maddə ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərardan görünür ki, X13 barəsində başlanılmış inzibati icraata İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Şəxs tərəfindən Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş işğaldan azad edilmiş ərazilərə icazəsi olmadan X1, X11, X7, X8, X4 və X12 Nazirliyin “ƏMAS”-da qüvvəyə minmədən müəyyən etdilmiş işlərin yerinə yetirilməsinə cəlb edilmişlər.Bu səbəbdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən həm hüquqi şəxs Şəxs MMC, həm də həmin hüquqi şəxsin direktoru X13 barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs MMC-nin direktoru X13 barəsində İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata isə xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli qərarla İXM-nin 53.1.1-ci maddəsinə əsasən(inzibati xəta hadisəsinin mövcud olmaması) əsası ilə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair qərarında aşağıdakılar göstərilmişdir. Hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə müvafiq olaraq, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. İnzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərdən isə göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən həm hüquqi şəxs Şəxs MMC, həm də həmin hüquqi şəxsin direktoru X13 barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs MMC-nin direktoru X13 barəsində İXMnin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata isə xx.xx.2024cü il tarixli, MN № ******* nömrəli qərarla İXM-nin 53.1.1-ci maddəsinə əsasən(inzibati xəta hadisəsinin mövcud olmaması) əsası ilə xitam verilmişdir. Hazırki halda, Şəxs MMC-nin direktoru X13 barəsində İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata isə xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli qərarla İXM-nin 53.1.1-ci maddəsinə əsasən(inzibati xəta hadisəsinin mövcud olmaması) əsası ilə xitam verildiyindən Şəxs MMC-nin İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi istisna olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş 26 aprel 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 192.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Əməlində inzibati xəta tərkibi olmadığından MN № ******* nömrəli, 26 aprel 2024-cü il tarixli inzibati xəta haqında protokol üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar