Məhkəmə qərarları › İş №3(001)-2834/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2834/2020

21.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2834/2020 21.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü PB tərəfindən toplanmış iş materiallarına baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına Şəxs İXM-in 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü PB tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü PB tərəfindən Şəxs İXM-in 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2020ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar geri qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü PB tərəfindən Şəxs barəsində İXM-in 211-ci maddəsi ilə toplanmış material baxılıb qərar qəbul edilməsi üçün məhkəməyə göndərilsə də, qeyd olunan orqan tərəfindən Şəxs həmin əməlinə qiymət verilərək barəsində 100 (bir yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Göründüyü kimi, səlahiyyətli orqan tərəfindən şəxsin əməlinə hüquqi qiymət verilərək barəsində tənbeh tədbiri tətbiq edildiyindən inzibati xəta haqqında iş üzrə məhkəməyə predmet qalmamışdır. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 211-ci maddəsi ilə toplanmış material Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü PB-nə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 109.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə toplanmış material Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü PB-nə geri qaytarılsın. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar