Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2836/2020 21.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş iş materiallarına inzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına Şəxs İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi tərəfindən Şəxs barəsində xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi tərəfindən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün icraat başlanaraq toplanmış material məhkəməyə göndərilsə də, İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın cəmiyyət tərəfindən törədilməsinə dair heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Çünki, iş materiallarında qeyd olunan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi ilə Baksol yolunun kəsişməsində olan müvafiq reklam qurğusunun Şəxs tərəfindən həmin ünvana yerləşdirilməsini sübuta yetirəcək dəlil müəyyən edilmir. Halbuki, şəxsin məsuliyyət məsələsinin müəyyən edilməsi üçün göstərilən amilin dəqiq şəkildə iş materiallarında öz əksini tapması mühüm əhəmiyyət kəsb edir. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, işin təsvir edilmiş hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 428.7.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material natamam olduğundan iş materialları Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 109.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1ci maddəsi ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinə geri qaytarılsın. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-2836/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2836/2020
21.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver