Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2846/2020 22.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarının baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən X2 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozması və nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə etməklə sərxoş vəziyyətdə idarə edərək zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurması səbəbi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin iş materiallarında X2 nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərək zərərçəkmiş şəxsə hansı məbləğdə maddi zərər vurması müəyyən edilməmişdir. Yalnız iş materiallarında olan izahatlardan müəyyən edilir ki, X4 idarə etdiyi avtomobillə X1 idarə etdiyi avtomobillə toqquşmuşdur. Halbuki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən həmin xəta üzrə dəymiş zərərin müəyyən edilməsi ilə əlaqədar olaraq müvafiq mütəxəssis rəyi, habelə yol nəqliyyat hadisəsi iştirakçılarının bədən xəsarəti almaması ilə bağlı tibbi rəy alınaraq iş materiallarına əlavə edilməli idi. Çünki yuxarıda da qeyd edildiyi kimi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolda sonuncunun “nəqliyyat vasitəsini alkoqoldan istifadə etməklə sərxoş vəziyyətdə idarə edərək zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurması” əsası və həmin Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə onun məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən iş üzrə zəruri araşdırma aparılmayaraq müvafiq rəylər alınıb iş materiallarına əlavə edilmədən şəxsin məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu da onu göstərir ki, tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tərtib edilməmişdir. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, hesab edirəm ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nə geri qaytarılsın. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-2846/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2846/2020
22.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver