Məhkəmə qərarları › İş №3(001)-2849/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2849/2020

15.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2849/2020 15.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, Barəsində X6 iş üzrə qərar qəbul edilmiş X3 Xəzər rayon DYPŞ-nin polis polkovniki X5 tərəfindən qəbul edilən TP ******* saylı, xx.xx.2020-ci il tarixli X9 haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X4 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Xəzər rayon DYPŞ-nin polis polkovniki X5 tərəfindən qəbul edilən TP ******* saylı, xx.xx.2020-ci il tarixli X9 haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə ona məxsus “MİTSUBİSHİ PAJERO” markalı ** VN *** dövlət nömrə nişanlı minik avtomobili ilə Bakı şəhəri, Mərədəkan S.Yesenin küçəsində hərəkətdə olarkən dövlət yol patrul xidmətinin əməkdaşı onu saxlayıb, onun sərbəst hərəkət etmək icazəsinin olub-olmadığını yoxlayıb. O ona işlədiyi yer tərəfindən sərbəst hərəkət etməyinə imkan verən müvafiq arayışı və icazə sənədlərini təqdim etmişdir. O, isə bildirdi ki, onun sərbəst hərəkət etməyi haqqında icazə yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli, ******* saylı X6 protokol tərtib edərək onu 100 manat cərimələmişdir.O, buna etiraz edərək müvafiq arayış və icazə sənədlərini ona təqdim etsə də bunların heç bir nəticəsi olmamışdır. Bundan sonra o AR X8, Baş Dövlət X11 və Xəzər Rayon Polis İdarəsinə müraciət edərək xx.xx.2020-ci il tarixli, ******* saylı X6 protokolun qanunsuz olduğunu, həmçinin xx.xx.2020-ci il tarixədək dövlət yol polisi əməkdaşlarının İXM-nin 211-ci maddəsi ilə inzibati xəta protokolu tərtib etmək və X9 haqqında qərar vermək hüququnun olmadığını bildirmiş və onun barəsində xx.xx.2020-ci il tarixli, ******* saylı X6 protokolunun ləğv edilməsini xahiş etmişdir.AR Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi tərəfindən ona göndərilən xx.xx.2020-ci il tarixli, 055-6883/2C-3220 saylı məktubla bildirilib ki, şikayəti təmin edilməmişdir. Bundan sonra həmin inzibati xəta protokolu üzrə Xəzər Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin polis polkovniki X5 tərəfindən onun barəsində İXM-nin 211-ci maddəsi ilə X9 haqqında xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərar tərtib edilmişdir. Həmin X9 haqqında qərarı xx.xx.2020-ci il tarixədək ona nə rəsmi qaydada, nə də elektron qaydada, nə də digər formada təqdim edilməmişdir. O, bu qərarı Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə yazılı ərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixdə almışdır. Xəzər Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin polis polkovniki X5 tərəfindən onun barəsində İXMnin 211-ci maddəsi ilə X9 haqqında 10.04. 2020-ci il tarixli, TP ******* saylı qərarı qanunsuz olduğu üçün ləğv edilməlidir. Birincisi, ümumiyyətlə sıravi heyətdən tutmuş ali, vəzifəli heyətədək bütün dövlət yol polisi əməkdaşlarının xx.xx.2020-ci il tarixədək İXM-nin 211-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb etmə ilə bağlı inzibati icraata başlama, inzibati xəta protokolu tərtib etmə və X9 qərarı tərtib etmə səlahiyyəti olmayıb. Belə ki, "Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2014-cü il tarixli Fərmanınadək "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nda dövlət yol polisinin vəzifəli şəxslərinin İXM-nin hansı maddələri ilə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətləri olmasını müəyyən edən 2.2.-ci və 2.4.-cü bəndlərində İXM-nin 211-ci maddəsi nəzərdə tutulmayıb. İXM-nin 211-ci maddəsi "Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2020-ci il tarixli Fərmanı ilə "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı"nın 2.2. -ci və 2.4.-cü bəndlərinə əlavə edilib və bununla da dövlət yol polisinin vəzifəli şəxslərinə İXM-nin 211-ci maddəsi ilə inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti verilib. Beləliklə, Dövlət Yol Polisi əməkdaşlarının İXM-nin 211-ci maddəsi ilə X6 işlərə baxmaq səlahiyyəti xx.xx.2020-ci il tarixindən sonra, yəni Azərbaycan Respublikası Prezidentinin “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısında dəyişiklik edilməsi haqqında" xx xxxxx 2020-ci il tarixli Fərmanından sonra yaranıb və DYP əməkdaşlarının həmin tarixədək İXM-nin 211-ci maddəsi ilə inzibati icraata başlama, inzibati xəta protokolu tərtib etmə və X9 barədə qərar tərtib etmək səlahiyyəti olmayıb. Deməli, Dövlət Yol Polisi əməkdaşlarının xx.xx.2020-ci il tarixdən əvvəl, yəni xx.xx.2020-ci il tarixdə ona İXM-nin 211-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli İXP ******* saylı X6 Protokolu tərtib etmək və X9 barədə protokol və xx.xx.2020-ci il tarixli, TP ******* saylı X9 Haqqında Qərar vermək səlahiyyəti olmayıb. İkincisi, onun xx.xx.2020-ci il tarixdən karantin rejiminin qüvvədə olduğu müddət ərzində sərbəst hərəkət etmək barədə icazəsi olduğu halda ona İXM-nin 211-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilə bilməzdi. Üçüncü, adıəçəkilən İnzibati X1 nəzərdə tutulan qaydada tərtib edilməyib. Belə ki, xx.xx.2020-ci il tarixli, TP ******* saylı X9 Haqqında Qərarda inzibati xətanın məzmunu və X9 qərarının əsaslandırılması barədə məlumatlar yoxdur. Göstərilənlərə əsasən barəsində qəbul edilən TP ******* saylı, xx.xx.2020-ci il tarixli X9 haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətin baxılmasında iştirak etməsi üçün Xəzər rayon Polis İdarəsinə məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X4 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Xəzər rayon Dövlət Yol Polis Şöbəsinin polis polkovniki X5 tərəfindən qəbul edilən TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X3 şikayəti təmin edilərək X6 protokol və onun əsasında qəbul edilmiş qərarın icrasına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli qərarının 1.2-ci maddəsininin 1.2.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçilərinin hərəkətinə barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir: Nəticədə aydın olur ki, işçi qismində fəaliyyət göstərən X4 o halda İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş hesab olunur ki, “icaze.e-gov.az” portalından qeydiyyatdan keçməyərək icazəsi olmadan epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozmuş olsun. İş materiallarından isə aydın olur ki, X4 “icaze.e-gov.az” portalından qeydiyyatdan keçmiş və onun hərəkətinə xx.xx.2020-ci il tarixədək icazə verilmişdir. Məhkəmə qeyd edir ki, X3 barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə əsas verən heç bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində X6 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X6 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsində qeyd olunur ki, X6 işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə X6 protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələblərinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs X6 iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd olunur ki, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində X6 iş üzrə qərardan şikayət verilə bilər. Qəbul edilmiş qərarların qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməsi haqqında qərar qəbul edilməlidir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən X6 iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda həmin Məcəllənin 135.1.1-ci və 135.1.6-ci maddələrində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya X6 iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsində qeyd olunur ki, hakimin, sələhiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamsı halı müəyyən olunduqda X6 iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb proses iştirakçısını dinləyib belə qənaətə gəlir ki, X3 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilərək Xəzər rayon DYPŞ-nin polis polkovniki X5 tərəfindən qəbul edilən TP ******* saylı, xx.xx.2020-ci il tarixli X9 haqqında qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin edilsin. X3 inzibati məsuliyyətə cəlb olunmasına dair Xəzər rayon DYPŞ-nin polis polkovniki X5 tərəfindən qəbul edilən TP ******* saylı, xx.xx.2020-ci il tarixli X9 haqqında qərar ləğv edilərək inzibati icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar