Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-285/2021 07.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-in 332.4, 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: xx xxxxxx 2021-ci il tarixdə Binəqədi DYPŞ-nin polis mayoru X1 tərəfindən Şəxs barəsində inzibati xətaya dair tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP №3430171 saylı protokol baxılması üçün məhkəməyə göndərilmişdir. X3 protokolda barəsində icraat aparılan şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4, 327.1 və 327.6-cı maddələri ilə tövsif olunmuşdur. İş üzrə təqdim edilmiş materialları araşdıraraq hesab edirəm ki, barəsində protokol tərtib edilmiş şəxs məhkəməyə təqdim edilmədiyi üçün protokol ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-3706/2020 saylı xx.xx.2020-ci il tarixli qərardından görünür ki, Şəxs Azərbaycan Respublikası İXMin 332.4, 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli X3 protokol və ona əlavə edilmiş materiallar geri qaytarılmışdır. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə X3 protokol daxil olduğu gün baxılır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsi X3 protokol və ona əlavə edilmiş sənədlərlə məhkəməyə müraciət etsə də, inzibati xəta törədən şəxs Şəxs təkrarən məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında inzibati tənbeh növü kimi həm də inzibati həbs tənbeh tədbiri nəzərdə tutulduğundan hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində tərtib olunmuş protokola dərhal baxılmalıdır. Lakin o, məhkəməyə təqdim edilmədiyi üçün protokola dərhal baxılması mümkünsüzdür. Azərbaycan Respublikası İXM-in 109.1.6 maddəsinə əsasən X3 işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduqda, protokol və sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər natamam olduqda işə baxarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Hesab edirəm ki, qeyd edilən çatışmazlıq aradan qaldırılmadan yəni, barəsində X3 protokol tərtib olunmuş şəxs təqdim edilmədiyi üçün işə mahiyyəti üzrə baxılması mümkün deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 420 və 422.3-cü maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-in 332.4, 327.1 və 327.6cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə təkrarən geri qaytarılsın. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-285/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-285/2021
07.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver