Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2852/2023 07.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Abbas Əhəd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bayramov Tural Ural oğlunun katibliyi, şikayət vermiş şəxs X3 və onun müdafiəçisi Vəkil iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ Yol Patrul Xidmətinin baş inspektoru, polis leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylıinzibati tənbeh vermə haqqında qərardan şikayətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi m: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Binəqədi RPİ-nin DYPŞ Yol Patrul Xidmətinin baş inspektoru, polis leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 barəsində İXM-nin 342.5- ci maddəsinə əsasən, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları nasaz olan və ya belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı ilə əlaqədar inzibati xəta ilə bağlı İXP5514496 saylı, xx.xx.2023-cü il tarixli qanunsuz və əsassız protokol tərtib edilmiş, eyni zamanda qanuni şəkildə etiraz bildirməyinə baxmayarq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.Belə ki, Bakı şəhəri, Binəqədi yolu 59-da ona məxsus “Mersedes" minik markalı, ** NT *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən Bakı şəhər DYPİ-nin Yol patrul xidməti baş inspektor, polis leytenantı X7 avtomobili saxladaraq onu İXM-nin 342.5-ci maddəsinə əsasən 50 AZN cərimələmişdir.Şikayətçi hesab edir k, həmin qərar tam qanunsuzdur.İnzibati xəta haqqında protokola həmin protokolla razı olmamağına dair qeydini etsə də sistemə statusu "qərarlı” kimi vurulmuşdur.İnzibati Xəta haqqında qanunvericiliyə əsasən, bunun özü çox böyük prosessual pozuntudur. Bundan əlavə polisə tabesizlik göstərməməsinə baxmayaraq xx.xx.2023-cü il tarixdə saat 17:01 radələrində onun azadlığını məhdudlaşdıraraq saxta raport əsasında qanunsuz şəkildə Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 4-cü PB-də təcridxanada saxlanılmasına nail olmuş, bir də səhərisi gün, xx.xx.2023-cü il tarixdə, saat 1l:00-da onu polis idarəsindən buraxmışlar, şənbə - bazar günü azadlıqda olmuşdur.Bazar ertəsi isə xx.xx.2023-cü il tarixdə isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilmiş, təqsirsiz olduğu müəyyən olunmuşdur.Şikayətçi bildirmişdir ki, bu hərəkətlər sadəcə Binəqədi Rayon DYPŞ Yol Patrul Xidməti baş inspektor polis leytenantı X4 ona qarşı olan şəxsi ambisiyaları və qərəzi idi.Polis adına ləkə gətirən hərəkətlərə yol verdiyi üçün mənəvi sarsıntı və iztirab keçirmiş, eyni zamanda azadlıq hüququ kimi Konstitusion və Konvension hüquqları pozulmuşdur. Şikayətçi həmçinin bildirmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, bu Məcəllənin 89.2 -89.4-cü maddələri istisna olunmaqla, üç saatdan çox ola bilməz. Binəqədi Rayon DYPŞ Yol Patrul Xidmətinin baş inspektoru, polis leytenantı X7 bilə-bilə 20 saatdan artıq onu təcridxanada saxlayaraq sonradan qərəzli şəkildə həbslə bağlı təqdimatla məhkəməyə müraciət etmişdir.O, X6 polis işçisi İlkin Vəliyevin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onun qanuni tələblərinə tabe olmağına və onunla polis idarəsinə getməyinə baxmayaraq qərəzli və sadə vətəndaşa qarşı bilərəkdən şəxsi ambisiyalarını nümayiş etdirərək onu həbs etdirməyə çalışmışdır. Şikayətçi göstərmişdir ki, İXM-nin 124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXMnin 596.1-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında is üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda,bu Məcəllənin 124.3-cü maddəsinin tələblərini pozaraq həmin xətanı bilavasitə aşkar edən vəzifəli səxs tərəfindən inzibati tənbeh tətbiq etmə haqqında qərarın çıxarılmasına görə-vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir. Belə ki, o, inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamağına baxmayaraq polis əməkdaşı bu Məcəllənin 124.3-cü maddəsinin tələblərini pozaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmişdir. Bundan başqa, şikayətçi göstərmişdir ki, AR İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgiləri və şüşəyuyanın və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə -əlli manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsinə əsasən, fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırdırılır: 1) dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda; 2) nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə; 3) dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə; 4) dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda; 5) nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün oimadıqda; 6) yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda; 7) İcazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə.Bundan əlavə yerində aradan qaldırmaq mümkün olduqda avtomobil cərimə meydançasına aparıla bilməz. Nəqliyyat vasitəsinin cərimə meydançasına aparıla bildiyi başqa bir hal sürücünün müxtəlif hüquqazidd əməlləri, o cümlədən cinayət xarakterli yol-nəqliyvat hadisələrini törətməsinə görə inzibati qaydada və ya cinayət- prosessual qaydada tutulduğu halda mümkündür.Bu müstəsna hallar baş verdikdə azadlığı məhdudlaşdırılmış (yəni tutulmuş) sürücünün nəqliyyat vasitəsini idarə edə bilən digər şəxs yoxdursa, onun avtomobili sadəcə saxlanılmaq üçün (yəni küçədə, yolda atılıb qalmaması üçün) cərimə meydançasına yerləşdirilir.Lakin Binəqədi Rayon Məhkəməsinin 3(001)-2698/2023 saylı, 03 iyul 2023-cü il qərarına əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs- X6 barəsində icraata inzibati xəta tərkibi olmadığı üçün xitam verilmişdir. Bundan əlavə qanunda nasazlığı “yerində” aradan qaldırmaq məsələsi olmadığı üçün, polis əməkdaşı sürücüyə xəbərdarlıq edərək buraxmalı idi.Qanuna görə əgər sürücü avtomobilə qanunla qadağan edilmiş əlavə avadanlıq quraşdırıbsa, onu yerində aradan qaldırmaq mümkün deyilsə, avtomobil cərimə meydançasına aparılır. Məsələn, bir avtomobilə normativ pozulmaqla avadanlıq quraşdırılıb və sürücü bu avadanlığı aradan qaldıra bilmir (nəzərə alaq ki, bu cür avadanlıqları adətən "ustalar" quraşdırır) və maşın cərimə meydançasına göndərilir.YPX inspektoru da adətən bu nasazlığın aradan qaldırılmasının cərimə meydançasında aparılmasını tələb edir.Şikayətçi göstərmişdir ki, nəzərə almaq lazımdır ki, cərimə meydançası təmir məntəqəsi deyil. Bu səbəbdən də maşına quraşdırılmış avadanlığın istənilən formada açılması düzgün sayıla bilməz, ən azı təhlükəsizlik baxımından. Ən əsası isə avadanlığın sökülməsindən sonra avtomobolin normal işləyəcəyinə DYP inspektorunun təminatı vardırmı?Burada cərimə meydançasından deyil, avtomobilin yaxınlıqda olan təmir məntəqəsinə aparılmasından söhbət gedə bilər. Maşın təmir olunduqdan sonra nasazlığın aradan qaldırılması ilə bağlı arayış təqdim edildikdə avtomobil texniki yoxlanışdan keçirilir.Avtomobil saz vəziyyətdədirsə, istismarına qoyulmuş qadağa ləğv olunur.Deməli, avtomobildə nasazlıq varsa, ya onun sürücüsünə cərimə yazılmaqla yerindəcə bu nasazlıq aradan qaldırılır, ya da sürücünün iştirakı ilə iki nüsxədə akt tərtib olunmaqla maşın təmir məntəqəsinə (və ya sürücünün yaşayış yerinə) göndərilməlidir.Yəni, bu vəziyyətdə heç bir halda avtomobil cərimə meydançasına aparılmır.Elə isə bir sual yaranır:DYP inspektorları texniki nasazlığı olan avtomobili niyə cərimə meydançasına salırlar? Əgər nasazlıq aradan qaldırıla bilirsə və avtomobilin hərəkətində heç bir maneə yoxdursa (məsələn, gündüz vaxtı), sürücüyə protokol yazılır və o, hərəkətini davam etdirir. Bundan əlavə Daxili İşlər Nazirliyinin Kollegiyasının 5 iyun 2018-ci il tarixli qərarı ilə "Yol-patrul xidməti haqqında" Təlimata dəyişiklik edilmişdir.Belə ki, nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya inzibati xəta törətmiş şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır.Belə nəqliyyat vasitələrinin duracaqdan buraxılması üçün xüsusi icazə tələb olunmur.Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində maddi zərər vurulmuşdursa, onun sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər.Qanunla müəyyən olunmuş hallarda yol hərəkətindən kənarlaşdırılaraq DYP-nin ən yaxın mühafizə olunan duracağına gətirilmiş nəqliyyat vasitəsinin saxlanılması biri protokola əlavə edilən, digəri isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilən iki nüsxədə olan “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə akt’la rəsmiləşdirilir (Təlimata 19 nömrəli əlavə).Həmin nəqliyyat vasitəsi sürücüsünün nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı, yaxud sərxoş vəziyyətdə olduğu hallarda, habelə o, avtomobilinin YPX inspektoru tərəfindən idarə olunaraq duracağa aparılmasına etiraz etdikdə avtomobil evakuator vasitəsi ilə duracağa aparılır. Nəqliyyat vasitəsi dayandırıldığı halda sürücünün sənədləri qaydasındadırsa və o yol hərəkəti qaydasını pozmamışdırsa YPX inspektoru sənədləşmə aparmadan sürücüyə hərəkətini davam etməyə icazə verir.Şikayətçinin fikrinə görə polis əməkdaşı yersiz prinsipiallıq nümayiş etdirərək onun avtomobilini əsassız yerə cərimə meydançasına aparmış, tərtib edilmiş protokolla razılaşmamasına baxmayaraq elektron sistemə qərarlı vurmuşdur.Beləliklə də, İXM-nin müddəaları açıq-aşkar şəkildə pozmuşdur.Bundan başqa, Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərarı ona görə qanunsuz və əsassızdır ki, maşın dövlət yol polisinə məxsus qeydiyyat-imtahan idarəsində texniki baxışdan bu qaydada keçmişdir və maşına sonradan hər hansı bir dəyişiklik edilməmişdir.Bundan əlavə xüsusilə vurğulamaq lazımdır ki, polis əməkdaşı inzibati xətanın törədildiyi tarix kimi xx.xx.2023-cü il göstərmişdir. Halbuki polis əməkdaşı onu xx.xx.2023-cü ildə saxlamışdır.Protokol və qərar səhvən xx.xx.2023-cü ilə tərtib olunmuşdur. Bunu həmin ərazidə olan TŞB-037 saylı şəhər kamerası vasitəsilə də yoxlamaq olar. Şikayətçi yuxarıda göstərilənləri əsas tutaraq, Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin inzibati tənbeh vermə haqqinda xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, ona qanunsuz olaraq yazilmiş 50 azn ( əlli) cərimənin silinməsi, “qərarsız” protokol yazılmasını tələb etdiyi iş üzrə “qərarlı” protokol vurularaq sistemə vurulmuş İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi üzrə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ Yol Patrul Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən X2 və müdafiəçisi Vəkil şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verib məhkəmədən Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin inzibati tənbeh vermə haqqinda xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, ona qanunsuz olaraq yazilmiş 50 azn ( əlli) cərimənin silinməsi, “qərarsız” protokol yazılmasını tələb etdiyi iş üzrə “qərarlı” protokol vurularaq sistemə vurulmuş İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi üzrə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə, şikayət vermiş şəxsin və müdafiəçisinin çıxışlarını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X6 barəsində Bakı şəhər Binəqədi RPİ-nin DYPŞ Yol Patrul Xidmətinin baş inspektoru, polis leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Binəqədi rayon DYPŞ-nin Yol Patrul Xidmətinin baş inspektoru, polis leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2023-cü il tarixdə saat 17:01-də “Mercedes Benz E500” markalı, **- NT-*** dövlət qeydiyyat nişanlı avtomobillİ idarə edən X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)- 2698/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən X5 əməlində AR İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir.Belə ki, Bakı şəhəri, Binəqədi yolu 59-da ona məxsus “Mersedes" minik markalı, ** NT *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nin Yol Patrul Xidmətinin baş inspektoru, polis leytenantı X7 avtomobili saxladaraq Nihat Zeynallının İXM-nin 342.5-ci maddəsi ilə protokol tərtib edilmiş, Nihat Zeynallı protokolla razılaşmadığını qeyd etsə də, polis əməkdaşı İlkin Vəliyev AR İXM-nin 124.3-cü maddəsinin tələblərini pozaraq protokol əsasında qərar qəbul etmişdir. İş materiallarından və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Bakı şəhər Binəqədi RPİnin DYPŞ Yol Patrul Xidmətinin baş inspektoru, polis leytenantı X7 qanunvericiliyinin tələblərini pozmuşdur. Bundan başqa, şikayətçinin X4 tələblərinə tabe olmaması ilə bağlı barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmiş və baxılması üçün Binəqədi rayon Məhkəməsinə gətirilmiş, protokol əsassız olduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X3 müraciətində qeyd olunan xüsusatlarla barəsində aparılmış inzibati xəta haqqında iş üzrə qəbul edilmiş protokollar arasında ziddiyyət vardır.Buna görə də, şikayət təmin edilməli, Bakı şəhər Binəqədi RPİ-nin DYPŞ Yol Patrul Xidmətinin baş inspektoru, polis leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldım: Şikayət təmin edilsin. X6 barəsində Bakı şəhər Binəqədi RPİ-nin DYPŞ Yol Patrul Xidmətinin baş inspektoru, polis leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylıinzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi və ya təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya bilvasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2852/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2852/2023
07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver