Məhkəmə qərarları › İş №3(001)-2857/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2857/2020

25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2857/2020 25.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu X1 X5 Xidməti tərəfindən qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətin icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: X3 Bakı şəhəri Binəqədi rayon Məhkməsinə şikayətlə müraciət edərək X5 Xidməti tərəfindən qəbul edilmiş TP ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət materialını araşdıraraq X1 Binəqədi Rayon Məhkəməsinə şikayət etməsində inzibati qanunvericiliyin tələblərinin pozulduğunu müəyyən etmişdir, ona görə də hesab edir ki, inzibati xəta haqqında material geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, şikayət verən şəxs X1 yaşayış ünvanı Lənkəran rayonu, Göyşaban kəndidir. Şikayət verən şəxsin yaşayış yerinin Lənkəran rayonu olmasını nəzərə alsaq şikayətə qanunvericiliyin tələbinə uyğun olaraq Binəqədi rayon Məhkəməsində baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 X5 Xidməti tərəfindən qəbul edilmiş TP ******* inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinin geri qaytarılmasına dair qərardad qəbul edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 100, 109, 110 və 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 X5 Xidməti tərəfindən qəbul edilmiş TP ******* inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti geri qaytarılsın. X2 Lənkəran Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar