Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2859/2023 17.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X4 iclas katibliyi, Protokolu tərtib etmiş orqan Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, Müdafiəçi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə. xx.xx.1991-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1ci maddəsi ilə inzibati xəta törətməsinə dair Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X10 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi : Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X10 tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir. Tərtib edilmiş inzibati protokoldan və icra işindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(004)-6493/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixindən başlayaraq hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq X3 xeyrinə ödənilməlidir.Hal-hazırda X9 tərəfindən 1737 manat məbləğində aliment borcu ödənilməmişdir. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X10 izahatında bildirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(004)-6493/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixindən başlayaraq 193 manat sabit pul məbləğində aliment tutularaq X3 xeyrinə ödənilməlidir.Lakin borclu icra sənədini icra etməkdən qərəzli boyun qaçırır. Hal-hazırda X9 tərəfindən 1737 manat məbləğində aliment borcu ödənilməmişdir. Bu səbəbdən də, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs aliment borcunu ödəyəcəyini və qərarın icrasından qərəzli şəkildə boyun qaçırmadığını bildirdi.Bunu nəzərə alaraq, onun barəsində tərtib olunmuş inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçi X6 hüquqlarını müdafiə etdiyi şəxs Şəxs aliment borcunu ödəcəyini və qərarın icrasından qərəzli şəkildə boyun qaçırmadığını bildirdi.Bunu nəzərə alaraq, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.Buna görə də, məhkəmə tələbkarın iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan 14 dekabr 2022-ci il tarixli qərara əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(004)-6493/2022 saylı, 06 dekabr 2022-ci il icra sənədi üzrə 14 dekabr 2022-ci il tarixdə icraata başlanılmışdır. İş materiallarında olan 14 dekabr 2022-ci il tarixli məktuba əsasən məlum olur ki, icra məmuru tərəfindən Şəxs ünvanına tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarından müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə aliment borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə (borclunun) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin, icra məmurunun çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Məhkəmə tərəfindən Şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs il ərzində ilk dəfə inzibati xəta törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, icra sənədi üzürsüz səbəbdən icra olunmamış, icra sənədinin icra edilməməsində Şəxs təqsiri sübuta yetirilmişdirdir, belə ki, 1737 manat məbləğində aliment borcu ödənilməmişdir. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, aliment borcunun ödənilməsi ilə bağlı hər hansı cəhd göstərmədiyini və məhkəmə qərarını qərəzli olaraq icra etmədiyini nəzərə alaraq borclu Şəxs inzibati qaydada həbs edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 5 saata görə 30 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində inzibati həbs təyin olunsun. Həbsetmənin əvvəli, Şəxs inzibati qaydada tutulduğu, yəni - xx.xx.2023-cü il tarixdən hesablansın. Şəxs saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə Bilavasitə tabe olan İnzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə yerləşdirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2859/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2859/2023
17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver