Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-286/2022 10.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Ermənistan Kalinin rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən Şəxs İXM-in 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 29.12.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunan gün, yəni 29.12.2021-ci il tarixdə idarə etdiyi nəqliyyat vasitəsi ilə Bakı şəhəri Binəqədi rayonu ərazisində hərəkətdə olarkən YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlama zamanı sürücü içkili olması şübhəsi olduğundan xüsusi texniki vasitə ilə yoxlanılmışdır. Patrul avtomobilində olan xüsusi texniki vasitə ilə sürücü Şəxs içkili olması müəyyən olunmuş, sürücü səmimi içkili olmasını etiraf etmiş və izahat yazaraq təsdiqləmişdir. Bundan sonra Şəxs barəsində İXM-in 329.1 və 333.1-ci maddələri ilə 29.12.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol edilmiş və həmin protokol iş materialları ilə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, 29.12.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində idarə etdiyi avtomobil Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin əməkdaşı tərəfindən saxlanılmış və polis əməkdaşları tərəfindən idarə etdiyi avtomobil həmin günü saat 00:35-də cərimə meydançasına salınmışdır. Bundan sonra saat 00:41-də polis əməkdaşları tərəfindən alkotesdirdən keçirilmiş və içkili olmaması müəyyən edilmişdir. Lakin polis əməkdaşları başını aldadaq guya içkili olması barədə izahat yazdırmışlar. Odur ki, məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 29.12.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29.12.2021-ci il tarixdə saat 00:42-də “BMW 528İ” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində təhlükəsizlik kəmərini bağlamadan və sərxoş vəziyyətdə idarə etdiyinə görə barəsində İXM-in 329.1 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 29.12.2021-ci il tarixli aktdan görünür ki, Şəxs idarə etdiyi “BMW 528İ” markalı, **- ZU-*** dövlət qeydiyyat nişanlı avtomobil 29.12.2021-ci il tarixdə saat 00:35-də duracağa yerləşdirilmişdir. 29.12.2021-ci il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol və ona əlavə edilmiş qəbzdən görünür ki, Şəxs sərxoşluq vəziyyətinin müayinəsi məqsədi ilə 29.12.2021-ci il tarixdə saat 24:41-də xüsusi texniki vasitədən istifadə edilmiş və onun bədənində 0,418 promil miqdarında alkoqol aşkar edilmiş, protokolun izahat hissəsində Şəxs spirtli içki qəbul edərək avtomobil idarə etməsini bildirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.02.2022-ci il tarixli, 3(001)-286/2022 nömrəli qərardan görünür ki, Şəxs əməlində İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün həmin hissədə iş üzrə icraata xitam verilmiş, İXM-in 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair hissəsi üzrə araşdırmanın aparılması Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06.04.2022-ci il tarixli, 3(103)-744/2022 nömrəli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.02.2022-ci il tarixli, 3(001)-286/2022 nömrəli qərarı ləğv edilərək inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində İXM-in 333.1-ci maddəsinin tərkibi olmadığından barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməli və İXM-in 329.1-ci maddəsi ilə olan xəta üzrə araşdırmanın aparılması Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinə həvalə olunmalıdır. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, Şəxs törətməsi ehtimal edilən İXM-in 329.1-ci maddəsi ilə olan xətaya münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə məhkəmə araşdırmasının aparılması qanunvericiliyin tələblərinə ziddir. Həmin maddə ilə nəzərdə tutulmuş xətaya inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş səlahiyyətli orqan tərəfindən müvafiq araşdırmanın nəticəsi olaraq hüquqi qiymət verilməlidir. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq, İXM-in 329.1-ci maddəsi ilə olan xəta üzrə araşdırmanın aparılmasının şəhər Baş Polis İdarəsi X5 İdarəsinə həvalə olunması qənaətinə gəlmişdir. Digər tərəfdən isə qeyd edilməlidir ki, Şəxs barəsində onun nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə dair araşdırma aparılmış olsa da, sonuncunun sərxoş halda avtomobil idarə etməsi məhkəmə iclasında sübuta yetirlməmişdir. Belə ki, 12.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda, Şəxs 29.12.2021-ci il tarixdə saat 00:42-də “BMW 528İ” markalı, **- ZU-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində təhlükəsizlik kəmərini bağlamadan və sərxoş vəziyyətdə idarə etməsi göstərilmişdir Bundan başqa 29.12.2021-ci il tarixli aktda, Şəxs idarə etdiyi “BMW 528İ” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobil 29.12.2021-ci il tarixdə saat 00:35-də duracağa yerləşdirilməsi qeyd edilmişdir. Bundan əlavə 29.12.2021-ci il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolda və ona əlavə edilmiş qəbzdə, Şəxs sərxoşluq vəziyyətinin müayinəsi məqsədi ilə 29.12.2021-ci il tarixdə saat 24:41-də xüsusi texniki vasitədən istifadə edilməsi və onun bədənində 0,418 promil miqdarında alkoqol aşkar edilməsi göstərilmişdir. Yuxarıda göstərilənlər təhlil edilərək belə nəticəyə gəlinir ki, Şəxs idarə etdiyi “BMW 528İ” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobil 29.12.2021-ci il tarixdə saat 00:35-də duracağa yerləşdirildikdən, sonra saat 00:42-də həmin nəqliyyat vasitəsini Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində təhlükəsizlik kəmərini bağlamadan və sərxoş vəziyyətdə idarə etmiş və Şəxs sərxoşluq vəziyyətinin müayinəsi məqsədi saat 24:41-də xüsusi texniki vasitədən istifadə edilmiş və onun bədənində 0,418 promil miqdarında alkoqol aşkar edilmişdir. Göründüyü kimi inzibati xəta haqqında iş üzrə materiallarında Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı ziddiyyətli məqamlar mövcuddur ki, həmin ziddiyyətli məqamlar Şəxs xeyrinə təfsir edilməldir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Odur ki, məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən tərtib olunmuş 29.12.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 333.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməli, İXM-in 329.1-ci maddəsi ilə olan xətaya isə münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə araşdırmanın aparılması Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən tərtib olunmuş 29.12.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilsin. Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən tərtib olunmuş 29.12.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun Şəxs oğlu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair hissəsi üzrə araşdırmanın aparılması Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-286/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-286/2022
10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver