Məhkəmə qərarları › İş №3(001)-2860/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2860/2023

18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2860/2023 18.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, Müdafiəçi 11 saylı Vəkil Bürosunun vəkili X1, Protokolu tərtib etmiş orqan Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Şakir Bahadırovun iştirakı ilə xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş,Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Şakir Bahadırov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Şakir Bahadırov icra sənədi üzrə borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və icra işindən görünür ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1421/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli icra sənədinə əsasən məlum olur ki, Şəxs 25 aprel 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməsini qət edilmişdir.Həmçinin, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-5836/2020 saylı, xx.xx.2020-cü il tarixli icra sənədinə əsasən bir ədəд üzərində brilliant qaşları olan qızıl dəst həmin əşyalar mövcud olmadıqdaisə onların dəyərini təşkil edən 4.500 manat məbləğində vəsait cavabdeh Şəxs alınaraq iddiaçı X2 verilməsi və ödənilmiş 27 manat dövlət rüsumunun 27 manatı cavabdeh Şəxs tutularaq Pərvanə Əliyevaya ödənilməsi qət edilmişdir. Hal-hazırda Şəxs tələbkar X2 340 manat aliment borcu, qızılın dəyərinə görə 515 manat, cəmi 855 manat borcu vardır. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Şakir Bahadırov izahatında bildirdi ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1421/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 25 aprel 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməsini qət edilmişdir.Həmçinin, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-5836/2020 saylı, xx.xx.2020-cü il tarixli icra sənədinə əsasən bir ədə üzərində brilliant qaşları olan qızıl dəst həmin əşyalar mövcud olmadıqdaisə onların dəyərini təşkil edən 4.500 manat məbləğində vəsait cavabdeh Şəxs alınaraq iddiaçı X2 verilməsi və ödənilmiş 27 manat dövlət rüsumunun 27 manatı cavabdeh Şəxs tutularaq Pərvanə Əliyevaya ödənilməsi qət edilmişdir. Şəxs tələbkar X2 340 manat aliment borcu, qızılın dəyərinə görə 515 manat, cəmi 855 manat borcu vardır. Fərhad Xanlarov həmin borcun tələbkara ödənilməsini təmin etməmişdir. Bu səbəbdən də Şəxsn barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs izahatında göstərdi ki, aliment borcu üzrə 340 manat ödəniş etmiş, habelə qızılı dəyərinə görə isə 500 manat ödəniş etmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçi X3 bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs Şəxs aliment borcu üzrə 340 manat ödəniş etmiş, habelə qızılı dəyərinə görə isə 500 manat ödəniş etmişdir. Bunu nəzərə alaraq, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq tələbkar X4 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Protokolu tərtib edən icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, onun müdafiəçisinin çıxışını dinləyib, iş materiallarını araşdıraraq, hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona dair sənədlər natamam olduğuna görə icra şöbəsinə geri qaytarılmalıdır. Belə ki, İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi.Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. «İcra haqqında» Qanun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İXM-nin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir.İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər;inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar.Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmçinin, İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir.İcra haqqında qanun tələblərinə görə birinci növbədə börcluya icra sənədinin könüllü ödəməsi barədə bildiriş göndərməli, borclunu icra şöbəsinə dəvət edərək icra olunmalı olan icra sənədinin məzmunu və icra olunmasının hüquqi nəticələrini ona izah etməli, bu barədə ondan izahat almalı, yalnız görülən tədbirlər nəticə vermədikdə məcburi icra tədbirlərini tətbiq etməlidir.İcra məmuru icra sənədi üzrə borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir.Lakin icra məmuru tərəfindən ödənilməmiş borcun məbləği dəqiq hesablanmadığından, habelə borclu tərəfindən borcun bir hissəsi ödənildiyindən, həmçinin inzibati xəta haqqında protokol natamam olduğundan, bu qüsurlar İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər sənədlərin natamam tərtib edilməsi kimi qəbul edilməlidir.Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Bakı şəhər Binəqədi rayon İcra şöbəsinə geri qaytarılsın. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar