Məhkəmə qərarları › İş №3(001)-2862/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2862/2020

24.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2862/2020 24.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, “xxxxxxxxxxxx” MMC-də ictimai işlər üzrə sosial işçi, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu, Çiçək qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən böyük icra məmuru X6 izahat verərək bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-5223/2018 nömrəli qətnaməsinə əsasən iddiaçı X3 iddia ərizəsi təmin edilmiş, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2002-ci il təvəllüdlü Süleyman Qafarov və xx.xx.2009-cu il təvəllüdlü Sərxan Qafarov 18 yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 154 (yüz əlli dörd) manat sabit pul məbləğində aliment olmaqla cəmi 308 manat aliment cavabdeh Şəxs tutularaq X2 ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-5223/2018 nömrəli icra sənədi üzrə borcunu tam icra etmədiyindən hazırkı günə kimi 3634 (üç min altı yüz otuz dörd) manat borcu yaranmışdır. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün, sonuncu barəsində İXMin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-5223/2018 nömrəli qətnaməsinə əsasən iddiaçı X1 iddia ərizəsi təmin edilmiş, xx.xx.2002-ci il təvəllüdlü Süleyman Qafarov və xx.xx.2009-cu il təvəllüdlü Sərxan Qafarov 18 yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 154 (yüz əlli dörd) manat sabit pul məbləğində aliment olmaqla cəmi 308 manat aliment ondan tutularaq X2 ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə borcunu ödəyə bilməməsinə səbəb işləməməsi olmuşdur. O, işlədiyi dövrdə borcundan tələbkara hissə-hissə 3758 (üç min yeddi yüz əlli səkkiz) manat ödəniş etmişdir. Lakin qalan 3634 (üç min altı yüz otuz dörd) manat məbləğində borcu ödəyə bilməmişdir. Hal-hazırda “xxxxxxxxxxxx” MMC-də ictimai işlər üzrə sosial işçi kimi işləyir və aldığı əmək haqqının 175 manatı hər ay ondan tutularaq Gülbahar Qafarovaya ödənilir. xx.xx.2002-ci il təvəllüdlü övladı Süleyman Qafarov yetkinlik yaşına çatdığından qətnamə üzrə aliment pulu 154 manata enmişdir. Lakin işlədiyi üçün əməkhaqqısından hər ay 175 manat pul tutularaq Gülbahar Qafarovaya ödənilir. Həmin məbləğin bir qismi aliment pulu kimi ödənilməklə yanaşı, digər qismi borcundan çıxır. Bundan başqa Gülbahar Qafarova övladı xx.xx.2009-cu il təvəllüdlü Sərxan Qafarovu 6 aydır ki kimsəsizlər evinə qoymuşdur. Ona görə də, qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirimişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində qərəzli boyun qaçırma yoxdur. Həmçinin X2 3758 (üç min yeddi yüz əlli səkkiz) manat ödəniş etmişdir. Odur ki, hüquqlarını müdafiə etdiyi şəxs Şəxs barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-5223/2018 nömrəli qətnaməsinə əsasən, birgə nikahdan doğulmuş xx.xx.2002-ci il təvəllüdlü Süleyman Qafarov və xx.xx.2009-cu il təvəllüdlü Sərxan Qafarov 18 yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 154 (yüz əlli dörd) manat sabit pul məbləğində aliment olmaqla cəmi 308 manat alimentin Şəxs tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda Şəxs ona 3634 (üç min altı yüz otuz dörd) manat borcu qalmışdır. Şəxs bu günə kimi ona cəmi 3758 (üç min yeddi yüz əlli səkkiz) manat ödəniş etmişdir. O, Şəxs borcunu tələb edir. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, daimi yaşayış yeri olmadığından övladı xx.xx.2009-cu il təvəllüdlü Sərxan Qafarovu kimsəsizlər evinə qoymuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-5223/2018 nömrəli qətnaməsinə əsasən iddiaçı X1 iddia ərizəsi təmin edilmiş, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2002-ci il təvəllüdlü Süleyman Qafarov və xx.xx.2009-cu il təvəllüdlü Sərxan Qafarov 18 yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 154 (yüz əlli dörd) manat sabit pul məbləğində aliment olmaqla cəmi 308 manat aliment cavabdeh Şəxs X2 ödənilməsi qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru N.O.Ramazaninin xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, borclu Şəxs barəsində iş üzrə icraata başlanmışdır. xx.xx.2018-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs icra sənədi üzrə olan borcunu icra etmədiyi üçün barəsində İXM-in 528.1ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarından görünür ki, Şəxs “xxxxxxxxxxxx” MMC-də ictimai işlər üzrə sosial işçi kimi işləməklə 250 manat əməkhaqqı alır və sonuncu aliment borcunu ödəməkdən yayınmayaraq müxtəlif vaxtlarda ödənişlər etmişdir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını və müdafiəçinin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İXM-in 528.1-ci maddəsinin dispozisiyasında məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-5223/18 nömrəli qətnaməsi üzrə Şəxs aliment borcu üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Şəxs məhkəmədə verdiyi izahatında aliment borcunu ödəməkdən boyun qaçırmadığını, hissə-hissə ödənişlər etdiyini bildirmişdir. Həmçinin iş materiallarında olan qəbzlər də Şəxs icra sənədinin icrasından boyun qaçırmadığını sübut edir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar