Məhkəmə qərarları › İş №3(001)-2863/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2863/2020

13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2863/2020 13.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı şəhər DYPİ Yol Patrul Xidməti inspektoru polis kiçik serjantı X4 tərəfindən tərtib edilən İXP ******* saylı protokol üzrə TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Bakı şəhər DYPİ Yol Patrul Xidməti inspektoru polis kiçik serjantı X4 tərəfindən tərtib edilən İXP ******* saylı protokol üzrə TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri DYPİ-nin əməkdaşı tərəfindən tərtib olunmuş İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1ci maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində inzibati tənbeh olunmuşdur. Bununla bağlı o, şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin Məhkəmənin 3(001)-2249/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsi rəhbər tutulmaqla şikayəti icraata qəbul olunmadan geri qaytarılmışdır. Bununla bağlı olaraq tərəfindən Daxili İşlər Nazirliyinin Dövlət X5 müraciət olunmuş, və barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarı xx.xx.2020-ci il tarixdə əldə etmişdir. O, xx.xx.2015ci il tarixindən Bank “xxx” ASC-də İnzibati departamentinin sürücüsü vəzifəsində işləyir. Əmək fəaliyyətinin icrası ilə bağlı işəgötürən tərəfindən “icaze.gov.az” portalında xx.xx.2020-ci tarixdən qeydiyyatdan keçirilmiş və işlədiyi müəssisənin fəaliyyəti tətbiq olunan karantin rejimi müddətində icazə verilən fəaliyyət sahəsi olduğundan hər gün işə getmişdir. Bununla bağlı xx.xx.2020-ci il tarixdə işdə olduğunu təsdiq edən arayışı təqdim etmişdir. Sistem tərəfindən xx.xx.2020-ci il tarixdə onun icazəsi müəmmalı şəkildə ləğv olunmuş, bununla bağlı ona və işəgötürənə heç bir məlumat verilməmişdir. Göstərilənlərə əsasən barəsində tərtib olunan protokol əsasında qəbul edilmiş qərar üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətin baxılmasında iştirak etməsi üçün Bakı şəhər BPİ-nin Dövlət X5 və şikayət vermiş şəxsə məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə və R.Məmmədov məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişlər. Məhkəmə nümayəndənin və R.Məmmədovun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Bakı şəhər DYPİ Yol Patrul Xidməti inspektoru polis kiçik serjantı X4 tərəfindən qəbul edilən TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 200 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan “Bank xxx” ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, həqiqətən X2 “Bank xxx” ASC-nin əməkdaşıdır. Əməkdaşın işə gələ bilməsi üçün “icazə.e-gov.az” portalı vasitəsilə xx.xx.2020-ci il tarixində icazə alınmışdır. Lakin xx.xx.2020-ci il tarixində məlum olmuşdur ki, onlara və işçiyə xəbərdarlıq edilmədən elektron icazə ləğv olunmuşdur. Həmin işçiyə dair icazə xx.xx.2020-ci tarixində elektron icazə sistemində “qüvvədədir” kimi görünmüşdür. İş materiallarında olan “Bank xxx” ASC tərəfindən verilmiş arayışdan görünür ki, X2 “Bank xxx” ASC-nin İnzibati departamentinin Təsərrüfat şöbəsinin mütəxəssisi vəzifəsində çalışır və “Bank xxx” ASC-də əmək stajı beş ildir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X1 şikayəti təmin edilərək inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərarın icrasına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli qərarının 1.2-ci maddəsininin 1.2.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçilərinin hərəkətinə barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir: Nəticədə aydın olur ki, işçi qismində fəaliyyət göstərən X2 o halda İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş hesab olunur ki, “icaze.e-gov.az” portalından qeydiyyatdan keçməyərək icazəsi olmadan epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozmuş olsun. İş materiallarından isə aydın olur ki, X2 xx.xx.2020-ci il tarixdə “icaze.e-gov.az” portalından qeydiyyatdan keçmiş və onun hərəkətinə xx.xx.2020-ci il tarixədək icazə verilmişdir. Məhkəmə qeyd edir ki, X1 barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə əsas verən heç bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsində qeyd olunur ki, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələblərinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd olunur ki, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Qəbul edilmiş qərarların qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməsi haqqında qərar qəbul edilməlidir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda həmin Məcəllənin 135.1.1-ci və 135.1.6ci maddələrində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsində qeyd olunur ki, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması halı müəyyən olunduqda inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, X1 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilərək Bakı şəhər DYPİ Yol Patrul Xidməti inspektoru polis kiçik serjantı X4 tərəfindən tərtib edilən TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin edilsin. X1 inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər DYPİ Yol Patrul Xidməti inspektoru polis kiçik serjantı X4 tərəfindən tərtib edilən TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar