Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2863/2025 24.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin aparıcı məsləhətçisi Nümayəndə, X1 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 27 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 27 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən barəsində 27 fevral 2025-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, guya o, vətəndaş X3 2024-cü ilin dekabr ayından kafedə aşpaz vəzifəsi üzrə işə götürmüş və onunla əmək müqaviləsi bağlamamışdır və nəticədə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati təhbeh vermə haqqında qərar qəbul edilməsinə səbəb Binəqədi rayon prokurorunun xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı olmuşdur. Qərar tamamilə əsassızdır, onun əməlində sözügedən inzibati xətanın tərkibi yoxdur, ümumiyyətlə o heç kimi işə götürməmişdir, elə bir izahat verməmişdir, həmin xanım həmin gün orada olmuşdur, lakin işləməmişdir, ilk dəfə idi ki kafeyə gəlib, onun üçün iş olub-olmamasını soruşmuşdur. Kafedə müştərilər olduğu üçün onunla maraqlana bilməmişdir. Bir az sonra da kafedə türk vətəndaşı ilə söz söhbət olduğu üçün aralarında mübahisə yaranmış və nəticədə polis bölməsində ifadə verməli olmuşdur. Araşdırma zamanı təhqiqatçı tərəfindən izahatları alınarkən hansı səbəblə izahatılarının təhrif edilməsi, ona aid olmayan sözlərin qeyd edilməsi ona bəlli deyildir. O adı qərarda qeyd edilən Günəş Bayramovanın aşpaz kimi kafedə işlədiyini bildirməmişdir, heç onu hadisəyə kimi tanımayıb, görməmişdir. İzahatı qərəzli olaraq bu formada alınmışdır. Sırf araşdırmanın nəticəsində bir şey tapmadıqları üçün onu digər maddələr ilə məsuliyyətə cəlb edə bilmədiklərindən barəsində protokol tərtib etmək üçün bu yola əl atılmışdır. Məhkəmə iclasında şikayətçi X6 şikayətin dəlillərinə uyğun çıxış edərək, verilmiş şikayətin təmin edilməsini və barəsində qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin aparıcı məsləhətçisi Nümayəndə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı müdafiə edərək, inzibati xəta hadisəsinin törədilməsinin vətəndaş X5 və şikayətçinin verdiyi izahatlarında da öz təsdiqini tapdığını bildirmişdir. Odur ki, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, X4 izahatında Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə mülkiyyət hüququ ilə özünə məxsus olan, ********** saylı VÖEN əsasında işlətdiyi kafedə X2 aşpaz işlədiyini, Günəşlə əmək müqaviləsi bağlamadığını bildirdiyi qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixli X2 Binəqədi RPİ-də olan zaman verdiyi izahatdan görünür ki, o, təxminən 1 həftədən artıq müddətə Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ünvanda yerləşən, üzərində reklam olmayan kiçik ölçüdə, bir mərtəbəli kafedə aşpaz işlədiyini bildirmişdir. X4 Binəqədi rayon prokurorluğunda olan zaman verdiyi izahatdan görünür ki, o, işlətdiyi kafedə baş verən hadisədən sonra kafedə aşpaz işləyən Günəş Bayramovanın polisə və təcili tibbi yardım xidmətinə məlumat verdiyini bildirmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi adlı elektron portalından olan çıxarışdan görünür ki, X6 AZ1108, ünvan 2 ünvanında yerləşən obyekti ********** saylı VÖEN əsasında işlədir. xx.xx.2025-ci il tarixli “sənədə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı elektron sorğu modulunun əmək müqaviləsi məlumatları bölməsindən X5 ilə X6 arasında əmək müaviləsinin bağlanmadığı görünmüşdür. Beləliklə, məhkəmə iclasında X4 şikayət ərizəsi iş materiallarına əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, X5 fərdi sahibkar X6 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Belə ki, bu hal X2 Binəqədi rayon prokurorluğunda verdiyi izahatı, həmçinin X4 hadisədən dərhal sonra Binəqədi rayon Polis İdarəsində verdiyi izahatı, “sənədə baxış keçirilməsi haqqında” protokol və digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X4 şikayətdə göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 27 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, sözügedən qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X6 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 27 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayət təmin edilməməli, həmin protokol əsasında qəbul edilmiş inzibati cərimənin tətbiq edilməsi barədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 27 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-2863/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2863/2025
24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver