Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2868/2022 07.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X8, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Firmasının rəhbəri X3 iştirakları ilə, Şəxs Firması barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən Şəxs Firması barəsində İXM-in 528.1-cı maddəsi ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokoldan müəyyən edilmişdir ki, borclu Şəxs Firması qalıq 18340 manat borcu müştərək qaydada tələbkar X4 ödəməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən böyük icra məmuru X12 bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 1460/2018 nömrəli icra sənədinə əsasən cavabdehlər X6, X7 və Şəxs Firmasından müştərək qaydada yol-nəqliyyat hadisəsi nəticəsində ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin vurduğu maddi zərərin əvəzi qismində 27000 manat, mənəvi zərərə görə 500 manat və ödənilmiş dövlət rüsumunun 10,20 manat hissəsi olmaqla, ümumilikdə 27510,20 manat pul vəsaiti tutularaq iddiaçı X4 ödənilməsi qərara alınmışdır. Həmin icra sənədi üzrə müvafiq icra tədbirləri həyata keçirilmiş, Şəxs Firması tərəfindən müştərək qaydada tutulmalı olan həmin borcdan hissə-hissə olmaqla ümumilikdə 9170 manat məbləğində ödəniş etmişdir. Firma tərəfindən qalan məbləğin müştərəkliklə bağlı məhkəmə qarşısında izah olunması xahiş edilmişdir. Müştərəkliyin izahı ilə bağlı məhkəməyə müraciət olunsa da, məhkəmə müraciəti rədd etmişdir. Borclularla bağlı icra işləri fərqli şöbələrdə icra olunmaqdaddır və yalnız hazırkı icra işi üzrə Şəxs Firması tərəfindən icra sənədi üzrə qeyd olunan məbləğ ödənilmişdir. Şəxs Firmasının mülkiyyətində olan avtobuslar üzərinə həbs qoyulmuş, lakin sonradan avtobusların üzərinə qoyulmuş həbslər ləğv edilsə də yalnız bir avtobus üzərində həbs saxlanılmışdır. Ümumilikdə sözügedən icra işi üzrə 18340 manat ödənilməmiş borc qalmışdır. Şəxs Firmasının vəzifəli şəxsi tərəfindən tələb üzrsüz səbəbdən icra edilmədiyi üçün barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Firmasının rəhbəri X9 bildirmişdir ki, o, Şəxs Firmasının rəhbəridir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-1460/2018 nömrəli icra sənədi ilə firmadan, X6 və X7 iddiaçı X4 ödənilməsi üçün qərara alınmış ümumilikdə 27510,20 manat puldan bügünədək 9170 manat ödəniş etmişdir. Bu icra sənədi üzrə müəyyən edilmiş borcun üçdə bir hissəsini təşkil edir. Göründüyü kimi, tərədlərindən icra sənədi üzrə onlara düşən borc məbləği tam şəkildə ödənilmişdir. Bundan başqa firmanın digər icra işi üzrə xeyli borcu vardır. Ona görə, hazırda pulun hamısını ödəməyə imkan yoxdur.Bundan başqa, tələbin yönəldilə biləcəyi əmlak barədə icra şöbəsində məlumat olmasına baxmayaraq, firma barədə protokol tərtib edilmişdir. Firmanın mülkiyyətində olan bir avtobus üzərində həbs vardır və onlar borcun əvəzi olaraq bununla razılaşmağa hazırdırlar. İcra məmurunun həmin hərəkətləri qanunsuz və əsassızdır. Ona görə də məhkəmədən qeyd olunanları nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 borclular X13 və X10 Şəxs Firmasının işçiləri olduğunu, icra işi üzrə 27510,20 manat puldan 9170 manat borcun ödənildiyini, qalan borcun isə ödənilmədiyini, Şəxs Firmasının mülkiyyətində qətnamə qəbul edilənədək avtobusların olduğunu, lakin sonradan həmin avtusların yoxa çıxdığını, icra sənədində qeyd olunan məbləğdə borcun ona tam şəkildə ödənilməsini tələb etdiyi qeyd edib məhkəmədən Şəxs Firmasının inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-1460/2018 nömrəli icra sənədindən görünür ki, cavabdehlər X6, X7 və Şəxs Firmasından müştərək qaydada yol-nəqliyyat hadisəsi nəticəsində ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin vurduğu maddi zərərin əvəzi qismində 27000 manat, mənəvi zərərə görə 500 manat və ödənilmiş dövlət rüsumunun 10,20 manat hissəsi olmaqla, ümumilikdə 27510,20 manat pul vəsaiti tutularaq iddiaçı X4 ödənilməsi qərara alınmışdır. İcraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-1460/2018 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-1460/2018 nömrəli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs Firmasına məlumat verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(001)-630/2019 nömrəli qərardadından görünür ki, borclu Şəxs Firmasının mülkiyyətində olan “Daewoo BS090” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı, “Daewoo BS090” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı, “Daewoo BS090” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusların üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(001)-605/2021 nömrəli qərardadından görünür ki, borclu Şəxs Firmasının mülkiyyətində olan “Daewoo BS090” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı və “Daewoo BS090” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusların üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(001)-605/2021 nömrəli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 8(001)-605/2021 nömrəli qərardadı ləğv edilərək, həmin qərardadla borclu Şəxs Firmasının adına olan “Daewoo BS090” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı və “Daewoo BS090” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtobuslar üzərinə qoyulmuş həbs götürülmüşdür. Şəxs Firması tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə ünvanlanmış məktubdan və ona əlavə edilmiş qəbzlərdən görünür ki, Şəxs Firması tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-1460/2018 nömrəli icra sənədi üzrə müəyyən edilmiş ümumi məbləğin 9170 manatı tələkar X2 ödənilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-1460/2018 nömrəli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 1460/2018 nömrəli icra vərəqəsinə izah verilməsi barədə Binəqədi rayon İcra Şöbəsi tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki, Şəxs Firması barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə iş materiallarından müəyyən olunmuşdur ki, icra məmuru tərəfindən müvafiq icra hərəkətləri aparılmış, lakin aparılmış həmin icra hərəkətlərinə düzgün qiymət verilmədən və məcburi icra tədbirləri görülmədən Şəxs Firmasının inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq protokol tərtib edilmişdir. Çünki iş materiallarından görünür ki, Şəxs Firması barəsində xx.xx.2022-ci il tarixdə İXM-in 528.1cı maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunduqdan sonra, cəmiyyətin adına qeydiyyatda olan nəqliyyat vasitələrinin bir qismi üzrərinə məhkəmənin qərardadı ilə həbs qoyulmuşdur. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.5-ci maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Yenə həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, icra məmuru tərəfindən yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə riayət edilmədən, yəni Şəxs Firmasının adına olan əmlaklar barədə müvafiq icra tədbirləri görülmədən Firmasının rəhbərinin məsuliyyətə cəlb olunması barədə İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu hallar isə qanunvericiliyin tələblərinə ziddir. Bununla yanaşı qeyd edilməlidir ki, Şəxs tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-1460/2018 nömrəli icra sənədi üzrə olan müştərək qaydada tutulması qərara alınmış borcdan ümumilikdə 9170 manat məbləğində ödəniş edilmişdir. İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmədə toplanmış sübutlarla Şəxs Firmasının Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-1460/2018 nömrəli icra sənədi üzrə hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Onun təqsirli bilinməsinə dair inibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs Firmasının əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs Firmasının əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-2868/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2868/2022
07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver