Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2876/2023 20.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X6 iclas katibliyi, Protokolu tərtib etmiş orqan Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X2, X1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, Müdafiəçi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə. xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, “ASG Helicopter Services”-də fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında faktiki yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Binəqədi rayon Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi : Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 20 iyul 2023-cü il tarixli, MN ******* saylı protokola əsasən məlum olur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1651/2022 saylı, 17 iyun 2022ci il tarixli icra sənədinə əsasən Şəxs məxsus ünvan 3 ünvanda yerləşən evinin dövlət ehtiyaclarına görə sökülməsi üçün Şəxs ödənilmiş 55 116 manat və xx.xx.2019-cu il tarixli Razılaşmaya əsasən sonradan öədənilmiş 12 631 manat, toplam 67 747 manat pul vəsaitinin ½ hissəsi, 33 873 manat pul vəsaiti borclu Şəxsndun tutularaq tələbkar X8 ödənilməsi müəyyən edilmişdir. Borcluya borcun könüllü ödənilməsi barədə bildiriş göndərilməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu icra sənədini icra etməkdən tamamilə imtina etmiş, nəticədə 33 873 manat ödənilməmiş borcu vardır. Məhkəmə iclasında ifadə verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - (borclu) Şəxs bildirdi ki, göstərilən məbləğ evləri plana düşən zaman onun valideynlərinə verilmişdir.O, həmin pulu heç görməmişdir.Göstərilən məbləği tam şəkildə heç bir halda ödəyə bilməyəcəkdir.Lakin məhkəmənin qərarına hörmətlə yanaşır, borcunu ödəməkdən qərəzli şəkildə yayınmır.Hal-hazırda işləyir və daimi əmək haqqı alır. Belə ki, o, borcunun əmək haqqına yönəldilməsini xahiş etmişdir, lakin başqa icra sənədi üzrə əmək haqqının 50%-i tutulduğuna görə bu mümkün olmamışdır.Belə ki, tələbkarla evlilik dönəmində tələbkarın bankdan götürdüyü kredit borcu da hazırda onun əmək haqqısına yönəldilmişdir.Həmçinin, o, bildirmişdir ki, himayəsində azyaşlı övladı vardır. Göstərilənləri nəzərə alaraq, borclu borcunu qəsdən və qərəzli şəkildə ödəməkdən yayınmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X10 bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs hazırda işləyir, o, borcunu ödəməkdən yayınmır, sadəcə məbləğ böyük olduğundan borcu birdəfə bağlaya bilmir.Himayəsində 1 (bir) azyaşlı övladı vardır.Əgər borclu Bəhruz Aslanov borcunu ödəməkdən qərəzli şəkildə yayınsa idi, o, borcun əmək haqqından hissə-hissə ödənilməsini xahiş etməzdi.Buna görə də, borclunun vəkili inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən X1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X13 bildirdi ki, borclu Şəxs icra sənədində göstərilən borcunu qərəzli olaraq ödəmir, ödəmək istəsəydi bu bir il müddətində icra sənədini heç olması qismən icra etmiş olardı.Buna görə də, tələbkarın nümayəndəsi borclunun qərəzli olaraq borcunu ödəmədiyini nəzərə alaraq borclu Şəxs qanuna müvafiq qaydada sərt cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru X4 borclunun icra sənədini uzun müddət heç bir hissəsini icra etmədiyini və bunun nəticəsində tələbkarın çoxsaylı şikayətlər etdiyini və protokolda göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə (borclunun) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin, icra məmurunun və tələbkarın nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 2(004)-1651/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən məlum olur ki, Şəxs məxsus ünvan 3 ünvanda yerləşən evinin dövlət ehtiyaclarına görə sökülməsi üçün Şəxs ödənilmiş 55 116 manat və xx.xx.2019-cu il tarixli Razılaşmaya əsasən sonradan öədənilmiş 12 631 manat, toplam 67 747 manat pul vəsaitinin ½ hissəsi, 33 873 manat pul vəsaiti borclu Şəxsndun tutularaq tələbkar X8 ödənilməsi qət edilmişdir. İş materiallarında olan 16 may 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-1651/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 16 may 2023-cü il tarixdə icraata başlanılmışdır. İş materiallarında olan 16 may 2023-cü il tarixli məktuba əsasən məlum olur ki, icra məmuru tərəfindən Şəxs ünvanına tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, borclu rəsmi qaydada xx.xx.2023-cü il tarixdə həmin bildirişlə tanış olmuşdur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Məhkəmə tərəfindən Şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs il ərzində ilk dəfə inzibati xəta törətməsini, himayəsində 1(bir) azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, icra sənədi üzürsüz səbəbdən icra olunmamış, icra sənədinin tam icra edilməməsində Şəxs təqsiri sübuta yetirilmişdirdir, belə ki, bu günədək borclu icra sənədində göstərilən məbləğdən heç bir ödəniş etməmişdir. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, borclu tərəfindən borcun ödənilməsi ilə bağlı hər hansı cəhd göstərmədiyini nəzərə alaraq məhkəmə qərarını qərəzli olaraq icra etmədiyini və nəticədə borca dair icra sənədlərinin icrası ilə bağlı tələbkarın əsaslı olaraq çoxsaylı şikayətlər etdiyini nəzərə alaraq borclu Şəxs inzibati qaydada həbs edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X10 məhkəmədə iştirak etdiyi 5 saata görə 30 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində inzibati həbs təyin olunsun. Həbsetmənin əvvəli, Şəxs inzibati qaydada tutulduğu, yəni - xx.xx.2023-cü il tarixdən hesablansın. Şəxs saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə Bilavasitə tabe olan İnzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə yerləşdirilsin. 3(001)-2876/2023 saylı inzibati işi üzrə müdafiəçi X9 məhkəmə baxışı zamanı 5 saat əmək haqqının məbləği 30 (otuz) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod- 200156,VÖEN-9900 003611,m/hAZ37NABZ013501000 **********4.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************,VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2876/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2876/2023
20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver