Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2877/2020 22.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayət vermiş şəxs X3, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət-eksport bölüyü yol-patrul xidmətinin nümayəndəsi, inspektor polis kiçik serjantı X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət X8 xx xxxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X6 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək, barəsində tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X6 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində saat 16 radələrində etibarnamə əsasında idarə etdiyi **-ZO-*** dövlət nömrə nişanlı minik avtomaşını ilə Neftçilər prospekti ilə hərəkətdə olarkən Yol Patrul Xidmətinin əməkdaşı ona saxlama işarəsi verərək yol hərəkətindən kənarlaşdırmışdır. İdarə etdiyi avtomobili kənara çəkdikdən sonra YPX əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmiş və idarə etdiyi avtomobilin ön alın şüşəsində (parpres) aşağı faiz tündlüyə malik örtük (plyonka) olduğunu söyləyərək barəsində sanksiyası 150 manat olan maddə ilə protokol tərtib ediləcəyini və həmin örtüyün elə yerindəcə bir hissəsinin söküləcəyini bildirmişdir. O, özü də dövlət işçisi, hərbi qulluqçu olduğunu, polkovnik-leytenant hərbi rütbəsi daşıdığını, qanunları bildiyini, hər zaman riayət elədiyini, mütəmadi şəkildə avtomobil idarə etməyinə baxmayaraq son bir-neçə ildə barəsində bir dənə belə olsun inzibati protokol tərtib edilmədiyini, bildirməklə idarə etdiyi avtomobilin xaricdən yeni gəldiyini və xx.xx.2020-ci ildə BDYPİ-nin müvafiq idarəsində texniki baxışdan keçirməklə qeydiyyata qoyularaq dövlət nömrə nişanı verilən zaman avtomobilin ban şüşələrində sürücü qapısı, sərnişin qapısı, arxa qapılar olan örtüklərin çıxarıldıqdan sonra qeydiyyata qoyulduğunu və bu zaman BDYPİ-nin xüsusi biliyə malik ekspertinin alın şüşəsində hər hansı örtüyün aşkarlaya bilmədiyini onu saxlayan inspektorun nəzər diqqətinə çatdırmışdır. Hətta inspektorun iddia etdiyi kimi alın şüşəsində cüzi faizli örtük varsa belə onun bundan xəbəri yoxdur. Və avtomobili texniki baxışdan keçirməklə qeydiyyata qoyulub dövlət nömrə nişanı verilən zaman ona bu barədə heç nə deyilməyib. İnspektor, öz növbəsində kobud şəkildə onun bu dediklərinin ona aidiyyəti olmadığını və onu mütləq və mütləq şəkildə müvafiq maddə ilə inzibati məsuliyyətə cəlb edəcəyini söyləyərək barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Sonra avtomaşına yaxınlaşaraq tərtib olunmuş protokolun sübutu kimi plyonka adlanan örtüyü sökməyə başlamışdır. O, onda avtomobilin ön şüşəsində plyonka olduğunu görmüş və inspektora həmin plyonkanın zavod istehsalı ola biləcəyini və qanunun tələbi çərçivəsində tələb olunan bütün prossedurlara hazır olduğunu, lazim gələcəyi halda avtomobili duracağa aparmağa, özünün isə polis idarəsinə, bölməsinə getməyə hazır olduğunu söyləyərək plyonkanı zədələməməyi xahiş etməyinə baxmayaraq inspektor onu dinləmədən kobud şəkildə “sənin nazınla oynayan deyiləm mən” deyib plyonkanı sökməyə başlamışdır. Hesab eləyir ki, avtomobilinin alın şüşəsində onun və eləcə də BDYPİ-nin avtomobil qeydiyyata qoyulan idarəsində çalışan bu sahədə xüsusi biliyə malik əməkdaşlarının, həmçinin istismar etdiyi bu bir ay müddətində ətrafdakı şəxslərin vizual baxışı ilə hiss edə bilmədiyi o örtüyün həmin şüşədə olmasına və onu hansısa ona lazım olmayan o örtüyə görə inzibati məsuliyyətə cəlb etmək ən böyük haqsızlıq olar. Barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun icraatına xitam verilməsi ilə bağlı Bakı şəhər BPİ DYPİ-nə məktubla müraciət etmişdir. Müraciətində, lazım olacağı təqdirdə avtomobilinin alın şüşəsinə yapışdırılmış örtüyün ora yapışdırılma müddətini təyin edilməsi məqsədi ilə avtomobilini avto-texniki ekspertizaya təqdim etməyə hazır olduğunu bildirmiş, (örtüyün qeydiyyata qoyularaq dövlət nömrə nişanı verilən zaman üstündə olmasının sübutu kimi) Bir-neçə gün sonra DYPİ-nə dəvət olunaraq müraciəti ilə bağlı ondan izahat alınmış və protokol tərtib edən inspektorun hərəkətlərində hər-hansı hüquqazidd əməlin aşkar olunmadığı bildirilmişdir.Onun sözügedən örtükdən (plyonkadan) qəti şəkildə xəbəri olmamışdır. Göstərilənlərə əsasən barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi və inzibati iş üzrə icraat xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət-eksport bölüyü yolpatrul xidmətinin nümayəndəsi inspektor polis kiçik serjantı X4 şikayətin əsassız olduğunu, qərarın qanuni və əsaslı olduğunu bildirərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə X3 “Mercedes Benz E250” minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərdən istifadə etdiyi müəyyən edilmişdir. Belə ki, avtomobilin ön alın hissəsində gözlə görüləcək dərəcədə örtükdən istifadə olunduğu tərəfindən müşahidə olunmuş, o, həmin avtomobili saxlatdıraraq, yoxlama cihazı ilə avtomobilin ön alın hissəsini yoxlamış, həqiqətən də qanunla tətbiqinə icazə verilməyən örtüklərdən istifadə etdiyi aşkar olunmuşdur. Bundan başqa şikayətçi polkovnik olduğunu, ona hörmət edilməsini bildirmişdir. Qanunun tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qərarın əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri DYPİ polis mayoru X2 tərəfindən tərtib edilmiş TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə, barəsində 150 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq inzibati xətanın törədilməsini inkar edər hər hansı bir sübut müəyyən etmədiyindən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət X8 TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərarı haqlı qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət X8 TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-2877/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2877/2020
22.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver