Məhkəmə qərarları › İş №3(001)-2877/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2877/2023

20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2877/2023 20.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X5 iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs XXX Şəxs, Müdafiəçi (dövlət hesabına) - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 və müdafiəçi (öz hesabına ) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, rəsmi olaraq işləməyən, subay, ünvan 1 ünvanında yaşayan XXX Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 206-cı və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs XXX Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17.10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Zahid Qəmbərov küçəsində yerləşən «Dönər» evində yanında onun narkotik maddələrin qəbulu ilə məşğul olması barədə məlumatı yoxlamaq məqsədilə polis əməkdaşları ona yaxınlaşmış, lakin o, polis əməkdaşları ilə mübahisə edərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bundan sonra şübhəli şəxs qismində saxlanılmış və həmçinin narkoloji tibbi yoxlamadan keçərkən XXX Şəxs narkotik vasitə istifadə etdiyi aşkar edilmişdir. Bu əməli ilə o, İXM-nin 535.1 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X8 tərtib edilmiş 20 iyul 2023-cü il tarixli, ******* saylı protokola uyğun izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs XXX Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17.10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Zahid Qəmbərov küçəsində yerləşən «Dönər» evində yanında onun narkotik maddələrin qəbulu ilə məşğul olması barədə məlumatı yoxlamaq məqsədilə polis əməkdaşları ona yaxınlaşmış, lakin o, polis əməkdaşları ilə mübahisə edərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bundan sonra şübhəli şəxs qismində saxlanılmış və həmçinin narkoloji tibbi yoxlamadan keçərkən XXX Şəxs narkotik vasitə istifadə etdiyi aşkar edilmişdir.Bununla əlaqədar olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq, XXX Şəxs İXM-nin 535.1-ci və 206-cı maddədə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir.Hal-hazırda, o, protokolu müdafiə edir və XXX Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs XXX Şəxs əməlində heç bir inzibati xəta tərkibi olmadığına və polis əməkdaşları tərəfindən qanunsuz saxlanıldığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçiləri X9 və X6 hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi olmadığına görə və polis əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanıldığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və müdafiəçilərin çıxışlarını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, XXX Şəxs İXMnin 206-cı və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 4593 saylı rəyə əsasən məlum olur ki, müayinə zamanı XXX Şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Məcburi müalicəyə əks göstərişi yoxdur.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - şəxs üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir.Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmçinin, İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrindən müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs XXX Şəxs cəzasını yüngülləşdirən hallar kimi - il ərzində ilk dəfə inzibati xəta törətməsini nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs XXX Şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin səxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən hallın mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, XXX Şəxs İXM-nin 535.1 və 206-cı maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilməli, təqsirləndirilən şəxsin şəxsiyyəti, əməlin xarakteri və ağırlıq dərəcəsi nəzərə alınaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir.Belə ki, tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs XXX Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17.10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Zahid Qəmbərov küçəsində yerləşən «Dönər» evində yanında onun narkotik maddələrin qəbulu ilə məşğul olması barədə məlumatı yoxlamaq məqsədilə polis əməkdaşları ona yaxınlaşmış, lakin o, polis əməkdaşları ilə mübahisə edərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bundan sonra şübhəli şəxs qismində saxlanılmış və həmçinin narkoloji tibbi yoxlamadan keçərkən XXX Şəxs narkotik vasitə istifadə etdiyi aşkar edilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, XXX Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi 5 saata görə 30 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 11.1; 31.1-ci və 206-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: XXX Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələri ilə təqsirli bilinsin və o, 300 (üç yüz) manat cərimə edilsin. XXX Şəxs inzibati tutulmadan azad edilsin. 3(001)-2877/2023 saylı inzibati işi üzrə müdafiəçi X14 məhkəmə baxışı zamanı 5 saat əmək haqqının məbləği 30 (otuz) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod- 200156,VÖEN-9900 003611,m/hAZ37NABZ01350 **********0 1944.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X, hesab №AZ48AİİB********************,VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar