Məhkəmə qərarları › İş №3(001)-288/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-288/2021

07.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-288/2021 07.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Borclu Şəxs iştirakları ilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Binəqədi rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair inzibati xəta haqqında protokola baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati işi daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kamran Mirzəyev məhkəməyə ərizə ilə müraciət edərək, Şəxs barəsində təqdim olunmuş inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, icra məmurunun ərizəsi təmin edilməli, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 109 və 114-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizə təmin edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Binəqədi rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan 10 günə Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar