Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2881/2024 03.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X3 iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB-nin sahə inspektoru, polis kapitanı X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə xx.xx.1994-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, sürücü işləyən, evli, himayəsində 04 azyaşlı övladı olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında protokol və iş materiallarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22.00 radələrində idarə etdiyi 99GB252 dövlət nömrə nişanlı yük avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda hərəkətdə olarkən DYP əməkdaşı yük avtomobildə daşıdığı yük normadan artıq olduğu üçün saxlanılmış, ona qayda pozuntusu izah edildikdə o sənədləri verməkdən imtina etmiş, yük avtomobilini cərimə meydancasına apararkən yolda qəsdən nasaz hala gətirmiş, polis əməkdaşı ilə aralarında mübahisə yaranmış, beləliklə də o, polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB-nin polis sahə rəisi, polis kapitanı X8 tərəfindən xx.xx.2024-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB-nin sahə inspektoru, polis kapitanı X8 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22.00 radələrində idarə etdiyi 99GB252 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda hərəkətdə olarkən DYP əməkdaşı yük avtomobildə daşıdığı yük normadan artıq olduğu üçün saxlanılmış, ona qayda pozuntusu izah edildikdə o sənədləri verməkdən imtina etmiş, yük avtomobilini cərimə meydancasına apararkən yolda qəsdən nasaz hala gətirmiş, avtomobilin DYP-nin cərimə meydançasına aparılması ilə əlaqədar ona protokol tərtib ediləcəyi bildirdiyinə görə aralarında mübahisə yaranmış, beləliklə də o, polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahat verərək özünü təqsirli hesab etmədiyini, polisin qanuni tələbinə tabe olduğunu, yük avtomobilində olan nasazlığın onun tərəfindən edilmədyini, himayəsində 04 (dörd) azyaşlı övladının olduğunu nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçi X4 hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Baş Dövlət Yol Polisi İdarəsinə Bilavasitə tabe olan Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyü yol-patrul xidməti inspektoru X5 bildirdi ki, sürücüyə qayda pozuntusu izah olunmuşdur. Şəxs sənədləri verməkdən imtina etmişdir.Belə ki, onun tərəfindən idarə edilən yük avtomobili 3 diferli olmalı olduğu halda 4 diferli olmuşdur.Yük avtomobili cərimə meydançasına aparılarkən V.Bəxtiyarov nəqiyyat vasitəsini qəsdən xarab etmiş və ona manə olaraq tabe olmamışdır.Qeyd olunan nəqliyyat vasitəsi hələ də yolda qalmışdır.Beləliklə də, məlum olur ki, Şəxs polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs inzibati qaydada cəzalanmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında aparılan Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir.Belə ki, tərəflərin izahatına və iş materiallarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22.00 radələrində idarə etdiyi 99GB252 dövlət nömrə nişanlı yük avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda hərəkətdə olarkən DYP əməkdaşı yük avtomobilində daşıdığı yük normadan artıq olduğu üçün saxlanılmış, ona qayda pozuntusu izah edildikdə o sənədləri verməkdən imtina etmiş, yük avtomobilini cərimə meydancasına apararkən yolda qəsdən nasaz hala gətirmiş, polis əməkdaşı ilə aralarında mübahisə yaranmış, beləliklə də o, polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində 2019, 2021, 2022, 2024-cü il təvəllüdlü 04 azyaşlı övladının olmasını, il ərzində ilk dəfə inzibati xəta törətməsi cəzanı yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun cəzasını yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edisin. Şəxs inzibati tutulmadan azad edilsin. X1 məhkəmə baxışı zamanı 3 saat əmək haqqının məbləği 18 (on səkkiz) manat "xxxx" ASC-nin Binəqədi filialına(kod200156,VÖEN**********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB********************,VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində tərəflər işə baxan Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2881/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2881/2024
03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver