Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2884/2025 07.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hacıyeva Nigar Zahid qızının katibliyi, qərar qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X8 Xidmətinin Bakı şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi Nümayəndə, şikayət vermiş şəxs X6 iştirakı ilə, X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları:
2. Məhkəmə iclasında X10 verilmiş şikayəti onunla əsaslandırmışdır ki, onlara inzibati təhbeh vermə haqqında qərarla bağlı rəsmi şəkildə bildiriş verilməyib, həmin vaxt o, Naxçıvan Muxtar Respublikasında atasının yas mərasimində olub, onlara sadəcə 102 çağrı mərkəzi tərəfindən xəbər verilib, lakin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə uyğun şəkildə bildiriş göndərilməyib. Şəxs qeyd etmişdir ki, inzibati tənbeh vermə haqqında qərarla bağlı 2025-ci ilin mart ayında, poçt vasitəsi ilə isə aprel ayında məlumat almışlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsi ilə qərar qəbul edilmişdirsə, ona telefonla deyil rəsmi məktubla məlumat verilməli idi. Rəsmi məktub olmadığı üçün qərarı əsassız hesab etmişdir. Bundan başqa direktoru olduğu "xxxx" MMC-nin “X16” MMC tərəfindən alındığını, bu səbəbdən də X2 əmək müqaviləsinə xitam verildiyi halda büdcədə pul olmadığından əmək haqqı və istifadə etmədiyi məzuniyyət pulunun ona gec verildiyini bildirmişdir. X10 bunları bildirib məhkəmədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.5-ci maddəsini və qeyd edilən xüsusatları nəzərə alaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir.
3. Məhkəmə iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X8 Xidmətinin Bakı şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi Nümayəndə çıxışında şəxsin inzibati tənbeh vermə haqqında qərarla rəsmi şəkildə tanış olduğunu, əks təqdirdə məhkəməyə müvafiq qərarla bağlı şikayət verilmənin mümkün ola bilməyəcəyini bildirərək müəsisənin hüquqi şəxsinin də, onlar tərəfindən rəsmi qaydada xəbərdar edildiyini bildirərək həmin qərarın sadəcə vəzifəli şəxslərə münasibətdə qəbul edilə biləcəyini qeyd etmişdir. Vəzifəli şəxsin özünün də etiraf etdiyi kimi ona çağrı mərkəzi ilə məlumat verilmişdir. Bundan başqa hüquqi şəxsin hüquqi ünvanına elektron qaydada həm protokol yazılarkən, həm də qərar qəbul edilərkən məktub ünvanlanmışdır. Məhkəməyə bununla bağlı zəruri sübutlar da təqdim edilmişdir. Odur ki, məhkəmədən şikayət əsassız olduğundan həmin şikayətin rədd edilməsini və qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1500 azn məbləğində cərimələnmişdir.
5. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərardan göründüyü kimi X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə müvafiq olaraq 1500 manat məbləğində cərimə ona şərti olaraq tətbiq edilmiş və mövcud hüquqpozmanı aradan qaldırılması üçün ona 30 gün müddət verilmişdir.
6. "xxxx" MMC-nin keçmiş işçisi X7 tərəfindən müvafiq MMC-nin direktoru X9 ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X3 müəsisədə olan ödənilməmiş 3054,12 manat əmək haqqını, istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiya və son hesabı olan 1101,97 manat olmaqla cəmi 4156,09 manat məbləği almışdır və onun heç bir tələbi yoxdur.
7. Kapital Bankın xx.xx.2024-cü il tarixli MVFvGMJ2 nömrəli ödəniş tapşırığından görünür ki, X5 3054,12 manat ödənilmişdir.
8. Kapital Bankın xx.xx.2024-cü il tarixli MVUDagY1 nömrəli ödəniş tapşırığından görünür ki, X5 1101,97 manat ödənilmişdir.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X8 Xidmətinin Bakı şəhər İdarəsinin X9 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 22783/2025 nömrəli məktubundan görünür ki, X6 barəsində MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar qanuni qüvvəyə minmişdir.
10. Göndərişin izlənməsi ilə bağlı göndəriş nömrəsi SS924509821AZ olan çıxarışdan görünür ki, qərar barədə məlumat X9 xx.xx.2025-ci il tarixdə çatdırılıb.
11. xx.xx.2024-cü il tarixli, 01 nömrəli əmrdən görünür ki, X10 "xxxx" MMC-yə direktor vəzifəsinə təyin edilmişdir.
12. xx.xx.2024-cü il tarixli, 1H5T8QC000100 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, X10 ilə "xxxx" MMC arasında əmək müqaviləsi bağlanmışdır.
13. xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, X7 ilə xx.xx.2024-cü il tarixdə “X11” arasında əmək müqaviləsi bağlanmışdır.
14. xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx/xx/2024 nömrəli əmrdən görünür ki, tərəflərin qarşılıqlı razılığı ilə X3 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir.
15. xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin elektron kabinetinə inzibati tənbeh vermə haqqında qərar daxil edilmişdir.
16. xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin elektron kabinetinə inzibati tənbeh vermə haqqında protokol daxil edilmişdir.
17. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin elektron kabinetinə inzibati xəta ilə bağlı nöqsana dəvət məzmunlu məktub daxil edilmişdir.
18. xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin elektron kabinetinə inzibati tənbeh vermə haqqında qərar daxil edilmişdir.
19. X10 tərəfindən Binəqədi Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2025-ci il tarixli vəsatətdən görünür ki, 3(001)-2884/2025 saylı iş üzrə investor “X16” MMC-nin maraqlarına toxunduğundan onun hüquqşünası və nümayəndəsi X1 icraatda onunla birlikdə iştirak etməsi ilə bağlı xahiş etmiş, lakin inzibati cərimə vəzifəli şəxs barəsində tətbiq edildiyindən onun prosesdə nümayəndə qismində iştirak etməsi tələbi təmin edilməmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:
20. Məhkəmə, proses iştirakçılarını dinləyib iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki X10 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, ona əlavə edilmiş digər sübutlarla, eləcə də məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 192.6-cı maddəsi ilə tövsif edilmişdir.
21. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
22. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslərin min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilməsi nzərdə tutulur.
23. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən işçinin əsas hüquqlarından biri də minimum əmək haqqı miqdarından az olmayan əmək haqqı almaqdır.
24. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
25. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin maddənin 5-ci bəndində isə deyilir ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Eyni maddənin qeyd hissəsində işəgötürənin təqsiri anlayışına izah verən qanunverici göstərir ki, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir.
26. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarı ilə əmək haqqının gecikdirilməsində işəgötürənin məsuliyyətinin yaranması üçün iki şərtin olması zəruri hesab edilmişdir: ilk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir.
27. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla X10 tərəfindən işçi X3 əmək müqaviləsinə xitam verilərkən onunla son haqq-hesabın edilməməsinə dair təqsirliliyi faktı öz təsdiqini tapmışdır. Belə ki, səlahiyyətli orqan tərəfindən toplanmış sübutlar X6 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətinin olması üçün kifayət etmişdir. Barəsində qərar qəbul edilmiş vəzifəli şəxs X10 məhkəmədə bildirmişdir ki, işçi X7 ilə əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilsə də "xxxx"MMC tərəfindən satın alınan "xxxx" ə zəruri investisiyalar yatırılmadığından əmək haqqı və məzuniyyət pulu bir qədər gec xx.xx.2024 və xx.xx.2024-cü il tarixində ödənilmişdir. Bununla da vəzifəli şəxs X10 mövcud inzibati xətanı məhkəmədə səmimi etiraf etmişdir. Əliyev Ramil xəta ilə bağlı ona X4 çağrı mərkəzi tərəfindən məlumat verildiyini və idarəyə dəvət olunduğunu bildirsə də, dəvətin ona rəsmi məktubla göndərilməməsi əsası ilə qərarın qanunsuz olduğunu və ona xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, mövcud pozuntu X8 tərəfindən aşkar edilərək zəruri sənədlərin təqdim edilməsi üçün MMC-nin elektron ünvanına dəfələrlə məlumat və məktub (xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli məktublar) göndərilmişdir.
28. Beləliklə, məhkəmə hesab edir ki, vəzifəli şəxs X10 tərəfindən verilmiş şikayətdə göstərilən xüsusatlar inzibati tənbehdən yaxa qurtarmaq məqsədi daşıyır və təqsirsiz olmasına dair qeyd olunan hallar məhkəmədə toplanmış sübutlarla təkzib edilmişdir. Odur ki, X6 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur və onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir.
29. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
30. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik törətmiş) şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
31. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır.
32. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
33. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
34. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.
35. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir.
36. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır.
37. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir.
38. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova