Məhkəmə qərarları › İş №3(001)-2888/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2888/2025

18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2888/2025 18.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materialın baxılmağa hazırlanması zamanı müəyyən etdim: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İşin baxılmağa hazırlanması zamanı müəyyən etdim ki, xx.xx.2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6004/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs 148000 (yüz qırx səkkiz min) manat məbləğində pul tutularaq iddiaçı X1 ödənilməlidir. İnzibati xəta haqqında iş materialları nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixdə saat 15:25-də çap edilmiş Şəxs şəxsi kartoçkasında onun "xxxx"-nin MMC-də “direktor müavini” vəzifəsində çalışır və əmək haqqı 345 AZN təşkil edir. Bunun tam əksi olaraq Şəxs izahatında işsiz olduğunu bildirmişdir. İcra məmuru tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin “direktor müavini” vəzifəsində çalışması barədə elektron sistemdə olan ziddiyyət araşdırılmamış, nə səbəbə sistemdə rəsmi əmək haqqı aldığına dair qeyd olması barədə Şəxs hər hansı bir sual verməmiş, bundan başqa sözügedən müəsisəyə rəsmi şəkildə müraciət edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sözügedən müəssisədə çalışıb-çalışmamasını dəqiqləşdirməmişdir. Odur ki, şəxsin həqiqətən sözügedən müəssisdə çalışmasını təkzib edən yaxud icra vərəqsi üzrə ödəməli olduğu məbləğin tutulması süçün sonuncunun əmək haqqına yönləndirilməsini mümkünsüz edən hər hansı bir sənəd iş materiallarına əlavə olunaraq məhkəməyə təqdim edilməmişdir. Həmçinin Şəxs xx.xx.2025-ci il tarixdə icra şöbəsində vermiş olduğu izahatında adına torpaq sahəsi olduğunu bildirmişdir. Lakin icra məmuru tərəfindən həmin hissədə də hərəkətsizlik göstərilmiş, sonuncunun torpaq sahəsinin həqiqətən olub-olmaması, harada yerləşməsi, ölçüsü və sair digər xüsusatlar dəqiqləşdirilməmişdir. Qeyd edilməlidir ki, “İcra haqqında” qanunun tələblərinə əsasən “borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi” və “tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi” məcburi icra tədbirləri kimi göstərilmişdir. Bu səbəbdən icra sənədinin icrasının təmin etmək məqsədi ilə göstərilən xüsusatların dəqiqləşdirilməsi son dərəcə zəruri idi. Bundan başqa inzibati xəta haqqında iş materiallarından görünür ki, tələbin könüllü icrası barədə bildirişi borclu xx.xx.2025-ci il tarixdə qəbul etmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Tələbin könüllü icrası haqqında xx.xx.2019-cu il tarixli bildiriş Şəxs xx.xx.2025-ci il tarixdə (şəxs imza edərək qəbl etmişdir) təqdim edilmiş, həmin bildirişdə icra sənədini 10 gün müddətində könüllü icra edilməsi tələb edilmiş, lakin tələbin könüllü icrası barədə bildirişdə təyin edilmiş 10 günlük müddətin başa çatması gözlənilməmiş, tələbin könüllü icrası barədə bildiriş verildiyi vaxtdan dərhal sonra , yəni xx.xx.2025-ci il tarixdə şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə iş materialları məhkəməyə göndərilmişdir. Göründüyü kimi, icra məmuru tərəfindən tələbin könüllü icrası barədə müəyyən edilmiş müddət başa çatmadan, şəxsin qərəzli olaraq icra sənədini icra etməməsini təsdiq edən sübutlar toplanılmadan borclu barəsində əsassız olaraq AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. İXM-in 109.1.7-ci maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, hesab edirəm ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X3 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar