Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2896/2022 20.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlu, X1 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin MN № ******* saylı, 19 mart 2021-ci il tarixli qərarın ləğv edilməsi barədə verdiyi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: X3 Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, onun barəsində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin MN № ******* saylı, 19 mart 2021-ci il tarixli qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hesab edirəm ki, şikayət ərizəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Belə ki, məhkəmə tərəfindən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıda qeyd olunan normaların tələblərinə əməl olunmadığı müəyyən edilmişdir.Belə ki, şikayət ərizəsi düzgün tərtib olunmamış, şikayət ərizəsi, səhvən ərizə adlandırılmış, tərəflər şikayətçi və inzibati orqan adlandırılması əvəzinə, ərizəçi kimi göstərilmişdir.Bundan başqa, şikayətçi tələbini də dəqiq göstərməmiş, həmçinin xx.xx.2021ci il tarixli inzibati xəta haqqında qərarı mübahisələndirsə də, hansı səbəbdən həmin qərardan 1 il 6 ay sonra şikayət etməsinin üzürlü səbəblərini göstərməmiş və buna dair sübutları, məsələn qərarı gec almasına dair sənədləri şikayətinə əlavə etməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məçəlləsinin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Qeyd olunanlarla əsasən məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin MN № ******* saylı, 19 mart 2021-ci il tarixli qərarın ləğv edilməsi barədə verdiyi ərizə geri qaytarılmalı və şikayətçiyə İnzibati Xətəlar Məcəlləsinin tələblərinə uyğun inzibati qərardan şikayət vermək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 61, 128-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: X1 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin MN № ******* saylı, 19 mart 2021-ci il tarixli qərarın ləğv edilməsi barədə verdiyi ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X2 İnzibati Xətəlar Məcəlləsinin tələblərinə uyğun inzibati qərardan müvafiq səlahiyyətli məhkəməyə şikayət vermək hüququ izah edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2896/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2896/2022
20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver