Məhkəmə qərarları › İş №3(001)-2902/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2902/2023

31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2902/2023 31.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X5 iclas katibliyi ilə, X1 Bakı şəhər X11 İdarəsinin 27 may 2023-cü il tarixli, TP ******* saylı qərarın ləğv olunması barədə şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər X11 İdarəsinin 27 may 2023-cü il tarixli, TP ******* saylı qərarından şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospektində idarə etdiyi ** DA *** dövlət qeydiyyat nişanlı, "HYUNDAİ İ30” markalı avtomobillə hərəkətdə olarkən işıqforda qırmızı işıqda ondan qarşı hissədə sərnişin avtobusu saxlamışdır və az sonra sərnişin avtobusu hərəkəti davam etdirmişdir, arxada yerləşən avtomobillər siqnal verdikləri üçün o da hərəkəti davam etdirmiş, işıqforu görmək imkanı olmamışdır . Lakin buna baxmayaraq əsassız olaraq barəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir və protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi qeyd edilmişdir. 27 may 2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmiş və qərarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyinə görə 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.Şikayətçi göstərmişdir ki, bu qərar tamamilə qeyri-qanuni və əsassızdır, həm protokol, həm də qərar qanunvericliyin tələblərinin pozulması şəraitində qəbul edilmişdir.Onun tərəfindən yol hərəkəti qaydaları pozulmasına yol verilməmişdir, belə ki, heç bir qayda pozuntusuna yol vermədiyi halda inzibati məsuliyyətə cəlb edilmişdir.Qeyd edilən amillər nəzərə alınmadan protokol verilmiş və heç bir araşdırma aparılmadan qərar qəbul edilmişdir. X2 yuxarıda göstərilənlərini rəhbər tutaraq Bakı şəhər X11 İdarəsinin 27 may 2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X2 və Bakı şəhər X11 İdarəsi inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin şikayətçi və Bakı şəhər X11 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdirlər.Buna görə də, İXMnin 112.1.4-cü maddəsinə əsasən şikayətçi və inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayəti və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət əəsassız olduğundan rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər X11 İdarəsinin 27 may 2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərara əsasən məlum olur ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə olunmuşdur. İnzibati xəta törədilən zaman qüvvədə olan Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər X11 İdarəsinin 27 may 2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərara əsasən məlum olur ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə olunmuşdur.Şikayətçi özü də şikayətində həqiqətən etiraf etmişdir ki, işıqforun qırmızı işığında ondan qarşıda sərnişin avtobusu saxlamış, daha sonra sərnişin avtobusu hərəkətə başlayan zaman ondan arxada olan avtomobillər siqnal verdikləri üçün o da hərəkəti davam edirmişdir.Bundan başqa, şikayətçi inzibati xəta törətməməsi barədə heç bir sübutu iş materiallarına əlavə etməmiş və ya məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X1 Bakı şəhər X11 İdarəsinin 27 may 2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv olunması barədə verdiyi şikayəti əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər X11 İdarəsinin 27 may 2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv olunması barədə verdiyi şikayəti rədd edilsin. Qərardan rəsmi qaydada verildikdən və ya təqdim olunduqdan sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar