Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2902/2025 08.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X47 Xidmətinin nümayəndəsi X1, Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məkhəmə müəyyən etdi: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərmişdir. 09 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs tərəfindən X10 və digər 37 nəfər işçinin istehsalatda baş verən bədbətx hadisələr nəticəsində icbari sığortalanmasının təmin edilməsi ilə bağlı DƏMX-nin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-11526/2025 nömrəli icrası məcburi göstərişinə əməl edilməmişdir. Keçirilmiş məhkəmə iclaslarında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X47 Xidmətinin nümayəndəsi X11 bildirmişdir ki, onlarda sığortasız əmək müqavilələri əks olunan cədvəl mövcuddur, həmin cədvəl məşğulluğa aid sistemdən əldə edilmişdir. Həmin sığrotalanmaya dair 2025-ci il tarixdə fevral ayında göstəriş qəbul olunmuş, həmin göstərişin 20 gün müddətinə icra olunması qeyd edilməklə hüquqi şəxsə göndərilmişdir. Lakin 20 gün müddət ərzində göstəriş icra edilməmişdir. Göstərişin cəmiyyətə çatdırılmasını təsdiq edən sənəd hazırda mövcud deyildir. Lakin göstərişin alınmaması əsaslı səbəb deyildir, cəmiyyət tərəfindən 24 saat ərzində işçilərinin icbari sığortasını təmin etməli idilər. Həmçinin ola bilər ki, hüquqi şəxs fevral ayında adları çəkilən 38 nəfər şəxslə müqaviləni ləğv edib, daha sonra mart ayında yenidən müqavilə bağlamışdır. Bu barədə onlarda dəqiq bir məlumat yoxdur. Qeyd edilənləri nəzərə alaraq Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Keçirilmiş məhkəmə iclaslarında Şəxs MMC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X47 Xidməti tərəfindən tərtib olunmuş protokolda qeyd olunmuşdur ki, Şəxs MMC tərəfindən X10 və digər 37 nəfər işçilər sığortalanmamışdır. Həmin siyahıda olan əməkdaşlar reyestr çıxarışından görünür ki, 11 mart 2025-ci il tarixindən etibarən işə qəbul olunmuşlar. Məhkəməyə də həmin işçilərin əmək müqavilələrini və reyestrdən olan çıxarışlarını təqdim edir. Qeyd etməlidir ki, onların işçilərinin 2022-ci il tarixdən icbari sığortalanması həyata keçirilir və illik müqavilə vardır. 06 mart 2025-ci il tarixədək 202 nəfər işçi onlar tərəfindən sığortalanmışdır. Həmin işçilərin sığortaları da yenilənmişdir. Dedikləri ilə bağlı rəsmi sənədlər də mövcuddur. Protokolda adları keçən 38 nəfər işçi mart və aprel aylarında işə qəbul olunmuşlar, ancaq Əmək Müffətişliyi tərəfindən göstərişin icra olunması fevral ayında qeyd olunmuşdur. Sözügedən göstərişi isə onlar yaxın günlərdə əldə etmişlər. Onlar səlahiyyətli orqan tərəfindən protokol tərtib edilməsindən xəbərsiz olmuşlar. Göstərişin olduğu poçt göndərişi ola bilər ki, hüquqi ünvana daxil olmuşdur. Cəmiyyət olaraq həmin göstərişdən 3-4 gün əvvəl tanış olmuşlar. Göstərişdə adları çəkilən 38 nəfərin müqavilələri 2025-ci ilin mart ayında bağlanmışdır. Həmin işçilərdən X34 işdən çıxmışdır. Həmin xanım da 03 aprel 2025-ci il tarixdə işə daxil olmuş və 09 aprel 2025-ci il tarixdə işdən ayrılmışdır. Əlavə olaraq bildirmişdir ki, müəssisənin adı əvvəllər "xxxx" MMC olmuş, lakin daha sonra adı Şəxs MMC olaraq dəyişdirilmişdir. Eyni zamanda Atəşgah sığorta ilə işçilərin sığorta olunması ilə bağlı müqavilə mövcuddur. Həmin müqaviləyə əsasən işə qəbul olunmuş işçilər avtomatik olaraq sığortalanmalıdır. Sadəcə olaraq Atəşgah sığorta tərəfindən bu gec rəsmiləşdirilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 09 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli, 3-17-5/2-11526/2025 nömrəli göstərişdən görünür ki, “Əmək və məşğulluq” altsistemində işçilərlə qüvvədə olan əmək müqaviləsinin olmasına baxmayaraq, həmin işçilərdən bəzilərinin qanunvericiliklə müəyyən olunmuş qaydada istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməsi məqsədi ilə sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanılmaması halları aşkar edilməsi müəyyən edilmişdir. Qərara alınmışdır ki, Şəxs 20 gün müddətində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbarı sığortalanmayan işçilərin icbari sığortalanması təmin edilsin. xx.xx.2022-ci il tarixli, **********455 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”dən görünür ki, "xxxx" ASC və "xxxx" MMC arasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müqavilə bağlamışlar. Müqavilənin 2.1-ci bəndində göstərilmişdir ki, sığortalı bu müqavilənin xeyrinə bağlandığı və müqavilənin qoşmasında sığorta olunanlar qismində göstərilən isstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta etdirir. 2.2-ci bənddə göstərilmişdir ki, müqavilənin qoşması hər müqavilə ili üzrə tərtib olunur və müqavilə ili ərzində sığorta olunanlarla bağlı bütün dəyişikliklər müqavilənin qoşmasına əlavə və dəyişikliklər formasında rəsmiləşdirilir. “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2025-ci il tarixli, 16/25 nömrəli əmrdən görünür ki, X34 ilə bağlanmış 2HNC73U000600 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. Hüquqi şəxs tərəfindən məhkəməyə təqdim edilmiş əmək müqavilələrinə baxış keçirilərək müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə X35 ilə, xx.xx.2025-ci il tarixdə X44 ilə, xx.xx.2025-ci il tarixdə X53 ilə, xx.xx.2025-ci il tarixdə X15 ilə, xx.xx.2025ci il tarixdə X16 ilə, xx.xx.2025-ci il tarixdə X4 ilə, xx.xx.2025-ci il tarixdə X36 ilə, xx.xx.2025-ci il tarixdə X24 ilə, X17 ilə, xx.xx.2025-ci il tarixdə X24 ilə, X18 ilə, xx.xx.2025ci il tarixdə X25 ilə, xx.xx.2025-ci il tarixdə X2 ilə, xx.xx.2025-ci il tarixdə X45 ilə, xx.xx.2025-ci il tarixdə X19 ilə, xx.xx.2025-ci il tarixdə X46 ilə, xx.xx.2025-ci il tarixdə X12 ilə, xx.xx.2025-ci il tarixdə X6 ilə, xx.xx.2025-ci il tarixdə X26 ilə, xx.xx.2025-ci il tarixdə X27 ilə, xx.xx.2025-ci il tarixdə X7 ilə, xx.xx.2025-ci il tarixdə X62 ilə, xx.xx.2025-ci il tarixdə X20 ilə, xx.xx.2025-ci il tarixdə X8 ilə, xx.xx.2025-ci il tarixdə X28 ilə, xx.xx.2025-ci il tarixdə X37 ilə, xx.xx.2025-ci il tarixdə X38 ilə, xx.xx.2025-ci il tarixdə X5 ilə, xx.xx.2025ci il tarixdə X13 ilə, xx.xx.2025-ci il tarixdə X54 ilə, xx.xx.2025-ci il tarixdə X29 ilə, xx.xx.2025-ci il tarixdə X30 ilə, xx.xx.2025-ci il tarixdə X39 ilə, xx.xx.2025-ci il tarixdə X31 ilə, xx.xx.2025-ci il tarixdə X21 ilə, xx.xx.2025-ci il tarixdə X14 ilə, xx.xx.2025-ci il tarixdə X3 ilə, xx.xx.2025-ci il tarixdə X9 ilə əmək müqaviləsi bağlanmışdır. Bundan başqa Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nə qoşmadan və həmin qoşmaya əlavədən görünür ki, Şəxs tərəfindən işçiləri sığorta olunmuşdur. Məhkəmə barəsində səlahiyyətli orqanın və inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, qeyd olunan maddənin dispozisiyasından göründüyü kimi müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Hüquqi şəxs tərəfindən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi göstərişlərin qəbul edilməsi məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə ki, AR İXM-nin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. İnzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən isə icrası məcburi göstərişinin hüquqi şəxsin hansı vəzifəli şəxsi tərəfindən qəbul edilməsi və bunu təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Hüquqi şəxsin nümayəndəsi isə göstərişdən gec xəbərdar olduqlarını, işçilərin icbari sığortalanmasını təmin etdiklərini, həmin işçilərin ümumiyyətlə sözügedən göstəriş tarixindən daha sonra işə qəbul edildiklərini bildirmiş və bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. Səlahiyyətli orqanın nümayəndəsi Şəxs tərəfindən həmin işçilərlə daha sonra yenidən müqavilə bağlanması ehtimalını bildirmiş, lakin həmin işçilərlə mövcud olan əvvəlki əmək müqavilələrini məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin Şəxsnə çatdırılması öz təsdiqini tapmadığından cəmiyyətin sözügedən göstərişin icra edilməməsinə görə məsuliyyətə cəlb edilməsi qanunsuzdur. Belə ki, səlahiyyətli orqan tərəfindən inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsinin sübut edilməsi protokol tərtib etmiş orqanın üzərinə düşür. Şəxsin inzibati xətanın törədilməsində təqsirli bilinməsi yalnız sübutlar əsasında müəyyən edilə bilər. Lakin hazırki iş üzrə Şəxs İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi mötəbər sübutlarla təsdiq olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 539.1-1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki. Şəxs İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 18.5, 40, 43, 48-50, 53, 105, 114-115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: 09 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-2902/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2902/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver